ARTIRMA

1) çoxaltma, artırma; 2) auksion, müzaidə, hərrac; artırma ile satmak – auksiondan satmaq; açık artırma – açıq satış
artırma, auksion, çoxaltma, hərrac, müzaidə
ARTIKYIL
ARTIRMAK
OBASTAN VİKİ
Artırma
Artırma — Azərbaycanda ən çox yazqabağı, Novruz bayramı günlərində, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biri. == Oyunun qaydaları == Uşaqlar iki dəstəyə ayrılırlar. Püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar.
Artırma rejimi
Artırma rejimi (ing. insert mode ~ ru. режим вставки ~ tr. ekleme kipi) – sənədə və ya komanda sətrinə əlavə edilən simvolların mövcud mətnin üzərinə deyil, sağdakı simvolları daha da sağa sürüşdürməklə araya yazıldığı redaktə rejimi. Alternativ rejim olan “Əvəzləmə”də (OVERTYPE, OVERSTRIKE, TYPEOVER) yeni simvol mövcud mətni əvəz edir (üstünə yazılır). Bu redaktə rejimlərindən birindən obirinə keçmək üçün müxtəlif proqramlarda müxtəlif klavişlərdən, yaxud onların kombinasiyasından istifadə edilir, ancaq IBM klaviaturasında Insert klavişi olduğundan çox zaman məhz həmin klavişdən istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nəsil artırma
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır. == Qeyri-cinsi nəsil artırma == Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir. Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır. Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir. Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır: 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
Xıllı nərə balıq artırma zavodu
Xıllı nərə balıqartırma zavodu — Neftçala rayonun eyniadlı qəsəbəsində yerləşir. Zavod 2003-cü ildə Dünya bankının ayırdığı güzəştli kreditlə təxirəsalınmaz ekoloji layihələr çərçivəsində inşa edilib. == Haqqında == Xıllı balıqartırma zavodunun illik gücü 15 milyona yaxındır. Xəzər dənizində bioloji ehtiyatların idarə olunması məqsədi ilə 2003-cü ildə istifadəyə verilən müəssisə 2017-ci ilədək ümumilikdə 68 miliyon 325 min körpə nərə cinsli balıq böyüdülərək Xəzər dənizinə buraxıb. Zavod 3 isehsal sexindən ibarətdir və onlardan ən böyüyü dairəvi hovuzlar sexidir. Yaz aylarında nərə balıqlarının süfrəsi məhz müəyyən dövrə qədər burada yetişdirilir. Hər bir hovuzda balıqların növündən asılı olaraq 20 minədək körpə balıq saxlanılır. Artıq yay fəslində müəyyən yetişkənlik dövrünə çatdıqdan sonra nərə balıq cinsləri Kür çayının Xəzər dənizinə yaxın hissəsində suya buraxılır. Hazırda zovodda mənbə rolunu oynayan təmir-törədici fondda çəkisi 3 kq-dan 50 kq-a çatan kifayət qədər nəsilartıran nərə balığı yetişdirilir. == Zavodun əsas təyinat istiqaməti == Zavodun əsas təyinat istiqaməti nərə cinsli balıqların süni şəkildə artırılmasını həyata keçirməkdir.

Значение слова в других словарях