arxitektor-dendroloq
arxitektura
OBASTAN VİKİ
Dizayner narkotiki
Dizayner narkotiki (ing. Designer drug) — hər hansı bir təbii narkotik üçün sintetik əvəzedicilər, lakin strukturda eyni olmayan, oxşar farmakoloji fəaliyyəti fərqlənən və mövcud qanunvericiliyi aldatamaq üçün hazırlanmış psixoaktiv narkotik.
Todd Hovard (dizayner)
Todd Hovard (ing. Todd Howard; 6 oktyabr 1970, Louer Makunqi Taunşip[d], Pensilvaniya) — ABŞ videooyun dizayneri, rejissoru və prodüseri. O hal-hazırda "Bethesda Game Studios"un baş direktoru və icraçı prodüseridir. Hovard burada "Fallout 3", "Fallout 4" və "Elder Scrolls" oyunları üzərində işləmişdir. GamePro jurnalı Hovardı son 20 il ərzində "Videooyunçuluğun ən təsirli 20 adamı"ndan biri adlandırmışdır. Hovard IGN tərəfindən "Bütün vaxtların ən yaxşı oyun yaradıcıları" siyahısına əlavə edilmişdir. == İlk illəri == Todd Hovard 25 aprel 1971-ci ildə Pensilvaniya ştatının Louer Makunqi Taunşipində anadan olmuşdur. Hovardda uşaq vaxtlarında kompüterlərə, xüsusilə videooyunlarına böyük maraq yaranmışdı. Hovard Wizardry və Ultima III: Exodus oyunlarını gələcəkdə yaratdığı oyunların ilham mənbəyi hesab edir. Todd 1989-cu ildə Emmaus Orta Məktəbindən məzun olmuşdur.
Arxitektor Boldırevin binası (Novoçekassk)
Arxitektor Boldırevin binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bina Novoçekassk şəhəri Krasnoarmeysk küçəsi, ev 18 ünvanında yerləşir. == Tarixi == Binanın sahibi və layihəsinin müəllifi arxitektor Sergey İvanoviç Boldırev olmuşdur. Sənətinə görə o, mühəndis idi. Onun haqqında 1900-cu il qeydlərində bildirilir. O, titul məsləhətçisi, daha sonradan isə saray məsləhətçisi olmuşdur. Vizbesenski kilsəsinin tikilmə işlərinə rəhbərlik edənlərdən biri olmuşdur. Bu tikilini 1903-cü ildə inşasına başlamışlar ancaq tikinti işləri 1905-ci ildə başa çatmışdır. Oda məlum idi ki, onu general Belyavski ilə qohumluq əlaqələri birləşdirirdi.
Arxitektor Boldırevin binası (Novoçerkassk)

Arxitektor Kulikovun binası (Novoçerkassk)
Arxitektor Kulikovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 139 ünvanında yerləşir. Bina Modern stildə inşa edilmişdir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. Binanın mərkəzi hissəsinin yuxarısında mansard yerləşir. Əsas girişin üzərində eyvan vardır. Baş girişin hər iki tərəfində bir pəncərə yerləşir. == Tarixi == Bina Novoçerkassk şəhərində XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Prosveşeniya küçəsi ev 139 ünvanında yerləşən arxitektor Kulikov tərəfindən inşa edilmişdir.
Oqtay Əliyev (rəssam-dizayner)
Əliyev Oqtay Ərəstun oğlu (d. 1956) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Reklamçılar İttifaqının üzvü. == Həyatı == === Ailəsi === Oqtay Əliyev 1956-cı ilin 1 oktyabrında Sabirabad rayonunun Surra kəndində doğulub. Atası Ərəstun Əliyev ibtidai sinif müəllimi olmuşdur. Anası Xanbəyim Əliyeva olmuşdur. 3 qardaşı və 2 bacısı var. Hal-hazırda evlidir və 2 oğlu var. === Təhsili === Orta məktəbi qurtarandan sonra 2 il tanınmış rəssamların emalatxanalarında rəssamlıq sənətinin sirlərini öyrənmişdir. 1975-1977-ci illərdə uzaq Sibirdə hərbi xidmətdə olmuş, xidməti dövründə də rəssam kimi çalışmışdır. Hərbi xidməti başa vurduqdan sonra Vətənə qayıtmışdır.