Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aventura
Aventura Dominik qrupu, 1994-cü ildə Nyu-Yorkda quruldu. Qrup hip-hop və Ritm və Blues notaları ilə bachata kimi tanınan musiqiləri ifa edir. Mahnıları daha çox İspan dilində yazılıb.
Avatara
Avatara (sanskr. अवतार, avatāraIAST) — hinduizm fəlsəfəsində adətən tanrının insan şəklində yer üzündə təcəssüm olunmasını bildirən terminAvatara Tanrı Vişnunun insan şəklində cismləşməsini ifadə etmək üçün işlədilir. Sanskrit mənşəli sözdür. Hinduizmdə dini terminlərdən olan Hulül, tanrının tək təzahürü fikrinə qarşıdır. Onlara görə tanrı tarixin hər səhifəsində müxtəlif şəxsiyyətlərin cildində gələrək insanlara özünü tanıtdırır. Pisliyi yox edir və insanların ehtiyac duyduqları vəzifələri bildirir. Beləliklə bu proses sonsuza qədər davam edəcəkdir. Qurtarıcı tanrı Vişnu dünyaya gəlib və müxtəlif şəkillərdə olacaqdır. Onun şəkilləndiyi iki önəmli "avatara"sı (yəni, şəxsi) Rama və Krişnadır. Avatara insan heyəti içinə ilahi varlığın daxil olması və pisliyi yox etmək mənasını ifadə edir.
Avanturin
Avanturin — yaşıl, narıncı və mavi çalarlarda olan kvarsa deyilir. Yaşıl rəngli olanı daha geniş yayıldığından "aventurin" dedikdə, ilk ağla gələn məhz yaşıl rəngli daş olur. Aventurin, əsasən, Hindistan, Braziliya və Rusiyadan çıxarılır. Braziliyadakı yataqlardan əldə edilən daha dəyərli sayılır. Ümumilikdə, yarıqiymətli daş olsa da, qiymətli daşlara güclü rəqib sayılır. Zinət əşyalarının hazırlanmasında ondan geniş istifadə edilir. Hətta bəzən Hollivud ulduzları belə zümrüd, almaz kimi bahalı daşlar əvəzinə məhz aventurindən istifadə edirlər. Bəlkə də bunda, aventurinin qədim zamanlardan bəri şəfa qaynağı hesab edilməsinin rolu var. Belə ki, digər daşlarla müqayisədə aventurinin şəfalı xüsusiyyətləri daha çox olduğu düşünülür. Xüsusilə, mistik qüvvələrə inananlar bu daşı çox sevirlər.
Lino Ventura
Lino Ventura (it. Lino Ventura, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur. == Həyatı == Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı. 1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
Ventura qraflığı (Kaliforniya)
Ventura — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 823,318 nəfər olmuşdur. Mərkəzi Ventura şəhəridir.
Avtura Cümə Məscidi
Bamat Giray Hacı Mitayev adına Avtura cümə məscidi (çeç. Эвтара Бамат-Гири-Хьаьж цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Şali rayonunun Avtura kəndindəki əsas məscid. Avtura kəndinin mərkəzi hissəsində yerləşir. Məsciddə eyni vaxtda 5000-ə qədər insan ibadət edə bilər. == Tarixi == 1883-cü ilə qədər Avtura kəndində 13 məscid, o cümlədən, əsas Cümə məscidi və 12 məhəllə məscidi fəaliyyət göstərirdi.Bamat Giray Hacı Mitayev (1838–1914) — çeçen təbliğatçısı, xalq arasında — çeçen virdlərindən birinin banisi, Çeçenistanda Qadiriyyə hərəkatının təşəbbüskarı Kunta Hacı Kişiyevin müridi. Bamat Giray Hacı Mitayev XX əsrin əvvəllərində Çeçenistanın görkəmli siyasi xadimi Əli Mitayevin atasıdır. 2014-cü ilin oktyabrında Avtura kəndində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun iştirakı ilə mərkəzi məscidin tikintisi üçün bönüvrə qoyulması mərasimi baş tutdu. Məhəmməd peyğəmbərin doğum günündə tikinti işlərinə başlanıldı. 22 dekabr 2015-ci ildə məscidin təntənəli açılışı olmuşdur. == Memarlığı == Avtura cümə məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığını və Bizans üslubunu birləşdirir.
Maddalena Ventura əri və oğlu ilə
Maqdalena Ventura əri və oğlu ilə
Maddalena Ventura əri və oğlu ilə (isp. Maddalena Ventura con il marito e il figlio) və ya Saqqallı qadın (isp. Donna barbuta) — Xose de Ribera tərəfindən yağlı boya ilə kətan üzərində (196 × 127) portret janrında çəkilmiş rəsm əsəridir. Əsər Madriddəki Prado muzeyinin kolleksiyasında saxlanılır. Təsvir edilən obyektin qeyri-adiliyinə görə portret XVII əsr Avropa rəssamlığının ən nadir nümunələrindən biri hesab edilir. == Təsviri == Rəsmdə üzü sıx saqqalla örtülmüş və döşündən körpəsini əmizdirən qadın təsvir edilmişdir. Sol tərəfdə zəif işıq altında onun həyat yoldaşı təsvir edilmişdir. Sənədli iş xarakteri daşıyan bu əsərdə saqqal və kişi üz cizgilərinə malik qeyri-adi qadının mümkün qədər realistik təsviri yaradılmışdır. Buna görə də əsas qəhrəman ailəsi, o cümlədən həyat yoldaşı və yeni doğulmuş körpəsi ilə birlikdə təsvir edilmişdir. Rəsmdə uşağı əmizdirən böyük döş və qadın geyimi yeganə qadınlıq göstəriciləridir.Qaranlıq otaqda tam boy ölçüsündə təsvir edilmiş fiqurlar birbaşa izləyiciyə baxırlar.