arıqıran 2021

arıqıran
arıqcıq
arıqlada-arıqlada
OBASTAN VİKİ
Arıqıran
Arıqıran (əvvəlki adı: Çiçəkli) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqıran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Gədəbəy rayonunun Çiçəkli kəndinin tarixi adı özünə qaytarılaraq Arıqıran kəndi adlandırılmışdır. == Toponimikası == Arıqıran/Arqıran/Arıqran kəndi Çətindərə çayının (Zəyəmçayın qolu) sağ sahilində, Haçaqaya dağının (Şahdağ silsiləsi) ətəyindədir. Güman edirlər ki, oykonim həmin ərazidə yaşayan və əsasən həşəratlarla qidalanan arıqıran adlı kiçik quşun adı ilə bağlıdır. 1991-ci ildən Çiçəkli adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2437 nəfər əhali yaşayır. === Tanınmış şəxsləri === Eyvaz İsgəndərov — ADAU Maşın mühəndisliyi və Standartlaşdırılma kafedrası dosenti, elmlər namizədi. Valeh Cəfərov — kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014). Mahmud Rüstəmov — tibb elmləri doktoru, professor. === Şəhidləri === Abbasov Zülfüqar Bayram oğlu (1995–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Arıqıran bələdiyyəsi
== Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Значение слова в других словарях