Asetilendikarbon turşusu
Asetilendikarbon turşusu - rəngsiz kristal maddədir;dihidrat əmələ gətirir.
== Fiziki xassələri ==
Suda , etanolda və efirdə yaxşı həll olur.
== Kimyəvi xassələri ==
H2SO4 və p-toluolsulfoturşunun iştirakında spirtlərlə diefir, PCl5 və NH3-lə müvafiq olaraq dixloranhidrid və diamid əmələ gətirir. Sirkə turşusu mühitində PCl5-in köməyi ilə xlorlaşdırdıqda xlorfumar və dixlorfumar turşularının qarışığı, KMnO4-dən istifadə etməklə oksidləşdirdikdə isə oksalat turşusu əmələ gətirir. Butadienlə dien sintezinə daxil olaraq heksadien-1,2-dikarbon turşusuna çevrilir. Asetilendikarbon turşusunun trimerləşməsi nəticəsində mellit turşusu əmələ gəlir. Pd/BaSO4 üzərində katalitik hidrogenləşməsi reaksiyanın aparılma şəraitindən asılı olaraq malein və ya kəhraba turşusunun alınması ilə nəticələnir. A.t.-nin dimetilefirinin hidrazinlə və ya alifatik diazobirləşmələrlə təsirindən pirazol törəmələri, hidroksilaminlə təsirindən oksazol törəmələri, azidlərlə və HN3-lə təsirindən isə 1,2,3-triazollar əmələ gəlir, məs. :
== Alınması: ==
Asetilendikarbon turşusunu KOH-ın α, β-dibromkəhraba turşusuna (çıxım 80%) və ya qələvinin spirtdə məhlulunun α-xlormalein və ya α-xlorfumar turşusuna təsirindən alırlar. A.t.-nin dimetilefiri güclü lakrimatordur (gözyaşardıcı), dəridə irinli yaralar əmələ gətirir.