Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asetilen
Asetilen (C2H2) — alkin sinfinə daxil olan olan doymamış karbohidrogendir. Molekulunda bir üçqat rabitəsi olan CnH2n-2 formuluna malik alifatik açıq zəncirli k/h-lər sırası Alkinlər və ya asetilen sırası karbohidrogenləri deyilir. Alkinlər də üçqat rabitə ilə birləşən karbon atomları sp hibridləşmə vəziyyətindədir və 180°С bucaq əmələ gətirirlər (yəni açıq bucaqlar). Alkinlər bir-birindən –CH2 – qrupu ilə fərqlənirlər. Doymuş k/h-də olan “an” şəkilçisi “in” şəkilçisi ilə əlavə etməklə oxunur. H – C ≡ C – H H : C   C : H H – C C – H 0,12 nm təşkil edir Asetilen molekulunda 3 σ 2 π rabitə, 2 polyar və 3 q/polyar rabitə vardır. Mr (alken) = 14n-2, iki qonşu alkinin molyar kütləsinin cəmi 28n+10. molekulda rabitələrinin ümumu sayı 3n-1, polyar rabitələrinin ümumi sayı 2n-2, molekulda atomlarının ümumi sayı 3n-2 düsturları ilə müəyyən olunur. Adlandırılma (nomenklatura): Alkinləri adlandırılması üçün: 1. Tarixi (trivial və ya təsadüfi) 2.
Asetilendikarbon turşusu
Asetilendikarbon turşusu - rəngsiz kristal maddədir;dihidrat əmələ gətirir. == Fiziki xassələri == Suda , etanolda və efirdə yaxşı həll olur. == Kimyəvi xassələri == H2SO4 və p-toluolsulfoturşunun iştirakında spirtlərlə diefir, PCl5 və NH3-lə müvafiq olaraq dixloranhidrid və diamid əmələ gətirir. Sirkə turşusu mühitində PCl5-in köməyi ilə xlorlaşdırdıqda xlorfumar və dixlorfumar turşularının qarışığı, KMnO4-dən istifadə etməklə oksidləşdirdikdə isə oksalat turşusu əmələ gətirir. Butadienlə dien sintezinə daxil olaraq heksadien-1,2-dikarbon turşusuna çevrilir. Asetilendikarbon turşusunun trimerləşməsi nəticəsində mellit turşusu əmələ gəlir. Pd/BaSO4 üzərində katalitik hidrogenləşməsi reaksiyanın aparılma şəraitindən asılı olaraq malein və ya kəhraba turşusunun alınması ilə nəticələnir. A.t.-nin dimetilefirinin hidrazinlə və ya alifatik diazobirləşmələrlə təsirindən pirazol törəmələri, hidroksilaminlə təsirindən oksazol törəmələri, azidlərlə və HN3-lə təsirindən isə 1,2,3-triazollar əmələ gəlir, məs. : == Alınması: == Asetilendikarbon turşusunu KOH-ın α, β-dibromkəhraba turşusuna (çıxım 80%) və ya qələvinin spirtdə məhlulunun α-xlormalein və ya α-xlorfumar turşusuna təsirindən alırlar. A.t.-nin dimetilefiri güclü lakrimatordur (gözyaşardıcı), dəridə irinli yaralar əmələ gətirir.
Diasetilen
Diasetilen (C4H2) — Doymamış karbohidrogenlər sinfinə daxildir. Rəngsiz qazdır. == Ədəbiyyat == Физер Л., Физер М., Реагенты для органического синтеза, т. 1, М., 1970, с. 252.- 53. Г. В. Дроздов.
Etilen
Etilen (C2H4) - alken sırasına daxil olan doymamış karbohidrogendir. == Alınması == etilen, üzvi maddələri quru distillə etdikdə əmələ gəlir. İşıq qazı və krekinq qazlarının tərkibində çox olur. laboratoriyalarda etileni etil spirtindən, qatı sulfat turşusu vasitəsilə, su ayirmaqla alırlar. == Xassələri == Etilen rəngsiz, iysiz və yanıcı qazdır, suda pis, spirt və efirdə yaxşı həll olur. Etilen qazından sənayedə müxtəlif sintezlər üçün istifadə edilir. Ondan etil spirti, etilxlorid, dixloretan, etilenoksid, iprit və başqa maddələr alırlar. Yüksək təzyiqdə müxtəlif temperaturlarda və müxtəlif katalizatorlar vasitəsilə etileni polimerləşdirərək ondan maye olefin karbohidrogenləri, yüksəközlülü sürtkü yağları, kayçukabənzər elastik bərk polimer alırlar. Etilenin özü vasitəsiz olaraq az işlənir. Onu bəzən meyvələri tez yetişdirmək üçün tətbiq edilir, asetilenlə qatışığını metal emalında işlədir və ya ondan narsilen adlanan natrkotok maddə kimi təbabətdə istifadə edirlər.
Sərilən acıçiçək
Sərilən acıçiçək (lat. Gentiana decumbens) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Sərilən naz
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Sərilən əzgən
Sərilən əzgən == Təbii yayılması == Avropa,Aralıq dənizi,Kiçik Asiya,İran,Monqolustan və Rusiyada yayılmışdır.Şimali Amerikadan təsvir edilmişdir. == Botaniki təsviri == Hündürlüyü 30-75 sm olan qıvrım tüklü yarımkoldur.Yarpaqları xətvari,yastı,tüklü,növbəli düzülüşlüdür.Çiçəkyanlığı tüklü,meyvələrdəki çiçəkyanlıqları isə uzunsov qanadcıqlar üzərində çıxıntılıdır.Çiçəklərin 3-4-ü bir yerdə yerləşməklə,sünbülvari və ya süpürgəvari çiçək qrupu əmələ gətirir.May ayında çiçəkləyir.Oktyabr ayında meyvə verir.Meyvəsi yumrudur.Toxumları hamar,dəyirmi olub,diametri 2 mm-dir. == Ekologiyası == Yarımsəhra və səhra zonalarında,düzənliklərdə yuxarı dağ zonalarında (dəniz səviyyəsindən 3800 m hündürlükdə),qumluqlarda bitir.Quraqlığa və duzluluğa davamlı,torpağa az tələbkar,işıqsevən və küləklə tozlanan bitkidir. == Azərbaycanda yayılması == Samur-Dəvəçi,Xəzər,Kür-Araz ovalıqlarında,Naxçıvanda,Lənkəran və Abşeronda yayılmışdır. == İstifadəsi == Zülallarla zəngin yem bitkisidir.Yüksək qida xüsusiyyətləri,məhsuldarlığı ilə fərqlənir.Ekstremal şəraitində mədəni otlaqların yaradılmasında çoxillik komponent kimi istifadə edilə bilər. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Seçilən (film, 2008)
== Məzmun == Filmin mövzusu Dağlıq Qarabağ həqiqətləri və Ermənistanın terror siyasətidir. Filmdə Ermənistan tərəfindən Azərbaycan Prezidentinə hazırlanmış terror aktının təşkilindən, ölkədə xaos yaratmaq niyyətindən bəhs edilir. Ermənistan xüsusi orqanlarının əli ilə Azərbaycan dövlətinə və onun başçısına qarşı terror aktı hazırlanır. Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarına rəhbərlik edən beynəlxalq terrorçu Zorik Babayan (Kazım Abdullayev) Ermənistan dövləti tərəfindın Azərbaycanın dövlət başçısını öldürmək tapşırığı alır. Görülən operativ əməliyyatlara baxmayaraq Zorik Babayan Bakıya gəlməyə müvəffəq olur. Bundan əlavə, bir qrup satqın terrorçunun zərərsizləşdirilməsinə mane olmağa çalışır. General Əli Talıbova (Elşən Rüstəmov) terror aktının qarşısını almaq tapşırılır. Vətənə, dövlətə, insanlara sevgi aşılayan bu filmdə Natəvanla (Sevinc Əlişova) Əlinin məhəbbəti filmin melodram xəttinin əsasını təşkil edir. == Film haqqında == Film 400 min dollara başa gəlib. Film Bakıfilm kinostudiyasının ən yaxşı siyasi-tarixi filmidir.