ATLANTİK TİPLİ ARALIQ SİLSİLƏLƏRİ

nisbi yüksəkliyi 2000-3000 km, eni 200-400 km olub, parçalanmanın amplitudu silsilənin oxun (dərin rift dərəsinə) doğru artan intensiv parçalanmış səth. xребет срединный атлантического типа mid-atlantic ridge type
ATLANTİDA
ATLANTİK TİPLİ SAHİL
OBASTAN VİKİ
Atlantik tipli sahil
Atlantik
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Aralıq
Aralıq — Bərzəx Aralıq (İğdır) — İğdır ilinin ilçələrindən biridir. Aralıq (Şörəyel) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda kənd. Aralıq (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd. Aralıq qoyun — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində qışlaq. Aralıq Kolanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Aralıq Oxçu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd. Yuxarı Aralıq — Azərbaycanın Şərur rayonunda kənd.
Atlantik (dairə)
Atlantik Dairə (ing. Atlantic County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi. 2000-ci il əhalinin siyahıya alınmasına görə, Atlantik əyalətində 252552 nəfər yaşayırdı. ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, 2009-cu ilədək əhali 271.712 nəfərə qədər artmışdır. Dairənin ən böyük şəhəri — Atlantik-Siti. Dairənin inzibati mərkəzi statistik məqsədlə müəyyənləşdirilmiş ərazidə yerləşir.
Atlantik Okeanı
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik Pireney
Atlantik Pireney (fr. Pyrénées-Atlantiques, keçmiş Basses-Pyrénées — Aşağı Pireney, bask Pirinio Atlantikoak, oks. Pirenèus Atlantics) — Fransanın cənub-qərbində yerləşən, Yeni Akvitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 64. İnzibati mərkəzi — Po, ən böyük şəhərləri Bayonna, Biarrits, Anqlet. Əhali - 674 908 nəfər (departamentlər arasında 36-cı yer, 2010-cu ilin məlumatları). Ərazisi — 7645 km². Pireney dağının dağlıq ərazisində yerləşən departament Atlantik okeanına qərbdə daxil olur. Departamentin ərazisində Adur, Bidassoa, Nivel, Uabia və digər çaylar axır. Departamentə 3 rayon, 52 kanton və 547 kommun daxildir.
Atlantik nərəsi
Atlantik nərəsi (lat. Acipenser sturio) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin nərəkimilər dəstəsinin nərələr fəsiləsinin nərə cinsinə aid heyvan növü.
Atlantik okean
Atlantik okean — sahəsinə görə Sakit okeandan sonra ikinci böyük okean. Sahəsi ona bitişik dənizlərlə birgə 93 mln km², həcmi 329,7 mln km², ən dərin yeri – 8742 metrdir (Puerto-Riko çökəkliyi). " S " hərfi şəklində olan okean Şimal Buzlu okeanından Antarktida qitəsinə qədər uzanır. Ekvatordan cənub və şimala olmaq etibarı ilə iki hissəyə bölünür — Cənubi Atlantik və Şimali Atlantik. Adı yunan mifologiyasının qəhrəmanı titan Atlasdan (Atlant) götürülüb. Bəziləri isə adının yaranmasını əfsanəvi Atlantida adası ilə bağlayırlar. Atlantik adı ilk dəfə yazılı mənbələrdə e.ə. 450-ci ildə Herodotun yazdığı Tarix əsərində rast gəlinmişdir. Həmçinin Atlantik okeanın suyu duzludur. Bu okean sahəsinə görə II böyük okeandır.
Atlantik qızılbalığı
Atlantik qızılbalığı (lat. Salmo salar) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. Ömürünün çoxunu Atlantik okeanında keçirər. Yalnız çoxalma zamanı Avropanın və Şimali Amerikanın çaylarına girər və dağların ətəklərində olan qaynaqlarına qədər köç edər. Bu səfərin sonunda cütləşib yumurtlayar və təkrar geri dönər. Amma bu köç və cütləşmə işi çox yorucudur, və köç əsnasında yemək yeməzlər. Buna görə çoxu dənizə dönə bilmədən ölər. Ayrıca şirin su da daha tez xəstəliklərə qapıla bilərlər. Dənizə dönməyə bacaranların qapdığı mikrobları dəniz suyunun duzu öldürər.
Atlantik səddi
Atlantik səddi və ya Atlantik divarı (alm. Atlantikwall‎) — Nasist Almaniyasının 1942–1944-cü illərdə Qərbi Avropanın Atlantik sahilləri boyunca, Danimarkadan İspaniyaya qədər yaratdığı daimi istehkamlar sistemi. Sistemin tikinti tamamlanmamışdır. 1944-cü ilin iyununda Normandiya əməliyyatı bu istehkamlar sistemi ABŞ, Birləşmiş Krallıq və onların müttəfiqlərinin qoşunları tərəfindən yarılmışdır. İkinci Dünya müharibəsi Avropada 1 sentyabr 1939-cu ildə Nasist Almaniyasının Polşaya hücumu ilə başlamışdır. İki gün sonra Birləşmiş Krallıq və Fransa Almaniyaya müharibə elan etmişdir. Polşanın coğrafi mövqeyi Antihitler koalisiyasının birbaşa müdaxiləsinə mane olmuşdur. Hücumdan dörd həftə sonra Almaniya qüvvələri Polşanı işğal etmişdir. Bu qələbədən bir ay keçməmiş Adolf Hitler Almaniyanın Fransa və Benilüks ölkələri üzərindən hücuma hazır olması barədə göstəriş vermişdir. Bununla belə, Almaniya Ali Komandanlığı hazırlıqların ən azı növbəti ilə qədər davam edəcəyinə əmin idi.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Luar-Atlantik
Luar-Atlantik—Fransanın qərbində departament, Pei-de-la-Luar regionunun departamentlərindən biri.Departament 1790-cı ildə yaradılmışdı İnzibati mərkəz — Nant. Əhali — 1 817 685 nəfərdir. Ərazisi 6815 кm². Erdr, Şezin, Sevr, Luara çayları Departament vasitəsilə axırlar. Departamentə 4 dairə , 59 kanton və 221 kommuna daxildir. Atlantik Luara —Böyük fransa inqilabı zamanı 1790-ci ilin martında yaradılan ilk 83 departamentdən biridir,keçmiş Bretan əyalətin ərazisində yarandı.
Atlantik atnalı yengəci
Atlantik atnalı yengəci (lat. Limulus polyphemus) — Xeliserlilər yarımtipinə, qılıncquyruqlar dəstəsinə daxil olan növ. Meksika körfəzi və Şimali Amerikanın Atlantik sahilləri boyunca yayılmışdır. Bu növ atnalı xərçənglərinin illik köçlərinin əsas istiqaməti Delaver körfəzidir. Bədən bir prosom (ön və ya yuxarı hissədən) və bir opistosomdan (sırasıyla aşağı və ya arxa), həmçinin bir quyruqdan ibarətdir. Alimlər təkamül haqqında daha çox məlumat əldə etmək üçün Limulus polifemusunu araşdırmışlar. 1967-ci il Tibb Nobel Mükafatı atnalı yengəcinin gözlərinin araşdırılmasına görə verilmişdir. Atnalı yengəci ekosistemdə əhəmiyyətli rol oynayır. Yumurtaları İslandiya qumluqcası kimi sahil dəniz quşları və böyüklər dəniz tısbağaları ilə qida məmnbəyi rolunu oynayır. Mollyusklar, Həlqəvi qurdlar, digər dəniz onurğasızları və balıqlarla qidalanırlar.
Şimali Atlantik Şurası
Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir. Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur. Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır. Bumgardner, Sherrod Lewis, redaktorNATO Legal Deskbook (PDF) (2nd). Belgium. 2010.
Ramazankənd (Aralıq)
Ramazankənd — Türkiyənin İğdır ilinin Aralıq ilçəsinə daxil olan kənd. Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. İğdır il mərkəzindən 12 km, Aralıq ilçə mərkəzinə 11 km uzaqlıqdadır. 1886-cı il məlumatına görə kənddə 391 nəfər azərbaycan türkü və 55 kürd yaşayırdı.
Yuxarı Aralıq
Yuxarı Aralıq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. 29 mart 2005-ci ildə Mərkəzi Yuxarı Aralıq kəndi olan Aralıq kənd inzibati ərazi dairəsi mərkəzinin adına uyğun olaraq Yuxarı Aralıq kənd inzibati ərazi vahidi adlandırılmışdır. Şərur rayonunun Qarxun i.ə.v. də kənd . Düzənlikdədir. Keçmiş adı Aralıq Başkənd olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini göstərməklə, onu eyni adlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. Aralıq "orta, mərkəz" deməkdir.
Qarahacılı (Aralıq)
Qarahacılı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1914-cü il qeydlərində Qarağaçlı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 31 km, Aralıq qəsəbəsinin mərkəzindən 14 km məsafədədir.
Qırçiçəyi (Aralıq)
Qırçiçəyi — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1928-ci il qeydlərində Qıraçbağı kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 24 km, Aralıq qəsəbə mərkəzindən 21 km məsafədədir.
Saraçlı (Aralıq)
Saraçlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901-ci il qeydlərində Saraçlu, 1928-ci il qeydlərində Pirço kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq qəsəbə mərkəzindən 4 km məsafədədir.
Tarlabaşı (Aralıq)
Tarlabaşı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kəndin adı 1901 və 1928-ci il qeydlərində Ahuri və ya Ahori kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 63 km, Aralıq qəsəbəsinin mərkəzindən 18 km məsafədədir.
Təzəköy (Aralıq)
Təzəköy — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 41 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yenidoğan (Aralıq)
Yenidoğan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd İğdır şəhər mərkəzinə 67 km, Aralıq qəsəbəsinin mərkəzindən 22 km məsafədədir.
Yuxarıaratan (Aralıq)
Yuxarıaratan — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.
Yuxarıtorpaqlı (Aralıq)
Yuxarıtorpaqlı — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd.. Kəndin adı 1928-ci il qeydlərində Yuxarı Əliqızıl kimi qeyd olunur. Kənd İğdır şəhər mərkəzinə 36 km, Aralıq qəsəbə mərkəzindən 9 km məsafədədir.
Yuxarıçamurlu (Aralıq)
Yuxarıçamurlu — Türkiyənin İğdır ilinin Aralıq ilçəsində kənd. Kənd 1928-ci ildən eyni addadır. Kənd İğdır şəhər mərkəzinə 49 km, Aralıq şəhər mərkəzindən 4 km məsafədədir.