Şimali Atlantika Şurası (ing. North Atlantic Council, NAC) — Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) əsas siyasi orqanı. Bu, üzv ölkələrin daimi nümayəndələrindən ibarətdir.[1] Şimali Atlantik Şurası Şimali Atlantika müqaviləsinin 9-cu maddəsinə uyğun olaraq yaradılmışdır və NATO-da səlahiyyətləri birbaşa müqavilədən irəli gələn yeganə qurumdur.
Şimali Atlantika müqaviləsi Şimali Atlantik Şurasına müxtəlif siyasi funksiyaları yerinə yetirmək üçün köməkçi orqanlar, o cümlədən müqavilənin digər hissələrini həyata keçirmək üçün müdafiə komitəsi yaratmaq hüququ vermişdir. Şimali Atlantika Şurası 1952-ci ildən daimi iclasdadır.[2]