ATTITUDE

n 1. münasibət, mövqe; friendly ~ towards smb. bir kəsə qarşı dost münasibət; What is your attitude towards this question? Bu məsələyə sənin / Sizin münasibətin / münasibətiniz necədir?; wait-and-see ~ gözləmə mövqeyi; ~ of mind təfəkkür tərzi; 2. duruş, poza, görkəm; ~ of pride / arrogance vüqarlı / təkəbbürlü duruş; hesitating ~ qətiyyətsiz görkəm; melancholy ~ fikirli / qayğılı görkəm

ATTIRE
ATTORNEY
OBASTAN VİKİ
Attitude
Attitude (hərf. münasibət) — Birləşmiş Krallığın homoseksual auditoriyası üçün "Attitude Media Ltd." şirkəti tərəfindən dərc edilən aylıq qlyants jurnal. Jurnal dünyanın bir çox ölkələrində satılır və onun həmçinin iPad və iPhone versiyaları mövcuddur. Bundan başqa, jurnalın rəqəmsal versiyasını Android Market vasitəsilə Android qurğuları üçün yükləmək mümkündür. Attitude jurnalının ilk nömrəsi 1994-cü ilin may ayında satışa buraxılmışdı. Jurnalın ayrıca tay və vyetnam dilində olan bölmələri müvafiq olaraq 2011-ci ilin mart və 2013-cü ilin noyabr ayından nəşr edilir. == Jurnalın tarixi == "Attitude" Riçard Desmonda məxsus Northern and Shell Group şirkətinin tərkib hissəsi kimi 1994-cü ildən dərc edilməyə başlamışdı. 2004-cü ildə jurnal "Remnant Media" şiurkətlər qrupuna satılmışdı. O vaxtdan etibarən, jurnal qısa bir müddət Qaynt Klipperin (Giant Clipper) mülkiyyətinə keçmiş və daha sonradan (2008-ci ilin aprel ayından) Attitude Publications Ltd şirkəti həmin şəxsdən dərginin "əqli mülkiyyət hüquqlarını" əldə edə bilmişdi. Bununla belə, iki tərəf arasında bağlanmış müqaviləyə uyğun olaraq, jurnalın həmin vaxta kimi toplanılan bütün borclarını əvvəlki nəşriyyat şirkəti - yəni Attitude Publications Ltd ödəməli idi. Jurnal 2007-ci ildə nəşr və sonrakı paylanmada bir sıra çətinliklərlə üzləşmiş və buna görə də, həmin ilin yanvar və iyul aylarında qəzet köşklərində satılmamışdı.

Значение слова в других словарях