Attitude

Attitude (hərf.münasibət) — Birləşmiş Krallığın homoseksual auditoriyası üçün "Attitude Media Ltd." şirkəti tərəfindən dərc edilən aylıq qlyants jurnal. Jurnal dünyanın bir çox ölkələrində satılır və onun həmçinin iPadiPhone versiyaları mövcuddur. Bundan başqa, jurnalın rəqəmsal versiyasını Android Market vasitəsilə Android qurğuları üçün yükləmək mümkündür. Attitude jurnalının ilk nömrəsi 1994-cü ilin may ayında satışa buraxılmışdı[3]. Jurnalın ayrıca tayvyetnam dilində olan bölmələri müvafiq olaraq 2011-ci ilin mart və 2013-cü ilin noyabr ayından nəşr edilir.

Attitude
Loqonun şəkli
Attitude, Mart 2014-cü il. Üz qabığında Den Osborn
Növ aylıq jurnal
Format A4
Tiraj 9,966 (yalnız rəqəmsal)[1]
Təsisçi Attitude Media Ltd
Təsis tarixi 1994
Şirkət

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Ölkə
Dil İngilis dili
ISSN 1353-1875
OCLC nömrəsi 52434259, 1333536821, 1373489706
attitude.co.uk

Jurnalın tarixi

[redaktə | mənbəni redaktə et]

"Attitude" Riçard Desmonda məxsus Northern and Shell Group şirkətinin tərkib hissəsi kimi 1994-cü ildən dərc edilməyə başlamışdı. 2004-cü ildə jurnal "Remnant Media" şiurkətlər qrupuna satılmışdı. O vaxtdan etibarən, jurnal qısa bir müddət Qaynt Klipperin (Giant Clipper) mülkiyyətinə keçmiş və daha sonradan (2008-ci ilin aprel ayından) Attitude Publications Ltd şirkəti həmin şəxsdən dərginin "əqli mülkiyyət hüquqlarını" əldə edə bilmişdi. Bununla belə, iki tərəf arasında bağlanmış müqaviləyə uyğun olaraq, jurnalın həmin vaxta kimi toplanılan bütün borclarını əvvəlki nəşriyyat şirkəti - yəni Attitude Publications Ltd ödəməli idi. Jurnal 2007-ci ildə nəşr və sonrakı paylanmada bir sıra çətinliklərlə üzləşmiş və buna görə də, həmin ilin yanvar və iyul aylarında qəzet köşklərində satılmamışdı. Maddi çətinliklər və maliyyə problemlərindən sonra jurnalın sahibi Vitality Publishing adlı yeni nəşriyyat evini yaradır və öz şirkətini özəl investorlara satır.

Jurnalın hazırkı sahibi rəsmi internet səhifədə Attitude Media Ltd kimi göstərilib. Bu, çox güman ki, müqavilənin şərtlərinə əsaslanır və həmin müqavilənin müddəti qurtardıqdan sonra jurnal sahibinin adı başqası ilə əvəz olunacaq.

Ayrı-ayrı zamanlarda, jurnalın üz qabığını Devid Bekhem, Lady Gaga, Tom Hardi, İen Somerholder, Mark Uolberq, Conatan Qroff, Rupert Qrint, Toni Bler, Deniel Redkliff, Madonna, Hit Lecer, Saşa Baron Koen, Devid Kemeron, Ed Milibend, Kliv Ouen, The Spice Girls, Take That, Ceyms Franko, Dominik Kuper, Cimmi Anderson, Mitç Hever, Mark Fihili, Kevin MakDeyd, Kayli Minoq, Marilyn Manson, Elton Con, MakFlay, Robbi Villiams, Rupert Everett, Castin Timberleyk, Filip Olivye, Freddi Lyunqberq, Corc Maykl, Rufus Veznrayt, Uill Yanq, Harri Cudd, Kristina Agilera, Dermot O'Liri, Con Barroumen, Qari Lüsi, Bet Ditto, Şayen CeksonScissor Sisters kimi məşhurlar bəzəmişdi. Həmin üz qabıqlarının bir çoxu oxuyucular üçün eksklüziv idi. 13 oktyabr tarixində, Attitude jurnalı özünün Attitude Awards adlı redaksiya heyətinin tərkib hissəsi kimi, üz qabığını Alan Türinqin fotoşəkli bəzəyən yeni nömrəsini dərc etmişdir.

2005-ci ilin may ayında Böyük Britaniya Leyborist Partiyasının keçmiş lideri və keçmiş Baş Nazir Toni Bler ilk dəfə olaraq gey jurnala öz müsahibəsini vermişdir. 2009-cu ildə isə o Attitude jurnalının 15 illiyi münasibətilə, gey mətbuata özünün artıq ikinci müsahibəsini vermiş və burada o Roma Papasının homoseksuallara olan münasibətini pisləyərək, onu tənqid atəşinə basmışdır[4][5].

2010-cu ilin fevral ayında Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri Devid Kemeron gey nəşr üçün özünün ilk müsahibəsini verir və onun şəkli jurnalın üz qabığında yerləşdirilir[6].

2009-cu ilin avqust ayında "Harri Potter" filminin baş qəhrəmanı Deniel Redkliff gey nəşr üçün ilk müsahibəsini verir və burada o, Britaniya Liberal Demokrat siyasi partiyasını dəstəklədiyini açıqlayır. O deyir: Mən bütünlüklə homofobiyaya nifrət edirəm. Bu, sadəcə olaraq iyrənc və heyvani axmaqlıqdır və bu işlərə rəhbərlik edən şəxslər qorxunun nə olduğunu bilməyən kütbeyin insanlardır. Mən bütövlükdə gey olan insanların ətrafında böyümüşəm. Və oxuduğum sinifdə, mən homoseksualizm və buna bənzər hər hansı bir təcrübəsi olmayan yeganə uşaq idim[7].

Məşhurların müsahibələri ilə yanaşı, jurnal heyəti həmçinin sığınacaq axtaran homoseksualların vəziyyətini, Şərqi Avropa ölkələrində sağçıların artması problemini, ABŞ prezidentlərinin seçki kampaniyasını, eləcə də real həyatda kişilərə olan cinsi zorakılıq kimi bir sıra problemləri araşdırır. 2005-ci ilin may ayında Böyük Britaniyada aparılan ümumi seçki ərəfəsində jurnal Toni Blerdən yenidən müsahibə aldı və onun fotosessiyasını düzənlədi. 2008-ci ilin aprel ayında isə Attitude jurnalı London şəhərinin Bələdiyyə Başçısı Boris Consondan məsələ ilə əlaqədar onun mövqeyini öyrənməyə çalışdı və o buna cavab olaraq gey əlaqələrin normal bir şey olduğunu nəzərə alsaq (və mən buna tam olaraq əminəm), onların qanuni şəkildə nigahlarının leqallaşdırılmasına dair heç bir səbəb və problem görmürəm - dedi. Cənab Conson "ölkəsində homoseksuallara bu cür hüquqların bu vaxta kimi nəyə görə verilmədiyi" sualına bu cür haqq qazandırmağa çalışmış və bunun sadəcə olaraq vaxt məsələsi olduğunu bildirmişdi[8].

Attitude jurnalı tez-tez gey bazarında eksklüziv müsahibələri əldə edir. Bu eksklüzivlərə Deniel Redkliffin gey mətbuatına yeganə müsahibəsi, Madonnanın "Confessions on a Dance Floor" albomu haqqında dünya mətbuatına ilk açıqlaması, 2005-ci ilin dekabrında Elton Con və Devid Furnişin ailə partnyorluğu haqqında yeganə nəşr olunmuş müsahibəsi, Hit Lecerin gey mətbuatına yeganə müsahibəsi, "Take That" qrupunun yenidən formalaşdırılmasından sonra ilk nəşr olunmuş müsahibəsi, Kayli Minoqun müsahibələri və Robbi Uilyamsın "Greatest Hits" albomu haqqında müsahibəsi daxildir. Uill Yanq jurnala cəmi bir dəfə müsahibə verməsinə baxmayaraq, bu haqqda tez-tez danışırdı. 2006-cı ildə The Scissor Sisters qrupunun üzvləri yeni albomun satışa çıxarılması ilə əlaqədar, Attitude jurnalı üçün eksklüziv fotosessiyalar düzənləmişdilər - qrupun 5 üzvü olduğundan, jurnal orijinal 5 ədəd fərqli üz qabığı hazırlamışdı. Take That qrupunun üzvləri isə öz növbəsində son illər qrupda baş vermiş islahatlar haqqda jurnala geniş intervyu vermişdilər.

Jurnal tematik üslubda yaradıldığından, oxuyucuların əksəriyyəti Maks Bisli, Filipp Olivye və Uill Mellor kimi bir çox məşhurların məhz çılpaq fotoşəkillərinə baxmağı üstünlük verirlər. 2005-ci ilin iyul ayında jurnal spin-off və dəb mövzularını əlavə edir. 2010-cu ilin mart buraxılışında isə Attitude heyəti ilk dəfə olaraq yaşlı insanların problemlərinə həsr olunmuş xüsusi jurnal çap edir və onun üz qabığını EastEnders teleserialının baş qəhrəmanı Con Partricin fotoşəkli ilə bəzəyir.

Jurnala ianəçi seçilən məşhurlar arasında Culi Burçill, Devid Ferniş, Mark Simpson (jurnalın ilk illərində onun köşə yazarı), Tim Teman, Saymon Fenşou, Uill Self, Auqustin Burrous, Endrü M. Potts, Entoni Krenk, Ceki Kollins, Mett Lukas, Boy Corc, Rassell T Deyvis, Qreyem Norton, eləcə də The Ordinary Boys indi-rok qrupunun solisti Semüel Preston, Brüs Labrüs və fotoqraf Volfqanq Tillmansın adlarını xüsusilə qeyd etmək lazımdır.

Attitude jurnalının redaktorlar heyətinin başçısı Yohann Hari və keçmiş "Boys" jurnalının redaktoru Saymon Geycdir, heyət üzvləri isə Capital Gay jurnalının əvvəlki redaktoru Saymon Edc və jurnalist Uill Devisdir. Jurnalın əvvəlki ortaq redaktorları isə Pol Flinn və Patrik Strudvikdir.

Jurnalın üz qabığına çəkilmiş məşhurlar

[redaktə | mənbəni redaktə et]
Alan Türinqin şəkli jurnalının üz qabığında.

Jurnalın üz qabığını adətən heteroseksual məşhurlar bəzəyir və bu homoseksual oxuyucular üçün çox xoşdur. 2010-cu ilin may ayına qədər, Attitude jurnalı 106 heteroseksual məşhur ulduz və ya siyasətçiyə həsr edilmiş 151 jurnal yaratmışdır. Jurnalın yalnız 45 üz qabığı məşhur geylərə həsr olunmuşdur. Bununla belə, ardıcıl olaraq yalnız heteroseksual məşhurların çılpaq fotoşəkilləri jurnalda maksimum 2 ay davam edə bilərdi - bu o deməkdir ki, jurnalın üz qabığını adətən ardıcıl şəkildə fərqli oriyentasiyadan olan şəxslər bəzəməlidir. Jurnalın redaktoru Mettyu Todd, müsahibələrin birində bu barədə bu cür açıqlama verir: Daim jurnalın üz qabığında gey məşhurların yerləşdirilməsi çox çətindir, çünki onların sayı azdır. Buna görə də biz Kele Okereke (jurnala intervyu verən ilk qaradərili gey)[9] və Bet Ditto (ilk gey qadın) kimi neformal məşhurları da əlavə etmə başladıq.

2005-ci ildə keçmiş redaktor Adam Mattera "İlin ən yaxşı kişi maqazin redaktoru" nominasiyası üzrə BSME Mükafatını qazanmışdır. Bu gey jurnalına redaktorluq edən şəxsin ilk dəfə mükafat qazanması idi[10]. Qısa bir müddət sonra, Mattera 2006-cı ildə daha bir mükafata layiq görülür. 2008-ci ildə Saymon Kouell ilə yanaşı Attitude jurnalının feşn-direktoru musiqi sənayesində verdiyi töhfələrə görə, Times jurnalı tərəfindən "Böyük Briyaniyanın 20 ən yaxşı ulduz simalarından" biri seçilmişdir. Hal-hazırda Attitude Mettyu Todd tərəfindən redaktə edilir, o uzun zaman "Blowing Whistles"-də müxbir, köhnə redaktor müavini və ardından sadə yazıçı kimi çalışmışdır. 2009 və 2010-cu ildə Todd "İlin ən yaxşı kişi maqazin redaktoru" kimi, BSME Mükafatına namizəd seçilmişdir. O, həmin mükafatı 2011-ci ildə əldə etmişdir. The Independent qəzetinin 2008-ci ildə yayımladığı "Çəhrayı siyahıda", cənab Todd Böyük Britaniyanın "90 Ən nüfuzlu gey şəxsi" olaraq adlandırılmışdır. 2009-cu ildə o siyahıda yüksələrək, 85-ci yerdə, 2010-cu ildə isə artıq 50 yerdə qərarlaşdı.

Attitude jurnalının rəqəmsal versiyası (2013-cü ildən) ABC-yə (Tirajların Audit və Nəzarəti İdarəsi) uyğun olaraq iyul-dekabr ayları üçün tirajının 9,966 olduğunu bildirmişdi[1][11].

Beynəlxalq nəşrləri

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin mart ayında Taylandın ən böyük media və əyləncə konqlomeratı sayılan GMM Inter Publishing şirkəti Attitude jurnalının tayca versiyasını satışa buraxmışdı. Tay nəşrinin üz qabığını Ananda Everingem, Mario Maurer, Nadeç Kugimiya, Utt Paniçkul və Ciho Li kimi Şərgi və Cənubi Asiya ölkələrinin məşhurları bəzəmişdi. Avropadan fərqli olaraq yerli jurnal heyəti konkret olaraq Straight Guy We Love adlı sütun yaratmış və oranı məşhur tay fotoqrafı Haruyehun Errinin şəkilləri ilə bəzəmişdi.

Attitude: Thái độ sống

[redaktə | mənbəni redaktə et]

Attitude jurnalının vyetnamca nəşri 25 noyabr 2013-cü ildə Vyetnamda dərc edilmişdi. Bu nəşr daha çox gey hərəkətin dəstəklənməsinə, hüquqlarının qorunmasına və insanlar arasında maarifləndirmə işlərinin aparılmasına yönəlmişdir.

  1. 1 2 "Attitude – circulation". ABC. 31 January 2014. 1 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 May 2014.
  2. 1 2 The ISSN portal (ing.). Paris: ISSN International Centre, 2005. ISSN 1353-1875
  3. "Attitude's January edition missing". Pink News. 2013-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-28.
  4. "Tony Blair has questioned the Pope's attitude towards homosexuality, arguing that religious leaders must start "rethinking" the issue". BBC. 2012-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-20.
  5. "Blair questions Papal gay policy". BBC News. 2009-04-08. 2012-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-04.
  6. "David Cameron Attitude Cover". tqsmagazine.co.uk. 2014-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-28.
  7. "Daniel Radcliffe Attitude Magazine Features". Snitchseeker.com/ attitude magazine. March 5, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 9, 2012.
  8. "Simon Jenkins: Boris Johnson's attitude to free speech ought to worry us more". London Evening Standart. 7 April 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2013 - Simon Jenkins.
  9. "Kele Okereke Buffs Up and Makes a Big Splash for "Attitude"". rodonline.typepad. 13 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 June 2010.
  10. Grew, Tony. "Attitude's January edition missing". Pink News. London. 12 January 2007. 14 September 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 May 2014.
  11. "Bent – circulation". ABC. 17 February 2005. 1 May 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 May 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

attitude.co.uk — Rəsmi saytı

Padva, Gilad. "Heavenly Monsters: The Politics of the Male Body in the Naked Issue of Attitude Magazine". International Journal of Sexuality and Gender Studies. Springer Science+Business Media. 7 (4). October 2002: 281–292. doi:10.1023/A:1020334829223. İstifadə tarixi: 1 May 2014.