aux

art contr. (à+les) je parle aux enfants mən uşaqlarla danışıram

auvent
avancer
OBASTAN VİKİ
Yeva-Mariya Aux
Yeva-Mariya Aux (alm. Eva-Maria Auch‎; 21 sentyabr 1955, Lyuterştadt-Aysleben) — Almaniya və Şərqi Avropada tarix professoru, din və siyasət müəllifidir. 2010-cu ildən Berlin Humboldt Universitetinin Tarix şöbəsində Azərbaycan tarixi kafedrasının müdiridir. Yeva-Mariya Aux 1955-ci ildə Lyuterştadt-Aysleben şəhərində anadan olub. Bakıda ərəb və islam dillərini öyrənmişdir və Leypsiqdə rus dilinə əlavə tərcüməçi diplomu almışdır. 1985-ci ildə Universitetdə müasir və yaxın tarixdə doktorluq dərəcəsini almışdır, Qrayfsvald universitetində (alm. Universität Greifswald (EMAU)‎). Mövzu: "Liviya inqilabının tarixi mənşəyi, gedişi və nəticələri, liderlərinin ictimai konsepsiyası və daxili siyasətində İslama xüsusi diqqət yetirilməsi" (1969-1983). " 1991-ci ildə Qrayfsvald universitetində Şərqi Avropa tarixini öyrətməyə icazə almışdır. 1999-cu ildə Bakı Qərb Universitetinin fəxri doktoru dərəcəsini almışdır.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Auxer lələklivəsi
Auxer lələklivəsi (lat. Smyrniopsis aucheri) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin lələklivə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –Vu D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 1 m hündürlüyündədir. Kökətrafı və gövdə yarpaqları iridir, ikiqat lələkvari bölünmüşdür, ayası yumurtavaridir. Çətirləri 12-15 şüalıdır. Çiçəkləri sarı, ikicinsli və erkəkciklidir. Meyvələri yumurtavari, 6-7 mm uzunluqda, qabarıq qabırğalı və yastı novludur, sütuncuğu uzun və açılmışdır.
Auxer süsəni
Auxer süsəni (lat. Iris aucheri) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Ümumi məlumat == Auxer süsəni(Iris aucheri) çoxillik ot bitkisidir. Boyu 10-20 sm olur. Kökümsov gövdəsi yumurtavaridir. 1,5-2,5 sm böyüklüyündədir. Çiçəkləri tək olub, zirvədə yerləşir. 4-5-ci aylarda çiçək açır. == Yayılması == Əsasən Samur-Şabran düzənliyində, Qobustanda, Qubanın quru yerlərində, Kür-Araz düzənliyindən başlamış orta dağ qurşağına kimi kolluqlarda, meşələrdə açıq sahələrdə çox az miqdarda bitir.