Avantekst
Avantekst (fr. l’avant-texte "dotekst, prototekst") — folklor mətninin mövcudluğunun əsas formasıdır. Folklor mətninin heç vaxt əsas variantı olmur, əksinə, həmişə mətnin bərabər variantları kompakt şəkildə mövcud olur.
== Haqqında ==
Ədəbiyyatdakı avantekstin analoqu mətndir. Tərtib zamanı mətnə fərqli yanaşmalar nəşrin keyfiyyətinə birbaşa təsir edir. Bu fərqlilik xalq dilinin ədəbi dil xüsusiyyətləri ilə verilməsinə, mətnlərdə akustikanın pozulmasına, regional tələffüz əlamətlərinin yazıda itməsinə, mətnlərin nöqsanlı sistemləşdirilməsinə, şərti işarələrdən düzgün istifadə edilməməsinə və digər qüsurlara yol açır, pərakəndəlik yaradır. Elə buna görə də folklor materiallarının bu qaydalara ciddi əməl edərək, səhvlərə yol vermədən, vahidlik prinsipini gözləyərək tərtib edilməsi folklor tərtibçisinin əsas vəzifəsi olmalıdır.
Folklorda mətnin müxtəlif variantları olur. Hansı şəraitdə gerçəkləşməsindən asılı olmayaraq, hər hansı bir söyləmə aktı söyləyicinin dünyagörüş və ifaçılıq səviyyəsini aşkarlamada önəmli gedişatdır. Söyləmə aktının həyata keçirilməsində bir çox vasitələr iştirak etsə də, qeyd şərtsiz demək olar ki, dil bu aktın icra olunmasında alternativsiz vasitədir.