axın faktoru

ру фактор притока en influx factor de Einflußgröße fr grandeur d'influence es magnitud de influencia it grandezza d'influenza
axın boru xətti
axın istilik nasosu
OBASTAN VİKİ
Axın xətti
Axın xətti – eynitipli detalların hazırlanması və ya məmulatların yığılması üçün texnoloji prosesin ardıcıllığı ilə düzülmüş, müəyyən takta uyğun işləyən maşınlar və ya avadanlıqlar kompleksi. Emal sexlərinin axın xətti detalları bir əməliyyatdan digərinə ötürən nəqledici qurğularla birləşdirilmiş dəzgahlardan, maşınlardan, yığma sahələrində isə avadanlıq, tərtibat, alət və nəqledici qurğularla təchiz olunmuş iş yerlərindən ibarətdir. Nəqledici qurğular Axın xəttini detal və qovşaqlarla fasiləsiz təchiz etmək və yığılmış məmulatı ardıcıl hərəkət etdirmək üçündür. Axın xətti fərdi, qoşalaşdırılmış (2 detalın eyni vaxtda emalı üçün) və qrup halda (bir neçə detalın eyni vaxtda emalı, yaxud onların müəyyən ardıcıllıqla emalı üçün) olur. Axın xəttində iri obyektlərin yığılması zamanı ayrı-ayrı qovşaq və detallar müəyyən olunmuş ardıcıllıqla bir mövqedən digərinə verilir, quraşdırma işlərini isə texnoloji prosesə uyğun bir obyektdən digərinə keçən ixtisaslaşdırılmış briqadalar görür. Axın xəttində, adətən, metalkəsən dəzgahlarda mexaniki emal, qaynaq, termiki emal, yağlama, rəngləmə və s. yerinə yetirilir. Detalların, qovşaqların, hazır məmulatların yerinin dəyişdirilməsi üçün istehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılmasına imkan verən mövqedəyişən, manipulyator, nəqliyyat vasitələri tətbiq edilir və texnoloji işlər aparılır. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.).
Axın (psixologiya)
Axın, axın vəziyyəti, axın təcrübəsi (ing. flow, lat. influunt ) — insanın gördüyü işdə tamamilə iştirak etməsi, aktiv konsentrasiyası, fəaliyyət prosesinə tam cəlb olunması ilə xarakterizə olunan psixi vəziyyət. Axın konsepsiyası 1975-ci ildə Mixay Çiksentmixayi tərəfindən təklif edilmişdir və o, həm də axın vəziyyətinə daxil olmaq üçün praktiki tövsiyələri ehtiva edir. Axın vəziyyəti unikal vəziyyət deyil. Axın vəziyyətində olmaq hər hansı bir xüsusi sahə və ya proseslə məhdudlaşmır. Bu, konkret şəxsin iştirak etdiyi bütün fəaliyyət sahələrinə şamil edilir. Abraham Maslou axın vəziyyətlərini zirvə təcrübələri adlandırmışdır. Çiksentmixaynin fikrincə, axın vəziyyətinin təcrübəsinə kömək edən bir neçə fəaliyyət xüsusiyyətlərinin siyahısı var: Aydın məqsədlər (fərqli gözləntilər və qaydalar). Konsentrasiya və diqqət mərkəzi - diqqətin məhdud bir sahəsinə yüksək dərəcədə konsentrasiya (fəaliyyətlə məşğul olan bir şəxs ona diqqət yetirmək və özünü ona dərindən qərq etmək qabiliyyətinə malikdir).
Piroklastik axın
Atmosfer faktoru
Q faktoru
Radiolar müəyyən bir elektromaqnit spektrini dinləmək üçün hazırlanmışdır. Radionun keyfiyyətini seçicilik və həssaslıq amillərinə görə qiymətləndirmək mümkündür, buna Q faktoru deyilir. Bu tezlik diapazonundakı radio qəbulediciləri keyfiyyətinə və xüsusiyyətlərinə görə bir çox fərqli modelə bölünə bilər.
Risk faktoru
Risk faktoru- müəyyən xəstəliyin bilavasitə səbəbi sayılmayan, lakin onun baş verməsi ehtimalını artıran ümumi faktorların adıdır. Bura həyat şəraiti və tərzi xüsusiyyətləri , həmçinin orqanizmin anadangəlmə və ya qazanılan xüsusiyyətləri aid edilir. Onlar individiumda (fərddə) xəstəlik ehtimalını artırmaq, yaxud mövcud xəstəliyin gedişinə və proqnozuna əlverişsiz təsir göstərmək qabiliyyətinə malikdir. Adətən bioloji, ekoloji və sosial risk faktorları ayrılır. Əgər risk fatorlarına bilavasitə xəstəliyə təsir göstərən faktorlar da əlavə edilsə, onlar birlikdə sağlamlıq faktorları adlanır ki, onlar da analoji təsnifata malikdir. Bioloji risk faktorlarına genetik və ontogenez dövründə insan orqanizminin qazandığı (əldə etdiyi) xüsusiyyətlər aiddir. Məlum olduğu kimi, bəzi xəstəliklərə çox vaxt müəyyən milli və etnik qruplarda rast gəlinir. Hipertoniya, xora xəstəlikləri, şəkərli diabeti və b. xəstəliklərə irsi meyillik mövcuddur. Bir sıra xəstəliklərin, o cümlədən şəkərli diabeti, ürəyin işemiya xəstəliyinin baş verməsinin ciddi faktoru köklük hesab olunur.
Hepatosit böyümə faktoru
Hepatosit böyümə faktoru (HBF) — spesifik olaraq, hepatositlərin proliferasiyasını sürətləndirən zülal təbiətli maddədir və təsiri hepatositlərin membranında yerləşən spesifik reseptorlar — HBFr — vasitəsilə həyata keçirilir. HBF-nin c-met onkogeninin məhsulu olduğu bildirilir. HBF-in bir neçə yerdə: ağciyərlərdə, böyrəklərdə, dəridə, leykositlərdə, Kuppffer hüceyrələrində sintez olunduğu guman edilir. Hesab edilir ki, HBF başlıca olaraq, retikuloendotelial sistem tərəfindən sintez edilir və bu sistemin aktivləşmə dövründə leykosit və limfositlərdən ifraz olunan böyümə faktorları qrupundandır. HBF-nin ifraz olunmasının başlıca səbəbi kimi, qaraciyərdə hüceyrə zədələnməsi göstərilir. Rezeksiya və toksiki hepatitlərdə qanda HBF-nin artmasını bu fikri təstiqləyən dəlil kimi göstərirlər. Rezeksiyadan sonra HBF və HBFr-in 15-ci dəqiqədən başlayaraq 24 saat ərzində artığı müşahidə edilmişdir. HBF-nin neoplastik proseslərdə də aktiv rol oynadığı bildirilir.
Beta transformasiyaedici böyümə faktoru
β — transformasiyaedici böyümə faktorları proteinlərdirlər və sitokinlərin bir qrupudurlar. Onlara bu ad kultural mühitdə normal hüceyrələrin fenotiplərini dəyişdirə bilmə xüsusiyyətlərinin olmasına görə verilib. β transformasiya edici böyümə faktoru 3 izoformada mövcuddur və molekul kütləsi 50KDa a bərabər iki homodimerdən təşkil olunmuşdur. β transformasiyaedici böyümə faktorunun produsentlərinə, bir sıra hüceyrələr , o cümlədən , stromal hüceyrələr, makrofaqlar və müxtəlif növ şiş hüceyrələri daxildirlər. O, qeyri aktiv formada sintez olunur, proteazaların hidrolitik təsirindən aktivləşdikdən sonra hüceyrəarası matriksin kompanentləri və α makroqlobulin molekulları ilə birləşir. İmmun sistemində β-transformasiyaedici böyümə faktorları özünü supressiv bir faktor kimi aparır. O, hemopoez prosesinə, iltihab sitokinlərinin sintezinə, limfositlərin interleykin-2,4 və 7 qarşı reaksiyalarına, təbii killer və T-sitotoksik hüceyrələrin formalaşmasına neqativ təsir göstərir. Bununla yanaşı, β tansformasiyaedici böyümə faktoru hüceyrəarası matriks zülüllarının sintezini, yaraların sağalmasını və anabolik prosesləri sürətləndirir. Onun differensisasiya təbiətli təsiri də məlumdur. Məsələn:o, plazmatik B hüceyrələrində immunoqlobulinlərin sintezini İg A istiqamətində yönəltməklə və İL-10 la birlikdə onun ifrazını 10 dəfə artırmaqla selikli qişanın müdafiəsini gücləndirə bilir.