AXİRƏT

“son” mənasını ifadə edən ərəb dilindəki axır sözünün müənnəs formasıdır. Quranın 26 yerində “son gün”, 9 yerdə “son qərar tutulan yer”, bir yerdə “son yaradılış”, 50 yerdə isə dünya ilə eyni mənada istifadə edilir. Axirət dünya həyatından sonra başlayıb əbədiyyətə qədər davam edəcək ikinci həyatdır. Dünya həyatını izləyən ona oxşar, ancaq fərqli və ən önəmlisi isə ölümsüz bir həyatı, əbədiyyəti əhatə edir. İnsanın ölümü ilə bədəndən ayrılan ruh axirət aləminin başlanğıcı olan qəbir həyatını yaşayar. Bu fikir digər səmavi dinlərdə (yəhudilik və xristianlıq) və İslamda daha dərin şəkil almışdır. Tövratda dünya həyatından sonra ruhun ölməzliyi və insanların imtahana çəkiləcəkləri, işlədikləri əməlin əvəzini alacaqları, ölümdən sonra Tanrının görüləcəyi də ifadə edilir. Bununla bərabər Matta İncilində (22/23-30), Sadduki məzhəbinə bağlı yəhudilərin Musa peyğəmbərin nəql etdiyi axirət ilə əlaqəli məsələni inkar etdikləri bildirilir. İncildə istər axirət, istərsə möcüzə inancı açıq bir şəkildə mövcuddur. Quranda isə Nuh, İbrahim, Yusif, Musa və İsa kimi peyğəmbərlərin öz ümmətlərinə axirət əqidəsini təlqin etdikləri bildirilir. Ayrıca Allaha və axirət gününə iman gətirən Yəhudi, Nəsrani və Sabiilərin qurtuluşa nail olacaqları da Quranda qeyd edilir. Bununla bərabər axirətə inananların “özündən əvvəlki ilahi kitabları təsdiqləyən” Quranı qəbul edəcəkləri xəbəri də verilir. Qurandan əvvəlki müqəddəs kitabların həm kanonik (kilsə tərəfindən tanınan), həm də apokrif (kilsə tərəfindən tanınmayan) qəbul edilən nüsxələrində axirət inancına yer verilmişdir. Tədqiqatçıların bir çoxu hesab edir ki, İslam axirət inancına aid düşüncələri Yəhudilik və Xristianlıqdan almış olması ehtimalı yoxdur. Səmavi dinlərin təməl əsaslarından birini təşkil edən axirət inancı arasında oxşarlığın olması o qədər də təəccüblü deyildir. Çünki, bu dinlər ilahi mənşəli dinlər olduğundan bənzərliyin olması da normaldır. Çünki bu dinlərin qaynağı vəhydir. Fəxrəddin ər-Raziyə görə axirət mövzusunun əqli və nəqli olmaq üzrə iki yönü vardır. Bədənin və bizi əhatə edən kainatın fani olduğunu, öldükdən sonra təkrar dirilməyin də imkan daxilində olduğunu qəbul etmək mövzunun əqli yönünü təşkil edir. Qiyamətin necə qopacağı və axirət həyatının necə başlayacağı məsələsi isə mövzunun nəqli tərəfini bildirir. İlk dövrlərdən başlayaraq filosoflar da esxatologiya ilə məşğul olmuşlar. Onların bu mövzu ilə məşğul olmaları dini inanclarından deyil, yaradılış fəlsəfəsi, əxlaq anlayışı və ruhun ölməzliyi problemindən irəli gəlir. Axirət və digər metafizik problemlər beş duyğu orqanı və pozitiv elmlərlə dərk edilməz. Ona görə də pozitiv elm adına dəqiq bir şey söyləmək absurd olardı. Axirət inanc məsələsi olduğu üçün ancaq ona inanmağı tələb edir. Quran digər müqəddəs kitablarla müqayisədə axirət əqidəsini olduqca çox təlqin etməkdədir. Bununla birlikdə İslamiyyət dünya həyatından da əl çəkməyi tövsiyə etməmişdir. Dünya başlanğıc, axirət son olduğuna görə ikisi arasında tarazlıq qurmaq İslamda xoş qarşılanır. İnsan axirətə hazırlanarkən dünya nemətlərindən də faydalanmağı unutmamalıdır. Önəmli olan dünya həyatının cazibəsindən ayrıla bilib, axirət səadətini əldən verməməkdir. Çünki “Dünya həyatı axirətə nisbətən keçici və az faydalanılan yerdir”. Axirət həyatına gəlincə isə əsl həyat, səadət və rahatlıq oradadır. Rəvayətlərə görə qiyamət Allahın dörd böyük mələklərindən biri İsrafil iki dəfə “suru” üflədikdən sonra başlayacaqdır (Quran, 39: 68). Birinci dəfə üfürdükdən sonra bütün kainatdakı varlıqlar məhv olacaqdır. Allah göyü (Quran, 21: 104), ulduzları (Quran, 77: 8), dənizləri (Quran, 82: 3) də məhv edəcəkdir Bundan sonra dünya yenidən yaradılacaq (Quran, 18: 47; 14: 48) və yer üzü yenidən ovuc içi kimi hər yer görüləcək qədər düz olacaqdır. İsrafil ikinci dəfə suru üflədikdə isə bütün insanlar dirilib (Quran, 36: 51-52), bir yerə toplanacaqlar. Buna isə dini ədəbiyyatda “həşr” (toplantı yeri) deyilir. Bundan sonra Allahın ədalət məhkəməsı başlayacaq, (Quran, 36: 53, 54) orada hakim Allah olacaqdır (Quran, 1: 4). Məhəmməd peyğəmbər bütün müsəlmanlar üçün Allahdan şəfaət diləyəcək, sonda müsəlmanlar cənnətə, kafirlər isə cəhənnəmə girəcəklər. İlahiyyatçılara görə, Allahdan başqa heç kim Qiyamət gününün nə zaman qopacağını bilmir. Ancaq, rəvayətlərdə qiyamətin yaxınlaşmasının əlamətləri haqqında məlumat vardır. Bunlardan bəziləri Yəcuc və Məcucun hücumu; İsa və Mehdinin zühuru; Dəccalın peyda olmasıdır. Axirət hər bir insan üçün ölümdən sonra başlayır. Rəvayətlərə görə dünyasını dəyişən hər bir insan üçün öncə qəbir əzabı vardır. Daha sonra insanın ruhu “bərzəx” adlanan bir yerdə qiyaməti gözləyəcəkdir. İnsan burada dünya həyatında etdikləri yaxşı və ya pis əməllərə görə cavab verəcəkdir. Axirət Quran və hədislərdə geniş işıqlandırılmışdır. İslam mənbələrində bu məqamlar haqqında çoxlu əsərlər yazılmışdır. Ancaq buna baxmayaraq, axirət ilə əlaqədar hadisələri insan düşüncəsi ilə dərk etmək olduqca çətindir.
ADƏT
AİŞƏ BİNT ƏBU BƏKR
OBASTAN VİKİ
Axirət
Axirət — Dini inanclara görə ölümdən sonra gediləcəyinə inanılan sonsuz aləm. İslam əqidəsinə görə, bütün insanlar qiyamət günündə Allahın əmri ilə dirildilib, məhşər (sorğu-sual) meydanına çəkiləcəklər. Bu dünyada etdiyi əməllərə uyğun olaraq, hamının hökmü veriləcək. Yaxşı insanlar cənnətə, pis insanlar isə cəhənnəmə göndəriləcəklər. Bundan sonra həyat həmin yerlərdə (cənnət və cəhənnəmdə) davam edəcək. Məhşər günündən sonrakı həmin aləmə "axirət aləmi" deyilir. == Axirət aləmi == Digər dini əsaslar kimi Axirət aləmi də iki yolla isbat olunur ki, onlardan biri ağıl və digəri isə ayə və rəvayətlərdən ibarətdir. === Axirət aləminin xüsusiyətləri === Ağıl və məntiq baxmından Axirət aləmi aşağıdakı xüsusiyətlərə malik olmalıdır: Axirət aləmi əbədi və həmişəlik olmalıdır. Qurani kərimə nəzər saldıqda Axirət aləminin əbədi olmasına dair bir çox ayələr görürük. Məsələn: Behiştin qapıcıları əhlinə salam verərək dəyər xoş olsun sizə.
Axirət Cihazı
Axirət cihazı adətən planetdəki bütün həyat formalarını silmə gücünə malik silah və ya silah sistemlərindən ibarət hipotetik quruluşdur. Bir çox hipotetik quruluşlar hidrogen bombalarının daha böyük versiyalarının yaradıla biləcəyi faktına yaxud onların başqa maddələrlə gücləndirilməsi düşüncəsinə əsaslanır (məs: kobalt bombası.) Axirət cihazları və nüvə qırğınının dünyanı yox etməsi düşüncəsinə 20-ci əsr incəsənət və ədəbiyyatında elm və texnologiyanın təkmilləşməsi ilə inam daha da artdı. Elmi fantastika janrındakı bir çox klassiklər elə bu mövzunu əhatə edir. "Axirət cihazı" termini ilk dəfə 1960-cı ildə öz təstiqini tapıb. == Tarixi == 1954-cü ildən bəri Kəstl Bravo istilik-nüvə silahı testi istənilən böyüklükdə dağıdıcı və təsir etdiyi hər yeri intensiv radiasiyaya məruz qoyan bombaların düzəldilməsinin mümkünlüyünü ortaya qoyur. Leo Szilard kimi bir sıra nüvə silahı nəzəriyyəçiləri massiv istilik-nüvə silahını yüzlərlə ton kobaltla əhatə edib partlatdıqda əmələ gələcək Cobalt-60-ın demək olar yer üzündəki canlı həyata son qoyacağını düşünür. RAND şirkətinin strategisti Herman Kahn Sovetin və ya ABŞ-nin bir sıra hidrogen bombasını eyni anda partladmağa proqramlanmış axirət maşınlarının var olduğuna inanırdı. Axirət cihazının nüvə hücumunu aşkarlaya bilmə qabiliyyəti insansız və insan müqavimətinə məhəl qoymayaraq öz-özünə işə düşməsidir. Kahn bu maşının potensial düşmən hücumlarını dəf etməsi və siyasi önəmini vurğulayaraq bu tip maşının həqiqi olmaq ehtimalının çox yüksək olduğunu bildirir, lakin "axirət maşınları" müzakirəsində Kahn N-ci ölkə eksperimentindən bəhs edir və bildirir ki, o heç vaxt ABŞ-nin axirət maşınına sahiblənməsinin tərəfdarı olmayıb. Soyuq müharibə zamanı Sovet Birliyinin təkmilləşdirdiyi "Perimetr" sistemi ölümcül nüvə xüsusiyyətlərinə görə "axirət maşını" adlandırılırdı.
Terminator 2: Axirət günü
Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür. Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.
Terminator 2: Axirət günü (film, 1990)

Terminator 2: Axirət günü (film, 1991)

Значение слова в других словарях