Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mətnsiz çəkilən Azərbaycan filmlərinin siyahısı
== A == Arzular... Arzular... (film, 1988) Atası yandı (film, 1986) Ay duman, gəl get... (film, 2002) == B == Bir axşam... (film, 1985) Bir dəfə (film, 1990) == Ç == Çardaş (film, 1973) == D == Daş (film, 1977) Dəniz (film, 1965) == E == Eksperiment (film, 1984) == Ə == Ədalət (film, 1971) == G == Günlərin bir günündə... (film, 1975) Güzgü (film, 1990)(I) == H == Həmişə təmizlikdə (film, 1985) == İ == İbrət dərsi (film, 1984) == K == Karvan (film, 1995) Kədərimiz... Vüqarımız...
Bardaqdan nə tökülə bilər (film, 1988)
Bardaqdan nə tökülə bilər qısametrajlı sənədli televiziya filmi rejissor M. Ağayev tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir. == Məzmun == Respublikamızın ən uzaq rayon mərkəzlərindən və yüksək dağ kəndlərindən olan bu gənclər rus dili və ədəbiyyatı institutuna daxil olmuşlar. Qızlar məktəbi yenicə qurtarmış, oğlanlar isə Əfqanıstan müharibəsində iştirak etmişlər. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Rus Dili və Ədəbiyyatı İnsitutunun pedaqoqları və tələbələri "Gənc Müəllim" klubunda müzakirədə iştirak edirlər. Dərs prosesinə həsr olunmuş bu müzakirə filmin əsas süjet xəttini təşkil edir.
Cakuren
Cakuren (寂蓮, 1139 – 9 avqust 1202) və ya digər adı ilə Fucivara no Sadanaqa (藤原定長) – Yaponiya şairi və buddist keşişi. Səkkizinci imperiya antologiyası olan "Şin Kokinşu" (1205) əsərinin 8 müəllifindən biridir. == İlk illəri == Atası Şunkay məşhur şair Fucivara no Toşinarinin (Şunzey) balaca qardaşı idi. Şunkay 1150-ci ildə keşişlik etməyə başlayanda o, Şunzey tərəfindən oğulluğa qəbul edilmişdir. O, Şunzey davamçısı hesab olunurdu. Lakin Şunzeyin Nariie adlı qabiliyyətsiz oğlu və Fucivara no Sadaie adlı bacarıqlı oğlu olmuş, Sadaie 9 yaşına çatanda Sadanaqa Şunzeyin oğulluğundan çıxmış, din adamı olmuş və Cakuren adını götürmüşdür. == Yaradıcılığı == Cakuren həyatı boyunca saraydakı poeziya toplantılarında və müsabiqələrində aktiv iştirak etmişdir (xüsusilə, həyatının son 5–6 ilində). Keşiş olduqdan sonra müasiri Sayqyo kimi Yaponiya boyunca səyahətə çıxmış, səyahəti zamanı şeirlər yazmışdır. 1193-cü ildəki məşhur 600 raund poeziya müsabiqəsindəki iştirakı zamanı o, Şunzeyin şagirdlərini və ardıcıllarının maraqlarını rəqib Rokuco şairlərinə qarşı uğurla müdafiə etmişdir. Onun Rokuco şairlərindən biri olan Kenşo ilə deyişmələri, xüsusilə, məşhurdur.
Kulen
Kulen (Serb-Xorvat. kulen və ya kulin) paprika və digər ədviyyatlarla bol olan sous ilə hazırlanmış və hisə verilmiş donuz əti kolbasasıdır. Voyevodina (Serbiya), həmçinin Slavonya və Baranya(Xorvatiya) geniş yayılmışdır. “Sirem kuleni” və “Baran kuleni” coğrafi mənşə ilə əlaqəli olub, Avropa Birliyində qeydiyyatdan keçmiş məhsullardır. Slavonya kuleni isə 2007-ci ildən etibarən rəsmi olaraq Xorvatiyanın qeyri-maddi mədəni irsinin bir elementi olaraq tanınır. Kulen xüsusi bayramlarda süfrəyə verilir: Milad, Pasxa, toy, il dönümləri, uşaqların vəftiz edilməsi və s. Hər il Bački Petrovacda Kulen regional festivalı keçirilir. == Sirem kuleni == Sirem kuleni, Serbiyanın Voyevodina bölgəsinin ənənəvi ev kolbasasıdır, hər bir ailə və hər bir sənaye istehsalçısı üçün (əsasən ədviyyat növləri və həcmi nisbətləri) fərqlidir. Bu növ haqqında ilk yazılı məlumat 1852-ci ildə Vyanada nəşr olunan kitabda yer alır. Sözün mənşəyi yunan dilində “κόλον” - kök bağırsaq mənasını verir.
Mişel Qoklen
Mişel Qoklen (Qokelen) (13 noyabr 1928, Paris — 20 may 1991, Paris) — insanın peşəkar nailiyyətləri ilə onun doğulduğu anda planetlərin vəziyyəti arasındakı əlaqənin statistik tədqiqatları ilə məşğul olan fransız astroloqu. == Həyatının erkən illəri == Qoklen erkən yaşda atasının dostunun təsiri ilə astrologiyaya maraq göstərməyə başlamışdır. Artıq on yaşında o, natal xəritəni (doğuş cədvəli hesablaya bilirdi və məktəbdə astrologiyaya olan həvəsinə görə Nostradamus ləqəbini almışdı. Sorbonnada psixologiya və statistika üzrə təhsil aldıqdan, psixologiya üzrə doktorluq dərəcəsi aldıqdan sonra, astrologiyanın əsas prinsiplərini sınaqdan keçirməyə və şübhə altına almağa çalışaraq uzun illər davam edən fundamental tədqiqatlara başladı. == Qoklenin astroloji baxışları == Qoklenin səyləri statistik metodlardan istifadə edərək astrologiyanı öyrənməyə yönəlmişdi; doğum tarixlərinin çox böyük nümunələrindən istifadə edərək müxtəlif korrelyasiyaları tədqiq etdi. Tədqiqatlarından birinin nümunəsi "Kosmik Saatlar" (1967) kitabında nəşr olundu və burada "qarşı-qarşıya gələn talelərin təhlili"ni apardı. Astroloqlara iyirmi tanınmış cinayətkarın və cinayətlə heç bir əlaqəsi olmayan iyirmi nəfərin ulduz falını aparmaq təklif edildi. Tədqiqat nəticəsində Qoklen astroloqların təsadüfi seçimdən daha yaxşısını edə bilməyəcəyini müəyyən etdi. Qoklen astrologiyanın geniş yayılmış ənənələrinə dair tənqidi fikirlərini "Astrologiyanın elmi əsasları" (The Scientific Basis of Astrology, 1969) kitabında təqdim etdi, Burada bürclərin, aspektlərin və tranzitlərin insanların taleyi ilə əlaqəsini qəti şəkildə inkar etdi. Astrologiyanın bir çox postulatının səhv olduğuna əmin olan Qoklen doğum gününə əlavə olaraq, Yerin öz oxu ətrafında gündəlik fırlanmasından asılı olan doğum vaxtını (saat və dəqiqə) öyrənməyə qərar verdi.
Nişikava Coken
Nişikava Coken (西川 如見, 1648, Hizen əyaləti[d], Saykaydo[d] – 1724) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır. == Həyatı == Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir. Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb.