Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çökdürmə
Çökdürmə üsulu — maddə yüksək temperatura çox həssas olduqda, kristallaşdırma mümkün olmadıqda və ya o, pis kristallaşdıqda həlledicilərlə tətbiq edilən üsul. Məhluldan maddəni üç müxtəlif üsulla çökdürmək olar: Sıxışdırıb çıxarma ilə, Hidrogen göstəricisini (hidrogen ionlarının qatılığını) dəyişməklə; Həll olmayanbirləşmə əmələ gətirməklə. == Çökdürmə prosesi == Əgər ayrı-ayrılıqda eyni bir həlledicidə iki maddə həll edilirsə onlar bir-birində həll olmursa, onda onlardan daha yaxşı həll olanı müvafiq qatılıqda pis həllolan maddəni sıxışdırıb çıxaracaqdır. Bu prinsipə iki sıxışdırıb çıxarma metodu əsaslanır: qeyri-üzvi və üzvi duzların suda məhlulu ilə duzlaşdırma; bir-birində qarşılıqlı qarışan iki və daha çox həlledici qarışığından istifadə etməklə çökdürmə.Qeyri-üzvi və üzvi duzlardan ya toz şəklində istifadə edilir, ya da onların məhlulu çökdürüləcək maddənin məhluluna əlavə olunur. Bu metodun köməyi ilə suda məhluldan su ilə məhdud miqdarda qarışan həllediciləri (spirtləri, efirləri və s.), üzvi turşuları, amin turşuları, peptidləri ayırırlar. Çökdürücünün təbiətini və miqdarını dəyişməklə məhluldan maddələri seçməklə çökdürmək mümkündür, bu şərtlə ki, həlledicililər qarışığında daha çox həll olan saxlanılsın.
Bülbülü öldürmək
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1960-cı ildə Harper Li tərəfindən qələmə alınmış roman. Roman nəşr edildikdən sonra qısa zaman ərzində məşhurlaşaraq Pulitser mükafatını qazandı və müasir Amerika ədəbiyyatının klassiki oldu. Əsərin süjet xətti və qəhrəmanları Harper Linin ailəsi, qonşuları və 1936-cı ildə 10 yaşı olarkən yaşadığı Alabama ştatının Monrovill şəhərində başına gəldiyi bir hadisədən götürülmüşdür. Hekayə altı yaşındakı Cin Luis Finç tərəfindən nəql olunur. Romanda təcavüz və irqi ayrı-seçkilik mövzuları yer alsa da, əsasən, yumoristik məzmunu ilə tanınır. Hekayəni nəql edən Luis Finçin atası Attikus Finç bir sıra oxucu kütləsi üçün əsl qəhrəmana çevrilmişdi və vəkillər üçün öz vəzifəsini vicdanla həyata keçirən hüquqçü modeli idi. Bir tənqidçi roman haqqında yazır: "Bülbülü öldürmək əsəri XX əsrdə Amerikada mövcud olan irqi ayrı-seçkiliyi özündə əks etdirən ən çox oxunan kitabdır və onun qəhrəmanı Attikus Finç irqi mübarizənin ən təsirli bədii imicidir".Cənubi qotik üslubunda yazılmış bir roman olan "Bülbülü öldürmək" romanının əsas mövzusu irqi bərabərsizlik və günahsızların məhvidir. Bundan əlavə, bir çox tənqidçilər vurğulayırlar ki, Li əsərdə Amerikanın ucqar cənubundakı sosial təbəqə, cəsarət, müqayisə və gender rolları məsələlərinə də toxunur. Kitab Birləşmiş Ştatların məktəblərində tolerantlığı və qərəzsiz mövqeni təbliğ edən dərslərdə geniş şəkildə tədris olunur.
Sultanı öldürmək (roman)
Sultanı öldürmək - Türkiyə yazıçısı Ahmet Ümit tərəfindən 2012-ci ildə yazılmış krimanal roman. Roman cinayət, məhəbbət və tarix üslublarını özündə birləşdirir. == Hekayə == Hadisələr XV əsr Osmanlısından bəhs edir. Osmanlı padşahı və Konstantinopolun fatehi Fateh Sultan Mehmet öz qüdrətinin zirvəsindədir. Konstantinopol fəth olunmuşdur, sultanın adı bütün dünyaya yayılmışdır. 49 yaşında hakimiyyətinin ən qüdrətli dövrünü yaşayan sultan müxtəlif xalqlardan, müxtəlif dinlərdən olan insanlardan yeni xalq qurmaq istəyi ilə alışıb yanır. Lakin qəflətən sultan öldürülür. Hakimiyyət uğrunda iki şahzadə mübarizəyə qalxır. Saray iki yerə ayrılır. Xalq isə bundan xəbərsizdir...
Bülbülü öldürmək (film)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Bülbülü öldürmək (film, 1962)
Bülbülü öldürmək (ing. To Kill a Mockingbird) — 1962-ci ildə çəkilən ABŞ filmi. == Məzmunu == Hüquqşünas Attikus Finç (Qreqori Pek) 2 uşağı ilə birlikdə 1930-cu illərin Alabama ştatında yaşayır. O dövrdə digər yerlərdə olduğu kimi burada da irqçilik hökm sürür. O, bir qadını zorlamaqda günahlandırılan, lakin heç bir günahı olmayan qaradərili bir kişini məhkəmədə müdafiə etməyi öz üzərinə götürür. Şəhərlilərin əksəriyyəti onu bu işdən əl çəkməyə çağırsa da, o, işi sona çatdırmaq niyyətindədir. O, öz istəyinə nail olacaqmı? O, şəhərdəki irqi ayrı-seçkiliyi aradan qaldıracaqmı? == Film haqqında == 1962-ci ildə Harper Linin eyniadlı əsəri əsasında Robert Mulligan tərəfindən çəkilmiş film. Baş rollarda Qreqori Pek, Meri Bedhem və b.
Nəzakətlə öldürmək (film, 2012)
Billi öldürmək: 1-ci hissə (film, 2003)
Billi öldürmək: 1-ci hissə — 2003-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Filmin baş rolunda Gəlin obrazını canlandıran Uma Turman onu və bətnindəki körpəsini öldürməyə çalıışan sui-qəsdçilər dəstəsini (Lyusi Lyu, Maykl Madesn, Deril Hanna və Vivika A. Foks) və onların başçısı Billi (Devid Karradin) öldürməyə and içir. Qarşısına qoyduğu məqsəd onu Tokyoya aparır və orada yakuza ilə üz-üzə gəlir. Billi öldürmək filminin kinoteatrlarda nümayişi əvvəlcə bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. Billi öldürmək: 2-ci hissə bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu. == Filmin süjeti == Gəlinlik libasında olan qadın Texasın El Paso şəhərində Ölümcül İlanlar Dəstəsinin hücumundan sonra kilsədə yaralı halda uzanıb. Dəstənin başçısı Bill onu güllə ilə başından vurmazdan əvvəl Gəlin ona hamilə olduğunu və körpənin atasının Bİll olduğunu söyləyir.