SÖNDÜRMƏK

f.
1. Keçirmək (yanan şeyi). Papirosu söndürmək. İşığı söndürmək. Yanğını söndürmək.
– Otaqda lampanı söndürmüşdüksə də, ancaq Ayın şöləsi pəncərədən düşüb otağın yarısını işıqlandırmışdı. M.Rzaquluzadə.

2. məc. Yatırtmaq, boğmaq, qabağını almaq. Həvəsini söndürmək. Ədavəti söndürmək. Ehtirasını söndürmək.

Синонимы

  • SÖNDÜRMƏK SÖNDÜRMƏK (işığı, peçi, ümumiyyətlə yanan şeyi) ..Söndürmək üçün; Onu, sal buz ol! (M.Rahim); KEÇİRMƏK
SÖNDÜRMƏ
SÖNDÜRÜCÜ

Значение слова в других словарях