Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canavarları çağırma (film, 1983)
Canavarları çağırma filmi 1983-cü ildə eyniadlı kitab əsasında Karroll Ballardın rejissorluğu ilə çəkilib, baş rolda Çarlz Martin Smit, Brayan Dennehi və Zakari İttimanqnaq oynayıb. == Məzmun == Tayler (Çarlz Martin Smit) Kanada hökuməti tərəfindən şimal qütb qurdu və maralların sayı arasındakı əlaqəni araşdırmaq üçün göndərilir.
Qiymə-çığırtma
Qiymə-çığırtma — Azərbaycan ərazisində yayğın olan qədim yemək növlərindən biri. == Tərkibi == Qoyun əti – 163 q. Baş soğan – 40 q. Ərinmiş yağ – 25 q. Yumurta – 2 ədəd. Şüyüd – 12 q. Zəfəran – 0,1 q. İstiot – 0,1 q. Duz –zövqə görə. == Hazırlanma qaydası == Qoyun əti ilə soğandan hazırlanmış qiyməyə duz, istiot və zəfəran vurulub yağda qovrulur.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. == Növləri == Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) == Diaqnostika == Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar == Müalicə == Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. == Qaynaqlar == == Xarici keçidlər == Enurez nədir?
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. == Məzmun == Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. == Nəşr == Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib.Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir. == İstinadlar == == Həmçinin bax == Bəla və səbir (Şəhid Sani) Daha yaxşı gələcək (Bəhrani) == Xarici keçidlər == "Çağırış" ( (az.)).
Çığırtma plov
Çığırtma plov — Azərbaycanda çoxsaylı plov növlərindən biri. Əsasən Qəbələ və şimal bölgələrinə xasdır. == Tərkibi == Toyuq əti – 800 qram, düyü 600 qram, kərə yağı −160 qram, baş soğan 160 qram, yumurta 8 ədəd, limon −60 qram və ya 0.2 qram limon turşusu, yaxud abqora – 80 qram, sarıkök və ya zəfəran – 0.4 qram, duz, istiot, == Hazırlanması qaydası == Plov bişirmək üçün düyü təmizlənir, 2–3 saat islağa qoyulur. Böyük qazanda su qaynadılır və duz vurulur. Su qaynadıqda düyü suya əlavə olunur. Düyü 5 dəqiqə qaynadıqdan sonra süzgəcdən süzülür. Üzərinə soyuq su gəzdirilir. Düyünun üzərinə əridilmiş kərə yağı gəzdirilir. Başqa qazan götürülür, dibinə yuxa və ya qazmaq üçün hazırlanmış xəmir düzülür, üzərinə düyü tökülüb əridilimiş sarıkök və ya zəfəran vurulur. Plovu dəmə qoyduqda mütləq qazanın altında dəmir tava və ya dəmir altlıq olmalıdır.
AVK Çağırış Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
Geri çağırış modemi
Geri çağırış modemi (callback modem) – gələn çağırışa cavab vermək əvəzinə, çağıran abonentin kod yığmasını və “otboy” verməsini tələb edən, bununla da çağırışı geriyə qaytarmaq imkanı verən modem növü. Sonra modem çağıran abonentin kodunu mövcud telefon nömrələrinin siyahısına görə yoxlayır. Əgər alınmış kod qeydiyyatda olan hər hansı nömrəyə uyğun gəlirsə, modem həmin nömrəni yığır və çağıran abonentlə birləşmə yaradır. Belə modemlərdən icazəsiz (sanksiyasız) erişimlərdən qorunmaq məqsədilə istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kikinin çatdırma xidməti
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Qazaxıstanda qız qaçırma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur. == Tarixi == === Keçmişdə === Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir. Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi. Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər) ağır cinayət hesab edilmirdi.
Qiymə-çığırtma plov
== Tərkibi == Qoyun əti - 165q, düyü - 150q, ərinmiş yağ - 50q, baş soğan - 30q, yumurta - 2 əd., zəfəran - 0,1q, istiot - 0,5q, duz. == Hazırlanma qaydası == Qoyun ətindən hazırlanmış qiymə yağda qızardılır, ayrıca yağda qızardılmış soğan qatılır, üstünə çalınmış yumurta vurulub qızdırığı şkafda bişirilir. Düyüdən ayrıca plov hazırlanır. Süfrəyə verildikdə boşqaba plov çəkilir, üstünə qiymə-çığırtma qoyulub yağ tökülür.
Çağırış (film, 1976)
"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi. == Məzmun == Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir. Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur. Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır.
Çağırışa Cavab (1947)
Ana Vətən çağırır!
"Ana Vətən çağırır!" (rus. Родина-мать зовёт!) — Rusiyanın Volqoqrad şəhərindəki Mamayev kurqan üzərində yerləşən "Stalinqrad döyüşünün qəhrəmanları" abidə-ansamblının kompozisiya mərkəzi olan heykəl. Heykəl sovet sosialist realizmi üslubunda hazırlanıb. Abidə heykəltaraş Yevgeni Vuçetiç və tikinti mühəndisi Nikolay Nikitin tərəfindən hazırlanmış və 1967-ci ildə dünyanın ən hündür heykəli elan edilmişdir. 85 metr (279 ft) hündürlüyündəki "Vətən çağırır!" abidəsi Avropada və Asiyadan kənarda olmaqla şərq yarımkürəsində ən hündür heykəl olmaqla birlikdə, postamentlər nəzərə alınmadıqda həm də dünyadakı ən hündür qadın heykəlidir. Postament nəzərə alınarsa, bu status Nyu-Yorkdakı Azadlıq heykəlinə aiddir. == Tikinti == Heykəltəraş Yevgeni Vuçetiç və mühəndis Nikolay Nikitinin işi olan heykəl əlində qaldırılmış qılıncla irəli addımlayan 85 metr (279 ft) hündürlüyündə qadın fiqurundan ibarətdir. Heykəl oğul və qızlarını düşməni dəf etməyə, hücuma qayıtmağa çağıran Vətənin alleqorik obrazıdır. Abidənin tikintisinə 1959-cu ilin may ayında başlanılmış və 15 oktyabr 1967-ci ildə başa çatdırılmışdır. "Ana Vətən çağırır!" inşası başa çatdığı zaman dünyanın ən hündür heykəli idi.
Aşıq Gördüyün Çağırar (1983)
Aşıqlar qısametrajlı sənədli filmi rejissor Xamis Muradov tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bugünündən söhbət açılır. == Məzmun == Aşıq yaradıcılığı xalqımızın ən qədim mənəvi sərvətidir. Filmdə Azərbaycan aşıqlarının yaradıcılığından, onun keçmişindən və bugünündən söhbət açılır. Kinolentdə təkcə aşıqlar haqqında deyil, sazın yaranma tarixindən, hazırlanma texnologiyasından da danışılır. Bu film kino işçilərinin Azərbaycan aşıqlarının IV qurultayına töhfəsidir. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Anar Rejissor: Xamis Muradov Operator: Köçəri Məmmədov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri
Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773-1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Neft çağırır (film, 1980)
== Məzmun == Film Qərbi Sibirdə çalışan Azərbaycan neftçilərinin fədakar əməyindən danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cahangir Zeynallı Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Çağırış-əlsıxma autentifikasiya protokolu
Çağırış-əlsıxma autentifikasiya protokolu - aşağıdakı kimi işləyir: Məsafədən giriş serveri kliyentə təsadüfi simvollar ardıcıllığından və öz adından ibarət sorğu (challenge) göndərir. Məsafədən giriş kliyenti MD5 alqoritmi ilə sorğu və istifadəçinin parolundan hesablanmış heşin əsasında yeni heş hesablayır. Kliyent hesablanmış MD5 heşini öz adı ilə birlikdə məsafədən giriş serverinə göndərir. Məsafədən giriş serveri istifadəçinin parolu əsasında heşi hesablayır və istifadəçidən alınmış heşlə müqayisə edir. Üst-üstə düşmə halında məsafədən giriş kliyentinin uçot verilələri həqiqi hesab olunur. Beləliklə, parol açıq şəkildə göndərilmir, lakin məsafədəki tərəf istifadəçinin parolunu açıq şəkildə saxlayır. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Çağırışa cavab (film, 1947)
Asqırma
Asqırmaq - ani, qeyri-iradi, səsli şəkildə ağız və burundan havanın xaric olunmasıdır. == İzahat == Asqırma burun dəliyi kanallarındakı sinirlərin (beyin tərəfindən) xəbərdar edilməsi nəticəsində əmələ gələn bir reaksiyadır. Hava burnun dar kanallarından təzyiq əmələ gətirərək keçərkən həm istiliyi nizamlanır, həm də kanallardakı toz burada filtrdən keçirilir. Burun sinirlərinin xəbərdar olunmasının fərqli səbəbləri vardır. Ən çox allergik təsirlər, daha sonra isə toz, tüstü, ətirlər və hətta anidən işığa baxmanın nəticəsində ola bilər. Bu zaman burnumuzda ifrazat əmələ gəlir, beyinə gedən siqnal nəticəsində baş və boynumuzdakı əzələlər də beyin tərəfindən xəbərdar olunaraq ani nəfəs boşalması hadisəsi baş verir. Səs tellərinin olduğu nahiyə əvvəlcə bağlanır və buradakı havanın təzyiqi olduqca qalxır. Sonra anidən açılaraq hava yüksək bir səslə çölə çıxarılır. Təbii ki, bu zaman burnumuzdakı toz və bir sıra mikroblar da çölə çıxarılır. Ancaq tibb sahəsi asqırma ilə yayılan mikrobların da yoluxucu qabiliyyətdə olduğunu təyin etmişdir.
İqtisadi hərbi xidmətə çağırış
İqtisadi hərbi xidmətə çağırış — iqtisadi şəraitlərdən istifadə etmək vasitəsilə silahlı qüvvələrə şəxsi heyətin cəlb edilməsi mexanizmləri. Bu, xüsusilə ölkə daxilindəki coğrafi ərazilərin iqtisadi inkişafı baxımından diqqətdən kənarda qalması halında gənclərin böyük bir hissəsinin silahlı qüvvələrdə karyeranı cəlbedici seçim kimi qiymətləndirdiyi vəziyyətə gətirib çıxarır. Termin hələ 1915-ci ildə istifadə olunurdu.Birləşmiş Krallıqda bu silahlı qüvvələrin hərbi xidmətə çağırış bölmələri tez-tez işsizliyin yüksək olduğu ərazilərdə "karyera yarmarkaları"ndan istifadə etməklə işə qəbul prosesini həyata keçirirlər. "Pleyd Kamri"nin iddiasına görə, Uelsdə "ordu yeni işə götürülənlər tapmaq üçün Uelsin ən yoxsul vilayətlərində yerləşən məktəbləri hədəfə alır".
Avropa Kişilər CEV Çağırış Kuboku
Avropa Kişilər Çev Çelenc Kuboku — Avropa voleybolunun kulublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == CEV Kuboku adı altında 1980-ci ildən etibarən keçirilməyə başlandı. 2007-ci ildən sonra kubokun adında dəyişiklik edildi. Turnir Çelenc Kuboku adını aldı. Həmçinin turnir “GM Capital Qa Challenge Kuboku” olarak da adlandırılır.
Avropa Qadınlar CEV Çağırış Kuboku
Avropa Qadınlar CEV Çağırış Kuboku (ing. Women's Challenge Cup) — Avropa voleybolunun klublar arasındakı 3-cü səviyyəli kuboku. == Tarixi == "CEV Kuboku" adı altında 1980-ci ildən etibarən keçirilməyə başlamış, 2007-ci ildən sonra "Avropa Qadınlar Çağırış Kuboku" adını almışdır. Həmçinin, turnir "GM Capital Challenge Cup" da adlandırılır.
Kikinin çatdırma xidməti (anime, 1989)
Kikinin çatdırma xidməti (魔女の宅急便, Majo no Takkyūbin) — 1989-cu ildə Studio Ghibli tərəfindən Hayao Miyazakinin rejissorluğu ilə 1985-ci ildə Yaponiyalı yazıçı Eiko Kadanonun eyni adlı romanı əsasında çəkilmiş anime filmi. Bu Studio Ghibli tərəfindən hazırlanmış dördüncü filmdir. Miyazakinin fikrincə yapon gəncləri uşaqlıq dövrünü başa vurduqdan sonra ailə bağlılığı və azadlıq arasında sıxışıb qalırlar. Bu film onlara həyatta istədiyini qazanmaq üçün güclü olmağı, çox çalışmalı və özlərini kəşf etməyi göstərir. Film eyni zamanda Walt Disney Pictures ilə birgə hazırlanan ilk Studio Ghibli filmidir. 1997-ci ildə ingilis dilində dublaj olduqdan sonra Beynəlxalq Seattle Film Festivalı-nda nümayiş olunmuşdur. == Məzmun == Kiki on üç yaşlı cadugərdir. Qaydalara görə on üç yaşı tamam olmuş hər bir cadugar, cadugarlıq praktikası üçün evdən ayrıəlaraq bir il tək yaşamalıdır. Kiki pişiyi Cici ilə birlikdə anasının verdiyi süpürgəyə minərək cadugər olmayan başqa şəhərə gedir. Kikinin sadəcə uçmaq bacarığı olduğu üçün özünə məxsus bir çatdırma xidməti verən bir iş yaratmaq istəyir.
Xəzər köməyə çağırır (film, 1991)
Baqirmi sultanlığı
Baqirmi sultanlığı— Orta Afrikada, indiki Çadda 1522-1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522-1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbilə¬sindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568-1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570-1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Cariama cristata
Kəkilli seriem (lat. Cariama cristata) — Durnakimilər dəstəsinin seriemlər fəsiləsinə aid quş növü.
Azərbaycan Milli Məclisinin III çağırış deputatları
Azərbaycan Milli Məclisin III çağırış deputatları — 2005-ci il noyabrın 6-da baş tutan seçimlər əsasında formalaşdırıldı. Milli Məclisin 125 deputatından 63 nəfəri Yeni Azərbaycan Partiyası üzvü idi. III çağırış Milli Məclisdə Müsavat Partiyası 5 nəfərlə, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ədalət Partiyası, Azərbaycan Ümid Partiyası və Vətəndaş Birliyi Partiyası isə 1 nəfərlə təmsil olundu. 43 nəfər bitərəf idi. III çağırış Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri isə Bahar Muradova və Valeh Ələsgərov idi. Milli Məclisin III çağırış deputatları sırasında ən yaşlısı 1928-ci il təvəllüdlü Murtuz Ələsgərov, ən gənci isə 1979-cu il təvəllüdlü Fuad Muradov idi.
Nobuko Caşima
Nobuko Caşima (d. 26 dekabr 1959) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Çaqama şəlaləsi
Çaqama şəlaləsi (茶釜の滝, Chagama no taki) – Yaponiyanın Akita prefekturasının Kazuno rayonunda, Yoneşiro çayının Yoakeşima qolunun üzərində yerləşən şəlalə. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 100 metr yüksəklikdən tökülür və bu, onu siyahının ən hündür şəlalələrindən biri edir. Şəlalə həm də siyahının ən təcrid olmuş şəlaləsidir. Şəlaləyə çatmaq üçün relyefi sıldırımlı olan ərazidə 5,5 kilometr yolu piyada getmək lazımdır.
Mənsur bəy Cagirli
Mənsur bəy Cagir bəy oğlu Cagirli-(), Qaraqoyunlu əmiri, Təbriz hakimi == Həyatı == Mənsur bəy Azərbaycanın tanınmış əmirlərindən idi. 1392-ci ildə Təbriz şəhərinin hakimi olmuşdu. Qara Yusif bəyə qarşı üsyan etmişdi. 1413-cü ildə Qara Yusif bəy onu tutdu. Zindana atdırdı. Az sonra azad edib Ərdəbil, Xalxal və Şahruda hakim təyin etdi. Yerində möhkəmlənən kimi yenidən üsyana başladı. == Ailəsi == Mənsur bəyin Məhəmməd bəy adlı oğlu vardı.