Çağırış (film, 1976)

"Çağırış" (ing. The Message) — rejissor Mustafa Akkadın filmi.

Çağırış
ing. The Message
Janr bioqrafik film, dram filmi, müharibə filmi
Rejissorlar
Prodüser
Ssenari müəllifi
  • H.A.L. Craig[d]
Baş rollarda
Operator
  • Cek Hildyard[d]
Bəstəkar
Geyim rəssamı Fillis Dalton[d]
Montajçı Con Blum[d]
İlk baxış tarixi 30 iyul 1976[1], 31 yanvar 1977[1], 9 mart 1977[1], 8 iyul 1977[1], 14 iyul 1977[1], 9 sentyabr 1977[1], 31 oktyabr 1977[1], 20 mart 1978[1], 28 mart 1978[1], 26 iyul 1979[1], oktyabr 1979[1], 13 iyun 1986[1]
Müddət 178 ± 1 dəq.
Büdcə 17.000.000 $
Ölkələr
Dil ingilis dili
Rəng rəngli
Çəkiliş yeri Liviya[2], Mərakeş[2]
IMDb ID0074896
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Bu film islam dünyasının tarixində böyük yer tutan Məhəmməd peyğəmbərin yaşadığı dövrü əks etdirir. Filmin əsas mövzusu peyğəmbərin islam dinini insanlar arasında yaymasından ibarətdir. Filmdə Məhəmməd üzü heç göstərilməmişdir. Sadəcə bəzi hadisələr onun gözü ilə verilmişdir.

Filmdə islam dininin yaranması, müsəlmanlığı qəbul edənlərə verilən əzab-əziyyətlər, Məkkədən Mədinəyə hicrət, Bədr və Uhud müharibələri təsvir olunmuşdur.

Cəbrayıl Əleyhissəlamla görüşündən sonra Məhəmməd Kəbə əhlini tək Allaha inanmağa, mövcud olan bütləri sındırmağa dəvət edir. Amma Kəbənin tanınmış şəxsləri Məhəmmədin sözlərinə qulaq asmırlar. Allahdan gələn vəhydən sonra Məhəmməd öz ordusu ilə məkkəlilərə qarşı savaşa başlayır. Bu vuruşmadan sonra Kəbə əhalisi də onun peyğəmbərliyini və Allahın elçisi olmasını qəbul edir.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: H.A.L. Kreiq
Rejissor: Mustafa Akkad
Operatorlar: Səid Beyker, Cek Hildyard, İbrahim Salam
Bəstəkar: Moris Jarr
Montaj edənlər: Con Blum, Hüseyn Əfifi
Prodüserlər: Mustafa Akkad, Harold Bak, Məhəmməd Sənusi

Rollarda[redaktə | mənbəni redaktə et]

Aktyor Rol
Entoni Kuinn Həmzə
Ayren Papas Hind
Maykl Ansara Əbu Süfyan
Maykl Forest Xalid
Conni Sekka Bilal
Garrick Hagon Ammar
İven Solon Yasir
Andre Morell Əbu Talib
Volf Morris Əbu Ləhəb
Rozali Kraçli Sumayya
Nevill Ceyson Cəfər
Demien Tomas Zeyd
Ronald Li-Hant Hirakilos
Cundi Hassan Kisra

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • İlkin Məmmədov. ""Çağrı"-nın rejissoru, terror qurbanı..." (az.). azadxeber.net. 2015-03-16. 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-22.
  • Anar Tağıyev. "18 milyonu İslama gətirən, dünyanı silkələyən "Çağrı" filmi haqda şok faktlar — FOTO/VİDEO" (az.). publika.az. 2016-09-21. 2016-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.
  • "Peyğəmbər filmində bilmədiyimiz faktlar" (az.). paralel.az. 2016-06-10. 2016-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-07.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]