Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çığırtı
Çığırtı (həmçinin qışqırıq, bağırtı) — yüksək səs siqnalı yaratmağa yönəlmiş psixomotor fəaliyyət. Heyvanlarda çığırtı informasiyanın ötürülməsinin vacib formalarından biri olduğu halda, insanlarda çığırtı orqanizmin stressə yönəlmiş ümumi fizioloji reaksiyası və diskomfortu ifadə etməklə yanaşı, emosiyaların ifadə formasıdır. Çığırtının yaranması prosesində əsas rolu tənəffüs sistemi oynayır. İnsan çığırtılarının səslənməsi onların yaş və cins xüsusiyyətlərindən asılıdır. Körpələrin qışqırıqları strukturlaşdırılmışdır və spektroqramda normal ağlama ilə bağlı kənarlaşmalar patologiyanı göstərə bilər. Uşaqların çığırtısının ümumi səbəbi diqqəti cəlb etməkdir. Yetkin insanlarda, normal nitqlə müqayisədə, çığırtı formantları daha yüksək tezliklərdə ifadə edilir, e və u kimi sait cütləri üçün baş məsafələri isə azalır. Kişilər tərəfindən çıxarılan çığırtı səsinin tezliyi orta hesabla qadın çığırtılarından daha aşağıdır . Yaşlı insanlar öz eşitmə itkisini aradan qaldırmaq üçün çox vaxt çığırtıdan istifadə edirlər . Normal söhbət zamanı yaranan səs-küy səviyyəsi 60-70 dB, qışqırarkən isə onun dəyərləri 90-110 dB diapazonuna çatır .
Mənsur bəy Cagirli
Mənsur bəy Cagir bəy oğlu Cagirli-(), Qaraqoyunlu əmiri, Təbriz hakimi Mənsur bəy Azərbaycanın tanınmış əmirlərindən idi. 1392-ci ildə Təbriz şəhərinin hakimi olmuşdu. Qara Yusif bəyə qarşı üsyan etmişdi. 1413-cü ildə Qara Yusif bəy onu tutdu. Zindana atdırdı. Az sonra azad edib Ərdəbil, Xalxal və Şahruda hakim təyin etdi. Yerində möhkəmlənən kimi yenidən üsyana başladı. Mənsur bəyin Məhəmməd bəy adlı oğlu vardı.
Bağırlı
Bağırlı (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Bağırlı (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Bağırlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Bağırçı
Bağırçı (qaq. Baurçu) Moldovanın Qaqauziya muxtariyətində Bələdiyyə və kənddir, Çadır şəhərindən 12 kilometr (7.5 mil) qərbdə yerləşir. Göy Oğuz Yerinin üçüncü ən böyük kəndidir. 2004 ildə Bağırçıda 8,783 nəfər yaşayırdı.
Yağıntı
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Yağışın intensivliyi fərqli ola bilər, yüngül çiskinlərdən güclü leysanlara qədər. Yağışdan sonra ortaya çıxan xoş torpaq qoxusuna petrikor deyilir. Yağış çirkləri və allergenləri yuyaraq havanı təmizləyir. Bir çox Yerli amerikan qəbilələri quraqlıq zamanı yağış ruhlarını çağırmaq məqsədilə ənənəvi rituallar keçirirlər. Dünyanın ən yağışlı yeri Hindistanda ildə orta hesabla 467,4 düym yağış alan Mavsinram (Mawsynram) kəndidir. Ən quraq yer isə Çilidəki Atakama səhrasıdır, burada bəzi ərazilərə yüz illərdir yağıntı düşmür.
Çadırlı
Çadırlı (keçmiş rusca adı Şatrovka (Шатровка)) — Azərbaycan Respublikasının Salyan rayonunun Qaraçala qəsəbə inzibati ərazi vahidində kənd. Çadırlı kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonunun Çadırlı kəndinə mavi yanacaq verilmişdir. 2016-06-14 Dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun qazlaşdırılması davam etdirilir. Bu gün rayonda mavi yanacaq verilən yaşayış məntəqələri sırasına 1700 nəfərə yaxın əhalisi olan Çadırlı kəndi də əlavə olunmuşdur. 477 abonenti olan kəndin təbii qazla təmin olunması məqsədilə 64 min 193 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 477 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd və qəsəbələrin qazlaşdırılmasını möhtərəm prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələrin davamı olduğunu vurğulamış, 15 İyun Milli Qurtuluş günü və kəndə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etmişdir. Tədbirdə çıxış edənlər göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq etmişlər. Sonda tədbir iştirakçıları evlərdə olmuş, mavi yanacağın verilməsinə baxış keçirmişlər. Kənddə "Həzrət Baba" məscidi dini icması fəaliyyət göstərir.
Çamırlı
Çamırlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Abaran rayonunda kənd. Çamırlı — İrəvan quberniyasının Aleksandropol qəzasında,indi Hamamlı (Spitak) rayonunda yaylaq. Rayondakı Qursalı kəndində yerləşir.
Çaxırlı
Çaxırlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Çaxırlı (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Çaxırlı (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Çaxırlı (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd. Çaxırlı (Göyçə) — Göyçə mahalı Basarkeçər rayonunda kənd.
Çayırlı
Çayırlı — Ərzincanın 9 ilçəsindən biri
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.
Çağrı
Davud Çagrı bəy Mikayıl bəy oğlu (989-1060) — Oğuz elinin Qınıq boyundan, Səlcuqlu sultanı. Davud Çağrı bəy Mikayıl bəy oğlu 989-cu ildə anadan olmuşdu. Ömrünün çoxunu türklərin zəfərlər qazanmasına və yeni torpaqların fəthinə sərf edən Çağrı bəy 1060-cı ilin martında Səraxs şəhərində 70 yaşında ikən vəfat etdi. O, dünyasını dəyişərkən böyük oğlu Alp Arslan Xorasanda atasının yanında idi və onun yerinə ölkəni idarə edirdi. Çağrı bəyin digər oğlanları Qavurt bəy Kirmanda, Yakut bəy isə Azərbaycanda baş vali idilər. Çağrı bəyin digər arvadından olan oğlu Süleyman isə çox gənc olduğu üçün ona hər hansı bir vəzifə tapşırılmamışdı. Çağrı bəy vəfat edəndən sonra ölkəni idarə edən Sultan Toğrul bəy onun övladlarının hamısını öz vəzifələrində saxladı Oğulları Alp Arslan bəy Kavurd bəy Yaquti bəy Süleyman bəy Urfalı Matvey (Matheos/Mattew) adlı bir erməni keşişi özünün salnaməsində Böyük Səlcuq İmperatorluğunun iki banisindən biri olan Çağrı bəyin (digəri onun qardaşı Toğrul bəydir) 1016-1021-ci illərdə Orta Asiyadan Anadoluya tərtib etdiyi hərbi səfəri qeyd edərkən deyirdi: "Həmin il bizim ölkəmizə yel kimi uçan atlarının üstündə, əllərində uzun nizələri, çiyinlərində oxları və yayları olan və qadın kimi uzun saçları olan cəngavər bir qövm (millət) gəldi. Aman ya Rəbb, onlar nə qədər qorxunc idilər". Həmin vaxta qədər heç türk döyüşçüsü ilə qarşılaşmamış erməni ordusunda, üstlərinə yağış kimi yağan oxların yatdığı dəhşət səbəbi ilə, başlayan panika ağır məğlubiyyətə səbəb olmuşdu. Bəli, erməni keşiş Matveyin dediyi bu "qorxunc" millət Çağrı bəyin oğuzları idi və 3000 nəfərlik oğuz süvarisi erməni Vaspurakan çarlığının ərazisini cəmi bir gün ərzində fəth etmişdilər.
Abdulla Bağırlı
Bağırlı Abdulla Sadıq oğlu (?-?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == 1920-1925-ci illərdə Kiyev Kommersiya İnstitutunda oxumuş, lakin Rusiyada Oktyabr inqilabından sonra təhsilini yarımçıq buraxıb vətənə qayıtmışdır. Parlamentin 1919-ci il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini iqtisadiyyat sahəsində davam etdirmək üçün Kiyev Kommersiya İnstitutuna göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Hikmət Bağırlı
Ktulhunun çağırışı
"Ktulhunun çağırışı" (ing. The Call of Cthulhu) — Hovard Fillips Lavkraft tərəfindən 1926-cı ildə yazılmış hekayə. Lavkraft qorxu janrında olan hekayə Ktulhu adlı bir tanrıdan və ona sitayiş edən qəddar bir kultdan bəhs edir. Hekayə ilk dəfə 1928-ci ilin fevral ayında "Weird Tales" pulp-jurnalında nəşr edilmişdir, ancaq Lavkraftın digər əsərlərində olduğu kimi hekayə müəllifin ölümündən sonra məşhurlaşmışdır. Hekayə Ktulhu mifologiyasının ilk buraxılışıdır. 2005-ci ildə hekayənin ilk film adaptasiyası nümayiş etdirilmişdir. == Obrazlar == Corc Qemmel Encell (ing. George Gammell Angell) – protaqonistin babasının qardaşı. O, Ktulhu iblisanə kultu ilə əlaqədar olan qəribə hadisələri araşdırıb öyrənməyə başlayır. Corc Q. Encell sirli bir şəkildə vəfat edir.
Mirsədi Bağırlı
Qəzənfər Bağırlı
Qəzənfər Kərim oğlu Bağırlı — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Bağırlıya "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Sağırlı (Germi)
Sağırlı (fars. صغيرلر‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 64 nəfər yaşayır (15 ailə).
Çaxırlı (Cəbrayıl)
Çaxırlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Çaxırlı oyk., sada. Cəbrayıl r-nunun Mehdili i.ə.v.-də kənd. Arazboyu düzənlikdədir; Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir; İmişli r-nunun Məzrəli i.ə.v.-də kənd. Mil düzündədir; Masallı r-nunun eyniadlı i.ə.v.-də kənd. Lənkəran ovalığındadır. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakarlçakır tayfasının adını daşıyır.
Çaxırlı (Göyçay)
Çaxırlı kəndi - Azərbaycan Respublikasının Göyçay rayonunun eyni adlı inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən cənub-şərqdə, Şilyan çayının sağ sahilində, rayonoun Ucarla həmsərhəd ərazisində, Şirvan düzündə yerləşən kənd. Əhalisinin sayı 3259 (2009) nəfərdir. Kənd əhalisi əsasən taxılçılıq, heyvandarlıq, və bağçılıqla məşğul olur. A.Bakıxanovun qeyd etdiyinə görə, bu kəndin adı oğuz türklərindən olan çəkərli (çakar, çakır, caxır, çaxırlı) tayfasının adı ilə əlaqədardır. Çəkərlilər eramızın əvvəllərində Şimalı Qafqazda yaşamış türkdlli, türkmənşəli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Çakar tayfasının müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır. Tapperin Şahsevənlər haqqında tarixi araşdırmaları göstərir ki, Çaxırlı kəndinin adı Çakurlu və ya Cagirlu adlı tayfadan gəlir. Bu müəllifin fikrincə onlar uzaq keçmişdə kürd əsilli olub türkləşmiş tayfadır, lakin bunun üçün ciddi bir tarixi fakt ortaya qoymur. Şahsevən tayfalarından fərqli olaraq Cagirlu tayfası Muğan ərazisində ta 15-ci əsrdən yaşayıblar orada, Qızılağacda, Kür çayının Xəzərə tökülən hissəsində kiçik bir əmirlikləri olub.
Çaxırlı (Göyçə)
Çaxırlı — Göyçə mahalında kənd.
Çaxırlı (Masallı)
Çaxırlı — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 2014 nəfərdir. Çaxırlı rayonun ərazisində yerləşən türk mənşəli toponimlərdəndir. Çaxırlı adının çaxırla heç bir əlaqəsi yoxdur. Masallıdan başqa respublikamızın İmişli, Göyçay, Cəbrayıl rayonlarında, Qərbi Azərbaycanda (indiki Ermənistan)Çaxırlı yaylası, Çaxırlı ovalığı və Çaxırlı kəndi (Göyçə gölünün ətrafında) vardır. İran islam respublikasının bizimlə sərhədə yaxın yerində Çaxırlı kəndi, Türkiyə respublikasının Svas vilayətində Çakırlı köyü vardır. Çaxırlı toponiminin mənşəyi və yaranması haqqında alim Nadir Məmmədov yazır: “Çaxırlı adı “Çakirli tayfa adının təhrifidir. Çakirli tayfa adına ilk dəfə orta əsir mənbələrində, həmçinin XVIII-XIX əsir mənbələrində rast gəlinir. Çakirli Azərbaycanda məskən salmış türk tayfalarından birinin adıdır. Bu yaşayış məntəqəsinin rus dilli xəritələrdə səhv olaraq Çakirlu, Çaxırlı, və sair şəkildə yazılmış və həmin səhv azərbaycanlılar tərəfindən ahəng qanununa tabe edilərək Çaxırlı şəklinə düşmüşdür.
Sistem çağırışı
Sistem çağırışı (ing. system call) və ya daha qısa şəkildə syscall — kompüter proqramının icra olunduğu əməliyyat sistemindən xidmət tələb etdiyi proqrammatik metod. Bura cihazla bağlı xidmətlər (məsələn, sərt disk drayverinə daxil olmaq və ya cihazın kamerasına daxil olmaq), yeni proseslərin yaradılması və icrası, prosesin planlaşdırılması kimi inteqral nüvə xidmətləri ilə kommunikasiya daxil ola bilər. Sistem çağırışları proses və əməliyyat sistemi arasında mühüm interfeys təmin edir. Əksər sistemlərdə sistem çağırışları yalnız istifadəçi məkanındakı proseslərdən edilə bilər, bəzi sistemlərdə isə, məsələn, OS/360-da imtiyazlı sistem kodu da sistem çağırışları edir. Bəzi gömülü sistemlər istisna olmaqla, əksər müasir prosessorların arxitekturası təhlükəsizlik modelini ehtiva edir. Məsələn, mühafizə halqaları proqram təminatının icra oluna biləcəyi çoxsaylı imtiyaz səviyyələrini müəyyən edir. Proqram adətən öz ünvan fəzası ilə məhdudlaşır. Beləcə o digər işləyən proqramlara və ya əməliyyat sisteminin özünə daxil ola və ya dəyişdirə bilmir və adətən cihaz təminatına (məsələn kadr buferi və şəbəkə cihazları) birbaşa manipulyasiyanın qarşısı alınır. Bununla belə, bir çox proqramlar bu komponentlərə giriş tələb edir, ona görə də sistem çağırışları bu cür əməliyyatlar üçün dəqiq müəyyən edilmiş, təhlükəsiz tətbiqetmələri təmin etmək üçün əməliyyat sistemi tərəfindən əlçatan edilir.
Çaxırlı (İmişli)
Çaxırlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Mil düzündədir.
Çaxırlı bələdiyyəsi
Çaxırlı bələdiyyəsi (Göyçay) — Göyçay rayonunda bələdiyyə. Çaxırlı bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Çayırlı (Zəncan)
Çayırlı (fars. چايرلو‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 742 nəfər yaşayır (152 ailə). Zəncan şəhristanının İcərud kəndistanında, Zəncan şəhərindən 50 km cənub-qərbdədir.
Çağırış (Hilli)
Çağırış (Uddətud-Dai) — Şeyx Əhməd ibn Fəhd Hillinin XIII əsrdə yazdığı dua barədə kitab. Gördüyünüz bu kitab böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının tərcümə və şərhidir. Bu kitab oxuculara "Çağırış" adı altında təqdim olunur. Qeyd etmək lazımdır ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynamışdır. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir. Kitab 2016-cı ildə Müşfiq Mehdibəyli tərəfindən ərəb dilindən Azərbaycan dilinə tərcümə və şərh edilmiş, Bakıda Qədim Qala nəşriyyatında 440 səhifədə 60x90 ölçüsündə çap edilib. Kitab tərcümədən əlavə, Müşfiq Mehdibəylinin yüz səhifədən ibarət əlavə və şərhlərindən ibarətdir ki, bu da kitabda öz əksini tapan bəzi ayə və hədislərin geniş oxucu kütləsi tərəfindən daha rahat və asan başa düşülməsi zərurətindən meydana gəlmişdir. Bundan savayı, istifadə olunan Quran ayələri və onların təfsirləri Məcməul-Bəyan, Ətyəbul-Bəyan, Əl-Mizan, Təfsiri-Safi, Təfsiri-Nümunə, Nurul-Quran və s. kitablarına istinadən müqayisəli şəkildə işlənmişdir. Qeyd edək ki, sözügedən şərh və əlavələr kitabda QEYD və üç ulduz (***) işarəsi ilə göstərilmişdir.
Çanqırı
Çanqırı — Türkiyənin Çanqırı ilinin inzibati mərkəzi.
Qızılirmaq (Çanqırı)
Qızılirmaq: Çanqırı ilinin bir ilçəsidir. Çanqırı şəhər mərkəzinə olan uzaqlığı 56 km-dir.
Yarpaqlı (Çanqırı)
Yarpaqlı Çanqırı ilinin bir ilçəsidir. Mərkəz bələdiyyəsi xaricində 3 diyar, 39 kənd və 3 məhəllədən ibarətdir.