Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çayqışlaq
Çayqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Çayqışlaq kəndi Zərqava kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Hazırda Zərqava Ərazi Dairəsinin tərkibinə daxildir. Ətraf ərazinin əhalisi olan tatlar hələ keçmiş zamanlardan Çayqışlaq kəndini "Arkərə" (tatca: "Çay") kəndi kimi (daha obrazlı deyilsə, "çayın yanındakı oba" mənasında) tanıyıblar. Ola bilsin ki, lap əvvəllərdə kəndin başqa adı da olub. Amma əvvəlki adın mövcud olub-olmadığı barədə hələlik heç bir məlumat yoxdur. Kənd əhalisinin verdiyi məlumata görə XIX əsrdə burada yaşayan əhalinin bir hissəsi müəyyən səbəblərdən miqrasiya etmişdir. Xeyli sayda ailələr bölgənin digər yaşayış məntəqələrinə köçüb getmişlər. Qalan ailələrin hir hissəsi isə XIX əsrin sonu – XX əsrin əvvəllərində Molla Qəni düzənliyindəki obadan aşağı enərək çayın sahilində məskən salmışlar. Elə həmin dövrdə qonşu ərazilərdəki yaşayış məntəqələrindən də bir çox ailələr bu yeni məskənə köçüb gəlmişlər.
Çayqışlaq (Zəncan)
Çayqışlaq (Mahnişan)
Çayqışlaq (fars. چاي قشلاقي‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə nəfər yaşayır ( ailə). Mərkəzi şəhristanının Mahnişan bölgəsində, Uryad kəndistanında, Mahnişan qəsəbəsindən 48 km simal-qərbdədir.
Çatqışlaq-i Bala (Germi)
Çatqışlaq-i Bala (fars. چات قشلاق بالا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (18 ailə).
Ağqışlaq
Ağqışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. Yardımlı rayonu ilə sərhəddə yerləşir. == Coğrafiyası == Burovar silsiləsinin cənub yamacında, Şərətük çayı sahilindədir. Viləşçayın qollarından biri olan Şərətük (uzunluğu 29 km) çayı Ağqışlaq kəndinin ərazisindən keçir. Lerik rayonu, Ağqışlaq kəndi ərazisində Buk yarğanı yerləşir. Türk dillərində buk çox mənalı terminlərdən olub "ensiz dağ vadisi", "dаr уarğan", "dağ keçidi", "təpə" və digər məna çalarlarına malikdir. == Etimologiyası == Adı ağ (kiçik; cənub) və qışlaq (qış yatağı, qış mənzili) sözlərindən düzəlib, "kiçik qış yatağı" və ya "cənubdakı qış yatağı" deməkdir. Kənd xalq arasında həm də Ağçay kimi adlandırılıb. == Təhsil == Kənd ərazisində Ağqışlaq ibtidai məktəbi fəaliyyət göstərir. Məktəb 4 illik olduğuna görə 4-cü sinifdən sonra şagirdlər qonşu kəndlərin orta məktəblərində təhsillərini davam etdirmək məcburiyyətində qalırlar.
Ağqışlaq (Xudafərin)
Ağqışlaq (fars. اغ قشلاق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 62 nəfər yaşayır (12 ailə).
Ocaqqışlaq-i Xoruzlu (Biləsuvar)
Ocaqqışlaq-i Xoruzlu (fars. اجاق قشلاق خروسلو‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 188 nəfər yaşayır (45 ailə).