1. Bir şeyi əldə etmək üçün səy göstərmək, əmək sərf etmək, səy və qeyrət göstərmək, cidd-cəhd göstərmək, əlləşmək. Qalib gəlməyə çalışmaq.
2. Fəaliyyət göstərmək, işləmək.
// dan. Bir vəzifə daşımaq, bir peşədə işləmək. Həştərxanda Zaqafqaziya Müsəlman İşləri Komissarlığında və “Hümmət” qəzetində çalışdığı bir ildən artıq müddətdə Ordubadinin əsərlərində günün vacib məsələlərinin izahı böyük yer tuturdu.
// dan. İşləmək, vəzifə daşımaq.
// İşləyərək yaratmaq, hazırlamaq, yaradıcı əməklə məşğul olmaq (adətən “üzərində” sözü ilə). Dissertasiya üzərində çalışmaq.
□ Öz üzərində çalışmaq – öz biliyini, səviyyəsini, dünyagörüşünü artırmaq üçün müntəzəm məşğul olmaq, öz üzərində işləmək.
3. Zəhmət çəkmək, əmək sərf etmək, əlləşmək, iş görmək.