Ağqışlaq

AğqışlaqAzərbaycan Respublikasının Lerik rayonunun Şingədulan inzibati ərazi vahidində kənd. Yardımlı rayonu ilə sərhəddə yerləşir.

Ağqışlaq
38°54′ şm. e. 48°23′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 413 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 210 nəf.
Xəritəni göstər/gizlə
Ağqışlaq xəritədə
Ağqışlaq
Ağqışlaq

Burovar silsiləsinin cənub yamacında, Şərətük çayı sahilindədir. Viləşçayın qollarından biri olan Şərətük (uzunluğu 29 km) çayı Ağqışlaq kəndinin ərazisindən keçir. Lerik rayonu, Ağqışlaq kəndi ərazisində Buk yarğanı yerləşir. Türk dillərində buk çox mənalı terminlərdən olub "ensiz dağ vadisi", "dаr уarğan", "dağ keçidi", "təpə" və digər məna çalarlarına malikdir.[1]

Adı ağ (kiçik; cənub) və qışlaq (qış yatağı, qış mənzili) sözlərindən düzəlib, "kiçik qış yatağı" və ya "cənubdakı qış yatağı" deməkdir. Kənd xalq arasında həm də Ağçay kimi adlandırılıb.[1]

Kənd ərazisində Ağqışlaq ibtidai məktəbi fəaliyyət göstərir. Məktəb 4 illik olduğuna görə 4-cü sinifdən sonra şagirdlər qonşu kəndlərin orta məktəblərində təhsillərini davam etdirmək məcburiyyətində qalırlar.

Əhalinin məşğuliyyəti

[redaktə | mənbəni redaktə et]

Kəndin iqtisadiyyatı əkinçilikheyvandarlığa əsaslanır. İşləyən əhalinin 71.5%-i əkinçiliklə məşğul olur. Buğda, arpa, tütün, noxud, müxtəlif növ meyvə və tərəvəzlər əsas əkinçilik məhsullarıdır. Kəndin iqlimi kənd təsərrüfatı üçün əlverişli şərait yaradır.

Kənd ərazisində XX əsrdə geniş üzüm bağları olmuşdur.Lakin 1985-ci ildən başlayaraq keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən aparılan antialkoqol kampaniyası çərçivəsində Ağqışlaqda böyük zəhmət hesabına yaradılmış üzüm bağları məhv edilərək iqtisadiyyata ciddi ziyan vurulmuş, insanlar gəlir mənbələrindən məhrum edilmişlər.

  1. 1 2 "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 29.