Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üçqatlı arxitektura
Üçqatlı arxitektura – three-tier architecture ~ трехуровневая архитектура ~ üç katmanlı mimari ~ proqram kompleksinin arxitekturasının bir növü; üçqatlı arxitektura üç əsas komponentin olmasını nəzərdə tutur: müştəri, tətbiqi proqramlar serveri və verilənlər bazası serveri. Müştəri (CLIENT) kompleksin son istifadəçiyə təqdim olunan interfeys (adətən, qrafik) komponentidir. Bu səviyyənin verilənlər bazası ilə birbaşa əlaqəsi olmamalıdır (təhlükəsizlik və genişlənəbilmə tələblərinə görə). Bu səviyyəyə, adətən, yetkiləndirmə (AUTHORIZATION) interfeysi, şifrləmə alqoritmləri, daxil edilən qiymətlərin mümkün formata uyğunluğu, terminala yüklənmiş verilənlər üzərində mürəkkəb olmayan əməliyyatlar (çeşidləmə, qruplaşdırma, qiymətlərin hesablanması) çıxarılır. Tətbiqi proqramlar serveri (APPLICATION SERVER) ikinci səviyyədə yerləşir, iş məntiqinin (BUSINESS LOGIC) əksər hissəsi orada cəmləşib. Ondan kənarda yalnız müştəriyə (terminallara) ixrac edilən fraqmentlər, eləcə də verilənlər bazasına salınmış məntiq elementləri (saxlanılan prosedurlar və triggerlər) qalır. Verilənlər bazası serveri (DATABASE SERVER) verilənlərin saxlanmasını təmin edir. O, bir qayda olaraq, verilənlər bazasının idarəedilməsi sistemləri (DBMS) vasitəsilə reallaşdırılır. Bu komponentə yalnız tətbiqi proqramlar serveri səviyyəsində bağlanmaq olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Üçbaşlı qartal
Üçbaşlı qartal, saxa və dolqan folklorunda Öksökö (saxa Өксөку) — üç ayrı başa malik qartal ilə təsvir edilmiş mifik və heraldik quş. == İstifadəsi == === Dində === Üçbaşlı qartal apokrifik Yezdranın üçüncü kitabında, baş kahin Yezdranın yuxusunda təsvir edilmişdir. === Folklorda === Çeçenistan folklorunda üçbaşlı qartal fiqurları hansısa bir qəhrəman tərəfindən öldürülən düşmən bədheybətlər kimi təsvir edilib. Personaj saxa və dolqan folklorunda "Öksökö" adlanır. Evenklərin "Toroqonay" əfsanəsində üçbaşlı qartal baş qəhrəmanın yoldaşı olur. === Heraldikada === Üçbaşlı qartal fiquru "Moness kodeksi" (təx. 1300-cü il) əsərində minnesanqer Reynmar fon Tsveterin (təx. 1200–1248-ci illər) gerbində verilib. Konrad Qrünenberqin (1492-ci il) armorialında üç ayrı başa sahib bir Reyxzadlerin təsviri var. Üçbaşlı bir quş fiquru 1530-cu illərdə orta aşağı alman dilində yazılmış "Günəşin parıltısı" əlyazmasında da təsvir edilmişdir.
Üçtaylı qapaq
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
Bazunun üçbaşlı əzələsi
Triseps - qolun arxasında yerləşən əzələ. Qolun üç başı əzələsi olaraq da adlanır. Triseps dirsəyə bağlı əzələdir və dirsəyin hərəkət etdirilməsində böyük rola sahibdir.
Abdullah Çatlı
Abdullah Çatlı (1 iyun 1956, Nevşəhər – 3 noyabr 1996, Susurluq, Balıkəsir ili) — gizli dövlət xəfiyyəsi və əks-partizan mənsubu. 1996-cı ildə Balıkəsir ilinin Susurluq məhəlləsi yaxınlarında tarixə Susurluq qəzası kimi keçən qəzada həlak olub. Qəza vaxtı Çatlının yanında, arxa sol tərəfində oturan Qönçə Us və maşını sürən təhlükəsizlik müdiri Hüseyn Qocadağ da ölmüşdür. Maşının içindəki dörd nəfərdən yalnız DYP (Doğru Yol Partiyası) millət vəkili Sədat Edip Bucaq sağ qalmışdır. 1977-ci ildə İdeal Təhsil və Mədəniyyət Ankara Başçılığına, 25 may 1978-ci ildə isə İdeal Gənclik Dərnəyi Ümumi Başçı Köməkçisi seçilmişdir. 11 iyul 1978-ci ildə Ankarada Hacəttəpə Universteti müəllimlərindən Dr. Bedrettin Cömərtin öldürülməsində fəal olaraq iştirak etdiyi ortaya çıxdı və Ankara 5. Sülh Cəza Məhkəməsi tərəfindən qiyabi olarağ həbs olunmasına qərar verildi. 23 avqust 1978-ci ildə Sakarya məhəlləsində tutularaq həbs edildi. Abdullah Çatlı 9 oktyabr 1978-ci ildə Ankara Bahçelievlər yaxınlığında 7 TİP (Türkiyə İşçi Partiyası)-lının öldürülməsi hadisəsinin planlayıcısı və baş günahkarı olarağ bilindi, lakin hadisədən 4 il 4ay keçdikdən sonra həbs olundu.
Qatlı ödotu
Qatlı ödotu (lat. Helichrysum plicatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ödotu cinsinə aid bitki növü.
Üçqat akkreditasiya
Üçqat akkreditasiya (ing. Triple accreditation) ― idarəetmə təhsili verən bir ali təhsil qurumunun və ya həmin qurum nəzdnindəki elmi vahidin dünyamiqyaslı üç əsas akkreditasiyadan (AACSB, AMBA, EQUIS) keçməsi halı. Dünyada idarəetmə məktəblərinin 1%-i üçqat akkreditasiyalıdır. Proses iki ABŞ (AACSB və AMBA) və bir Avropa İttifaqı (EQUIS) mənşəli mötəbər akkreditasiya təşkilatının namizəd ali təhsil müəssisəsi, yaxud müvafiq vahidi üzərində uzunmüddətli monitorinqi ilə başlayır. Bu zaman kəsiyində əgər kriteriyalar ödənilərsə yalnız bu halda üçqat akkreditasiya olunur. Tələblərin yerinə gətirilməsi həm institusional, həm də intellektual potensial tələb etdiyindən dünya üzərində sözügedən akkreditasiyanı tamamlayan ali təhsil müəssisələri yaxud elmi vahidlər olduqca nüfuzlu hesab olunurlar. Məhz bu səbəbdəndir ki, dünya idarəetmə məktəblərinin yalnız 1% sözügedən titula malikdir.
Üçqat rabitə
Kimyada üçqat rabitə, bir kovalent tək əlaqədə adi iki əvəzinə altı əlaqə elektronunun iştirak etdiyi iki atom arasındakı kimyəvi rabitədir. Üçlü rabitələr ekvivalent tək rabitə və ya ikiqat rabitədən daha güclüdür. Ən çox yayılmış üçqat rabitə azot N2 molekulundadır; Ən çox yayılmış ikincisi, alkinlərdə tapıla bilən iki karbon atomu arasında olmasıdır. Tərkibində üçlü bağ olan digər funksional qruplar siyanidlər və izosiyanidlərdir. Dinitrogen və karbon monoksit kimi bəzi diatomik molekullar da üçqat bağlanır. Skelet formullarında üçlü bağ iki bağlı atom arasında üç paralel xətt (≡) şəklində çəkilir.
Ucarlı
Ucarlı — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Ucarlı oyk. Kürdəmir r-nunun Cəyli i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsini Ucardan gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 99 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Uçalı
Uçalı — Rusiya Federasiyasında yerləşən şəhər Başqırdıstan Respublikasına daxildir
Çuğanlı (Çaroymaq)
Çuğanlı (fars. چوگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (57 ailə).
Uçaklı (Arxangel)
Uçaklı (başq. Уҫаҡлы, rus. Усаклы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Bakaldı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 28 km, kənd sovetliyindən (Bakaldı): 15 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 30 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (49%), ruslar (40%) üstünlük təşkil edir.
Üçqat Sosialist Əməyi Qəhrəmanı
Üçqat Sosialist Əməyi Qəhrəmanı — 15 nəfər bu ada layiq görülmüşdür.
Üçqat Sovet İttifaqı Qəhrəmanı
Üçqat Sovet İttifaqı Qəhrəmanı (rus. Трижды Герои Советского Союза) — 3 nəfərə verilmiş SSRİ-nin qəhrəmanlıq medalı. Üçüncü dəfə Sovet İttifaqı qəhrəmanı adı verilən şəxslərə üç dəfə "Qızıl Ulduz" medalı verilir.
Üçqat zərbə (film, 1992)
Üçqat zərbə (ing. Triple Impact) — 1992-ci ildə ABŞ aktyoru Deyl Kukun iştirakı ilə çəkilən döyüş filmidir. == Məzmunu == Deyv və Ceyms peşəkar qaydasız döyüş ustalarıdır. Onlar itmiş qızılların axtarışındadırlar. Onlar əvvəlcə Banqkoka, sonra Amerikaya səyahət edirlər. Lakin onların səyahət zamanı düşmənləri gündən-günə artmağa başlayır...
Içmanqol (Uçalı)
Içmanqol (başq. Ыҫтамғол, rus. Истамгулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uralsk kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 45 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 52 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (99 %) üstünlük təşkil edir.
Kalkan (Uçalı)
Içmanqol (başq. Ҡалҡан, rus. Калканово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uçalı kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 26 km, kənd sovetliyindən (Uçalı): 16 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 18 km.
Kaluy (Uçalı)
Kaluy (başq. Ҡалуй, rus. Калуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Amangilde kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 58 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 2 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Karaquja (Uçalı)
Karaquja (başq. Ҡарағужа, rus. Карагужино) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, kənd sovetliyindən (Kazakkol): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 21 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (93 %) üstünlük təşkil edir.
Kayıpkol (Uçalı)
Kayıpkol (başq. Ҡайыпҡол, rus. Каипкулово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Yeni Bayramqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 63 km, kənd sovetliyindən (Yeni Bayramqol): 3 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 68 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kazakkol (Uçalı)
Kazakkol (başq. Ҡаҙаҡҡол, rus. Казакку́лово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kirəbe (Uçalı)
Kirəbe (başq. Кирәбе, rus. Кирябинскоe) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kirəbe kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (75%) üstünlük təşkil edir.
Kobaqoş (Uçalı)
Kobaqoş (başq. Ҡобағош, rus. Кубагушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindyak kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 81 km, kənd sovetliyindən (Mindyak): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 18 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Koloş (Uçalı)
Koloş (başq. Ҡолош, rus. Кулушево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 48 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 24 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 53 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Korama (Uçalı)
Korama (başq. Ҡорама, rus. Курама) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 50 km, kənd sovetliyindən (Komsomolsk): 5 km. ən yaxın dəmiryol stansiyasından (Korama stansiyası): 0 km.
Kotoy (Uçalı)
Kotoy (başq. Ҡотой, rus. Кутуево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Uraz kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 40 km, kənd sovetliyindən (Bələbəy Kazakkol): 16 km. ən yaxın dəmiryol stansiyasından (Ural Tau stansiyası): 45 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kozaş (Uçalı)
Kozaş (başq. Ҡоҙаш, rus. Кудашево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İmanqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 20 km, kənd sovetliyindən (İmanqol): 12 km. ən yaxın dəmiryol stansiyasından (Şatrım stansiyası): 29 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (95 %) üstünlük təşkil edir.
Kujay (Uçalı)
Kujay (başq. Ҡужай, rus. Кажаево) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Tunqatar kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 73 km, ən yaxın dəmiryol stansiyasından (Kuramino stansiyası): 33 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (96 %) üstünlük təşkil edir.
Kübək (Uçalı)
Kübək (başq. Көбәк, rus. Кубяково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Kunakbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 30 km, kənd sovetliyindən (Kunakbay): 22 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 42 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Küçük (Uçalı)
Küçük (başq. Көсөк, rus. Кучуково) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 92 km, kənd sovetliyindən (İlçəqol): 7 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 11 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (100 %) üstünlük təşkil edir.
Kıyzış (Uçalı)
Kıyzış (başq. Ҡыйҙыш, rus. Кидыш) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Axun kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 32 km, kənd sovetliyindən (Axun): 7 km. ən yaxın dəmiryol stansiyasından (Uçalı stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (57%), başqırdlar (35%) üstünlük təşkil edir.
Mindək (Uçalı)
Mindək (başq. Миндәк dinlə, rus. Миндяк) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Mindək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 75 km, ən yaxın dəmiryol stansiyasından (Ural-Tau stansiyası): 27 km.