Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Avl Vitelli
Aul Vitelli Germanik (lat. Aulus Vitellius Germanicus Augustus; 24 sentyabr 15 və ya 7 sentyabr 15 – 22 dekabr 69, Roma) — 69-cu ilin 16 aprelindən 22 dekabrına qədər səkkiz ay Roma İmperatoru olub.
Telli Borçalı
Telli Borçalı (tam adı: Telli Sədi qızı Qurbanova; 28 fevral 1969, Qasımlı, Marneuli rayonu) — Azərbaycan musiqiçisi, aşığı, şairi. Aşıq Telli 1969-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində doğulmuşdur. 1997-ci ildə Bakıya gəlmişdir. "Aşıq Pəri" məclisinin rəhbəri Narınc Xatun onu bu məclisə dəvət etmişdir. Aşıq Pəri məclisinə dəvət aldıqdan sonra "Pəri qızları" ilə tanış olub və geniş fəaliyyətə başlayıb. Telli Borçalının anasının adı Savad, qardaşlarının adı Tərmeyxan, Ataxan, Mehdixandır.
Telli Pənahqızı
Telli Pənahqızı (tam adı: Əliyeva Telli Pənah qızı; 24 may 1954, Vedi) — Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü, şairə, publisist, nasir. Telli Əliyeva 24 may 1954-cü ildə Qərbi Azərbaycanda Vedibasar mahalının Böyük Vedi kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1971–1976). Əmək fəaliyyətinə ilk dəfə 1977–1980-ci illərdə C. Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş kitabxanaçısı olaraq başlamışdır. Daha sonra 1980–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti) müxbir, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Televiziyasının Gənclik redaksiyasında kiçik redaktor, 1982–1992-ci illərdə Dövlət Televiziyasının İctimai-siyasi və iqtisadi informasiyalar redaksiyasında redaktor, 1992–1993-cü illərdə Dövlət Televiziyasının İnformasiya studiyasının "Günün ekranı" Yaradıcılıq Birliyi rəhbərinin müavini, 1993–1995-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkətinin İnformasiya xidməti rəhbəri, 1995–1997-ci illərdə Televiziyanın İkinci Proqram üzrə direktoru, 1997–2005-ci illərdə İkinci Proqram üzrə Baş proqram direktorunun müavini, 2005-ci ildən isə Azərbaycan Teleradio Verilişləri QSC Televiziya Proqramları direktorunun müavini vəzifələrində işləmişdir. 12 mart 2019-cu ildən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü təyin edilmişdir. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunmuşdur. Faiq Ağayevin oxuduğu "Məni sevərsənmi?" (bəstəkarı Novruz Aslan), Azərinin oxuduğu "Bizi intiqama çağırır cəngi" (bəstəkarı Gülsüm xanım) mahnılarının sözləri Telli Pənahqızınındır. Səyyad Əlizadə, Niyaməddin Musayev, Teymur Əmrah da şairənin sözlərinə yazılan mahnıları ifa edirlər.
Telli zirehli
Telli zirehli (lat. Chaetophractus villosus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan növ. Telli zirehlilər qəhvəyi-sarı rəngdə olurlar. Bel, başın yuxarı hissəsi və quyruğun üzəri altıbucaqlı və dördbucaqlı hissələrdən ibarət zirehlə örtülmüşdür. Belin ortasında altı və ya yeddi qurşaq var. Bu qurşaqlar uzunsov dördbucaqlı formasına malikdir və hərəkətlidir. Baş düz və enlidir və gözlərin altında şaquli cərgələr var. Ayaqların yuxön ayaqlarda.arı tərəfində və ön ətraflarının yuxarı hissəsində düzənsiz altıbucaqlı pulcuqlar mövcuddur. Bədənin qalan hissəsi qalın qırışmış dəri ilə örtülmüşdür. Sərt kıllar qurşaqların arxa kənarında yerləşir.
Telli zirehlilər
Telli zirehlilər (lat. Chaetophractus) — məməlilər sinfinə, zirehlilər fəsiləsinə daxil olan cins. Bu cins Cənubi Amerika üçün endemikdir. Argentina, Boliviya, Çili və Paraqvay kimi cənub ölkələrində yayılmışdır.
Əhməd Telli
Əhməd Telli (2 dekabr 1946, Çanqırı) — müəllim, şair, yazıçı. Əhməd Telli 1946-cı ilin dekabr ayında Çanqırının Əskibazar qəzasında anadan olmuşdur. Həsənoğlan və Kayseri Bazarhörən, Pınarbaşı müəllimlik məktəbində təhsil alıb. Müəllimlik məktəbindən sonra dörd il orta məktəb müəllimliyi, Qazi Təhsil İnstitunu bitirdikdən sonra isə Kastamon, İnebol, Doğanyudrda, Qırıqqalada və Ankara Atatürk Liseyində türk dili və ədəbiyyat müəllimliyi edib. 1981-ci ildə Qazi Təhsil İnstitutunda müəllim ikən hərbi vəziyyətə görə həbs olunaraq işdən çıxarıldı. Həmin il, TCK-nın 141,142 və 146-cı maddələrindən mühakimə olundu. 146-cı maddədən bəraət aldı. Ciyərhunun şeirlərinə yazdığı bir yazısına görə, 142-ci maddədən qısa müddətlik cəza aldı. Kitabxanaçılıq və naşirlik etdi, fərqli nəşriyyatlarda rəhbər və redaktor olaraq çalışdı. 1933-cü ildə məhkəmənin qərarıyla müəllimliyə geri döndü və təqaüdə çıxdı.
Üçtaylı qapaq
Sağ qulaqcıq-mədəcik dəliyi sağ qulaqcıq-mədəcik qapağı ya üçtaylı qapaq (trikuspidal qapaq) — (lat. valva atrioventricularis dextra s. tricuspidalis) ilə örtülmüşdür. Bunu təşkil edən tayların biri öndə — (lat. cuspis anterior), digəri dal tərəfdə — (lat. cuspis posterior) və üçüncü içəri tərəfdə — (lat. cuspis septalis (cuspis medialis — BNA)) olur. Bunların şəkli üşbucağa bənzəyir: əsasları qulaqcıq-mədəcik dəliyini əhatə edən lifli halqaya — (lat. anulus fibrosus) və kənarları ilə zirvələri vətər telləri — (lat. chordae tendineae) vasitəsilə mədəcik divarına və ya məməyəbənzər əzələlərə bağlanmışdır.
Üçvəcli sümük
Üçvəcli sümük (lat. os triquertum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun oynaqarası qığırdağa məxsus yuxarı, aypara sümüyə məxsus bayır və noxudabənzər sümüyə məxsus ovuc səthləri vardır. Prof.
Üçpərli badam
Üçpərli badam (lat. Prunus triloba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Vətəni Çindir. Qərbi Asiyada, Şimali Koreyada dəniz səviyyəsindən 600-2500 m hündürlükdə, dağlıq meşələrdə təbii yayılmışdır. Hündürlüyü 5 m, çətirinin diametri 1,5 -2,0 m, tünd qonur rəngli zoğları olan yarpağın tökən ağac və ya koldur. Yarpaqları tünd-yaşıl, tərs-yumurtavaridir, kənarları 3 ayalıdır. Uzunluğu 2,5-6,5 sm, eni 3 sm, kənarları kül rəngli, üst tərəfdən zəif sallanandır. Çiçəkləri kasaşəkilli, yumurtavari və ya lansetvari olub, açıq çəhrayı və ya məxməri rəngdədir, diametri 2-2,5 sm-ə çatıb, tək-tək, bəzən ikisi bir yerdə qısa çiçək saplağında yerləşirlər. Ləçəkləri dairəvi və ya enli yumurtavaridir. Mayda çiçəkləyir, iyul-avqustda yumru, şişkin, sümüklü, 1,8 sm diametrində, qırmızı rəngli meyvəsi yetişir.
Ütəlgi qızılquş
Ütəlgi qızılquş (lat. Falco cherrug) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qarğadan az iridir (0,8-1,1 kq). Bel tərəfi paslı-qonur, qarın tərəfi isə ağdır, amma üzərində damcı formalı naxışlar uzanır. Quyruğu uzundur, tünd qəhvəyi və sarı rəngli köndələn zalaqları var. Ayağı sarıdır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Şimali Afrikaya qədər miqrasiya edir. Azərbaycana qışlamaq üçün gəlir və miqrasiya edən bəzi populyasiyası buradan keçir (oktyabrda və martda). Seyrək ağac və qaya olan açıq sahələrdə yaşayır.
Üçpərli talış çapağanı
Təlli Zeynəbiyyə
Təlli Zeynəbiyyə (ərəb. التل الزینبیة‎) — İraqın Kərbəla mühafəzəsinin Kərbəla şəhərində yerləşən məscid və ziyarətgah. Məscidin adı keçən vaxtlarda üzərində yerləşən təpənin adıyla əlaqəlidir. == Mənası == Ərəb dilində təll təpə və ya hündür yer mənasını verir və Zeynəbiyyə sözü Həzrət Əlinin qızı Həzrət Zeynəbin adıyla bağlıdır. == Mövqeyi == Təlli-Zeynəbiyyə İmam Hüseynin qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5–6 metr hündürlükdədir. İndi bu məqam İmam Hüseyn hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. == Tarix == Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseyn (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır. 1978-ci ildə nisbətən hündür olan bu məqamdakı tikilinin yenidən inşa edilməsinə başlanılmış və indi buranın ərazisi 175 kvadrat metrə çatmışdır. Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi onun ərazisi daha da genişləndirilmişdir.