Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Farux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. == Tarixi == Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi.1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Uluru
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. == Coğrafiya == Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. == Geologiya == Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Uçurum (pyes)
"Uçurum" (azərb. Uçurum / اوچوروم‎) — Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 1917-ci ildə yazdığımənzum pyesi , dörd pərdəli faciə. Pyes ilk dəfə 1926-cı ildə Bakıda Azərbaycan Dövlət Nəşriyyatında çap edilmişdir. Pyes yalnız 1968-ci ildə Cavidin Seçilmiş əsərlərinin birinci cildində yenidən nəşr edilmişdir . Tamaşası ilk dəfə 1922-ci ildə baş tutdu. Belə ki, 1922/23-cü illərin teatr mövsümündə əsər rejissor Abbas-Mirzə Şərifzadə tərəfindən Dadaş Büniyatzadə adına Dövlət Türk (Azərbaycan) teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu, Hüseyn Cavidin elə dramlarından biridir ki, burada cəmiyyətin ədalətsizliyi ilə üz-üzə qalan, yaşadıqları ilə baş-başa qalan insanlar xüsusi yer tutur . Pyesin pantürkist əhvali-ruhiyyə ilə seçilməsi də güman edilirdi . == Xüsusiyyətləri == Hüseyn Cavidin önəm verdiyi məsələlərdən biri də yüksək əxlaq, ailə münasibətlərində sədaqətlilik prinsipi ümumiyyətlə namus, qeyrət və digər insani dəyərlərdir ki, bu da özünü şairin 1917-ci ildə yazdığı "Uçurum" mənzum pyesində daha qabarıq şəkildə büruzə verir. Bu əsərində o, ailə-məişət məsələlərinə müraciət etdiyindən sadə xalq dilində, daha doğrusu Məmməd Cəfərin "H.Cavidin sənəti haqqında qeydlər"ində vurğuladığı kimi heca vəznində yazmış, məsnəvi, qoşma, bayatılardan istifadə etməklə bərabər on bir, yeddi, səkkiz, on dörd, on beş və on altı hecalı şer formalarına da müraciət etmişdir.
Qızıl uçurum
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Hadisə üfüqü
Hadisə üfüqü — işıq və maddənin artıq qaça bilmədiyi bölgəni sərhədləyən qurşaq. Hadisə üfüqü hər hansı bir fiziki araşdırma edə bilmədiyimiz bir kosmos parçasıdır. Nə hadisə üfüqündən kənarı bilinən qanunlarla açıqlama imkanı var, nə də orada nə olub bitdiyini bilməyin bir yolu var. Bir ulduzun hadisə üfüqü ulduzun çökmədən əvvəlki kütləsi ilə mütənasibdir. Məsələn, kütləsi 10 günəş kütləsi olan bir ulduz içə çöküb qara dəlik halına gəldiyində diametri 60 km olan bir hadisə üfüqünə sahib olur. Bir qara dəlik maddə udduqca hadisə üfüqünü genişlədir, hadisə üfüqü genişləndikcə də daha güclü qravitasiya sahəsinə sahib olur. Qara dəliyin hadisə üfüqündə nəzəri olaraq zaman tamamən dayanır. Bəzi qara dəliklərdə iki hadisə üfüqü vardır. Bəziləri "hadisə üfüqü" termini yerinə qara dəliyə çox da uyğun olmayan "qara dəliyin səthi" terminini istifadə edirlər. (Terminin uyğun olmamasının səbəbi bir planet və ya ulduzdakı kimi qatı və qazlardan təşkil olan bir səthinin olmamağıdır.) Lakin burada bəzi xüsusi xüsusiyyətlər göstərən bir bölgədən danışılmır; bir müşahidəçi qara dəliyə üfüqü aşacaq qədər yaxınlaşmış ola bilsəydi, özünə səth təəssürat sağlayacaq heç bir xüsusiyyət və ya dəyişiklik hiss edə bilməyəcəkdi.
Hadisə Üfüqü Teleskopu
Hadisə Üfüqü Teleskopu (HÜT) (ing. Event Horizon Telescope (EHT)) radio teleskop sistemi olub qlobal teleskop şəbəkəsi təşkil edir. Hadisə Üfüqü Tekeskopu layihəsi Yer kürəsinin müxtəlif nöqtələrində bir-birindən uzaqda bucaq imkanı kifayət qədər olan 8 kəskin uzun bazisli interferometrik stansiyalardan məlumatları birləşdirərək super massiv Qara Dəliyin Hadisə Üfüqü kimi nəhəng obyekləri müşahidə etməyə imkan verir. Proyektin hədəfi Yer Kürəsindən ən böyük bucaq diametrində iki Qara Dəliyi müşahidə etməkdir. Müşahidə məntəqələri cD tipli ovalvari super nəhəng Messier 87 qalaktikasının mərkəzindəki Qara Dəlik və Süd Yolu qalaktikanısının mərkəzində yerləşən Sagittarius A* Qara Dəliyidir. == Messier 87* == Hadisə Üfüqü Teleskopu Əməkdaşlığı özünün ilk uğurlu nəticəsini 10 aprel 2019-cu il tarixdə eynianda 6 müxtəlif bölgələrdə keçirilmiş mətbuat konfransında açıqlamışdır. Məlumatda birbaşa Messier 87 qalaktikasının mərkəzindəki Qara dəliyin şəkli göstərilərək M87 adı altında qeyd olunmuşdur. Elmi nəticələr 6 məqalədə The Astrophysical Journal Letters jurnalının 875-ci sayında nəşr olunmuşdur.
Uluru (Ayers Rok)
Uluru və ya Ayers-rok — Avstraliyanın çöl bölgəsində qumdaşından ibarət qaya formalaşması. Qayanın yerləşdiyi ərazidə Uluru-Kata Tyuta Milli Parkı yaradılmışdır. == Coğrafiya == Uluru təxminən 2 km uzunluğunda və 1,7 km enindədir və ümumi sahəsi 9,4 kilometrdir. Zirvənin dəniz səviyyəsindən yüksəkliyi 862,5 m, ətraf düzənlikdən nisbi hündürlüyü isə 348 m-dir. Uluru 1336 km² sahəsi olan Kata Tyuta milli parkı ilə əhatə olunmuşdur və UNESCO tərəfindənÜmumdünya İrsi siyahısına daxil edilib. == Geologiya == Uluru qonşusu Kata Tyuta ilə birlikdə təxminən 600 milyon il əvvəl meydana gəlmişdir. Bu yoğrultunun bir qismi zəlzələlərdən sonra təkrar səthə çıxmışdır. Uluru'nun arxa tərəfində, Avstraliya aborigenləri tərəfindən müqəddəs olaraq qəbul edilən su hövzələri var. Uluru o zamandan bəri davamlı bir şəkildə havanın təsirinə məruz qalan, paslı qırmızı rəngdə qum daşından (qırmızı bir mineral) meydana gəlmişdir. Rəngi tərkibində çoxlu dəmir olmasından irəli gəlir.
Akiko Furu
Akiko Furu (d. 18 iyul 1973; Kanazava, Yaponiya) — Yaponiyanı təmsil edən batut gimnastı. Akiko Furu, 2000-ci ildə Yaponiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Akiko Furu, 2000-ci ildə Yaponiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Furu, 35.30 xal topladı və 8 idmançı sırasında 6-cı yeri tutdu.
Urux (çay)
Urux (oset. Ирӕф / Ӕрӕф, kab.-çərk. Урыху) — Şimali Osetiya və Kabarda-Balkariyada dağ çayı. Uzunluğu 104 km-dir. Şimali Osetiyanın Diqori dərəsindəki Mostoçete buzlağından axır. Su anbarının sahəsi 1280 km² -dir. Orta hesab su sərfi— 20,2 m³/s-dir. == Hövzəsi == Uruxa digər bir neçə çay axır (məsələn, Karauqomdon, Tanadon, Ayqamuqa, Xaznidon) və iri buzlaqlardan qaynaqlanır. Urux gözəl mənzərəli dərədən axır (bax Diqor dərəsi). Urux Qara dağlar silsiləsinin müstəvisinə girməzdən əvvəl Qaya silsiləsindəki dar boşluğu kəsdiyi və bəzən Diqor dərəsi adlandırılan kanyon meydana gətirdiyi Axşinta adlanan yerdə qeyri -adi dərəcədə əzəmətli mənzərəyə sahibdir.
Urux (çayı)

Qızıl uçurum (film, 1980)
Qızıl uçurum (rus. Золотая пропасть) — Azərbaycan filmi. == Məzmun == XIX əsrin sonu. Bakıda neft sənayesi yaranır... Kasıb Cəlil(Əliabbas Qədirov) taleyin hökmü ilə neft sahibkarlarından biri olur. Lakin gözlənilmədən əldə olunan var-dövlət Cəlilə xoşbəxtlik gətirmir. Zəhmətsiz qazanılmış milyonlar onu yoldan çıxarır, pullarını göyə sovurur, mənəvi iflasa uğrayır. O, tədricən dostlarını, evini, ailəsini itirir, özü də məhv olur...Filmdə pulun hakim olduğu cəmiyyətin iç üzü, eybəcərlikləri, bu cəmiyyətin insanların həyatına göstərdiyi təsir, onun nümayəndələrinin əxlaq və mənəviyyatındakı ziddiyyətlər öz əksini tapmışdır. == Film haqqında == Film aktrisa Həmidə Ömərovanın kinoda ilk işidir. Film yazıçı İbrahim bəy Musabəyovun "Neft və Milyonlar Səltənətində" povestinin motivləri əsasında çəkilmişdir.
Hadisə üfüqü (film, 1997)
Hadisə üfüqü (ing. Event Horizon) — 1997-ci ildə Pol V. S. Anderson tərəfindən çəkilmiş elmi fantastika qorxu filmi. Baş rollarda Lorens Fişborn, Sem Nill, Ketlin Kuinlan və Coeli Riçardson oynuyub. Filmin çətin istehsal tarixi var idi: Paramount Pictures-ın əsas layihəsi olan “Titanikin” planlaşdırıldığı vaxtda buraxılmayacağı məlum olanda, studiya tələbi ilə "Hadisə üfüqü" çəkilişləri və montaj işləri tələsik halda başa çatdırılmışdı. Filmin ilkin 130 dəqiqəlik versiyası ciddi şəkildə düzəliş edilib, qısaldıranda, rejissorun narazılığına səbəb olmuşdu.Buraxıldıqdan sonra film həm kommersiya baxımından, həm də film tənqidçiləri arasında ümidləri doğrultmadı və 60 milyon dollarlıq büdcədən cəmi 42 milyon dollar gəlir əldə etdi. Ancaq sonradan videodaşıyıcı vasitəsiylə yaxşı satılmağa başladı; DVD versiyasının yayılması o qədər gəlirli idi ki, buraxıldıqdan bir müddət sonra Paramount silinmiş materialların bərpası işinə başlamaq üçün Andersonla əlaqə saxladı. Lakin məlum oldu ki, kadrlar ya itib, ya da məhv edilib. O vaxtdan bəri film tədricən kult statusu qazandı, populyar mədəniyyətin digər əsərlərində ona istinadlar tez-tez rast gəlinir. == Məzmun == Filmin süjeti 2047-ci ildə baş verir, itkin düşmüş və sonradan Neptunun orbitində peyda olan “Event Horizon” kosmik gəmisini astronavtlardan ibarət komandanın geri qaytarması və ekipajını xilasetmə missiyasının icrasından bəhs edir. Xilasetmə qrupu gəmini tədqiq edərkən öyrənir ki, bu gəmi eksperimental yüksək texnologiyalı mühərrik üçün gizli sınaq meydançası olub və fəza-zaman kontinuumunda bir deşik yaradaraq məlum kainatı tərk edib, sonra geri qayıtmışdı, hansı ki nəticədə bəzi şər qüvvə tərəfindən ələ keçirilmişdi.
Üfüqü ötənlər (film, 2011)
Üfüqü ötənlər — rejissor Şamil Nəcəfzadənin sənədli filmi. == Məzmun == Film Mircavad, Tofiq Cavadov, Əşrəf Murad, Rasim Babayev, Qorxmaz Əfəndiyev kimi böyük Azərbaycan rəssamlarının yaradıcılığından bəhs edir. == Film haqqında == Yazıçı, sənətşünas Sara Oğuz Nəzirovanın xatirələri əsasında çəkilmiş bu film, onun yaxından tanıdığı, yaradıcılıqları XX əsrin ikinci yarısına təsadüf edən 5 Azərbaycan avanqard rəssamından bəhs edən iki hissəli ekran əsəridir. Film "Torpaqdan qaynaqlanan təməl", "Qardaşımdan yaxşısı yox idi", "Qaranlıqdan qopan çığırtı", "Əbədiyyata sıçrayış", "Mümkün olmayan axtarış" adlanan 5 bölümdən ibarətdir. Filmdə "Bu, Mircavaddır" sənədli filminin və "Abşeron bağları" verilişinin kadrlarından və kinoxronikadan istifadə olunmuşdur.
Uçurum üzərində cığır (film, 1979)
== Məzmun == Film 1978-ci il aprelin 6-da SSRİ Nazirlər Sovetinin "Sərxoşluğa və alkoqolizmə qarşı mübarizəni gücləndirmək üzrə əlavə tədbirlər haqqında" qərarına cavabdır.
Uluru-Kata Tyuta Milli Parkı
Uluru–Kata-Tyuta Milli Parkı –— Avstraliyada yerləşən milli park. UNESCO-nun Ümumdünya İrsi siyahısındadır. Məşhur Uluru (Ayers Rok) qayalığı da bu milli parkda yerləşir. == Haqqında == Uluru–Kata-Tyuta Milli Parkı ətrafındakı qumlu sahələr və çöllərlə tamamilə zidd bir quruluş göstərən iki ədəd qaya formalaşması ilə çox təəccüblü bir fiziki görünüşə malikdir. Bu milli parka eyni zamanda iki Aborigen xalqı olan Pityantyatyara və Yankunytyatyaralara aid bir çox dini ərazi də daxildir. Park ilk dəfə 1987-ci ildə Təbii Dünya irsi olaraq qəbul edildi. Uluru (Ayers Qayası) və Kata Tyuta (Olga Dağı) əslində keçmişdə dağ olan quruluşun yavaş-yavaş eroziyaya uğraması nəticəsində geriyə qalan strukturlardır. Uluru qayası sovrulan alluvial torpaqların meydana gətirdiyi qumlarla meydana gəlmişdir. Uluru qayasının torpaq üzərindəki qisimi 348 metr yüksəkliyindədir və üçdə ikisi hələ də torpaq altındadır. Kata Tyutanın 36 ədəd olan qübbələri fərqli qaya növlərinin irili-xırdalı parçalarının iç içə keçərək birləşməsi ilə meydana gəlmişdir.
Uluru–Kata-Tyuta Milli Parkı

Nobel qardaşlarının ilk uğuru (film,2019)
Nobel qardaşlarının ilk uğuru — qısametrajlı sənədli film. == Məzmun == Filmdə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətindən bəhs olunur. Nobel qardaşlarının Azərbaycanda geniş fəaliyyəti olmuşdur. Onlar gəlirlərinin əsas hissəsini Bakı neftindən əldə etmişdir. Nobel qardaşlarından Robert Nobel Azərbaycana qoz ağacı axtarmağa gəlir. Lakin, Bakı neftini görür və “Nobel qardaşları” firmasını yaradır. “Nobel qardaşları” firması ilə rəqabət aparan iri neft sənayesi sahiblərindən biri Hacı Zeynalabdin Tağıyev idi. Nobellərin ən inandığı, hörmət etdiyi şəxsiyyət də elə H.Z.Tağıyev olumuşdur. 1875-ci ildə “Nobel qardaşları” firmasının əsası qoyulur. Robert Nobel ilk olaraq Bakının “Qara şəhər” adlanan sahəsində 25 min rubla kiçik bir zavod alır.
Nobel qardaşlarının ilk uğuru (film, 2019)