Uluru–Kata-Tyuta Milli Parkı

Uluru–Kata-Tyuta Milli Parkı –— Avstraliyada yerləşən milli park. UNESCO-nun Ümumdünya İrsi siyahısındadır. Məşhur Uluru (Ayers Rok) qayalığı da bu milli parkda yerləşir.

Uluru-Kata Tyuta Milli Parkı
ing. Uluṟu-Kata Tjuṯa National Park
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 1.333,72 km2 ha
Mütləq hündürlüyü 812 m
Yaradılma tarixi 23 yanvar 1958
Ziyarətçi sayı
  • 270.000 nəf.[1]
Yerləşməsi
25°18′44″ c. e. 131°01′07″ ş. u.
Ölkə  Avstraliya
Vilayət Şimal
Yaxın şəhər Yulara
parksaustralia.gov.au/ul…
Uluru-Kata Tyuta Milli Parkı xəritədə
Uluru-Kata Tyuta Milli Parkı
Uluru-Kata Tyuta Milli Parkı
Rəsmi adıing. Uluru-Kata Tjuta National Park
TipiQarışıq
Kriteriyav, vi, vii, viii
Tarixi1987 (11-ci sessiya)
İstinad nöm.447
RegionAvstraliya və Okeaniya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uluru–Kata-Tyuta Milli Parkı ətrafındakı qumlu sahələr və çöllərlə tamamilə zidd bir quruluş göstərən iki ədəd qaya formalaşması ilə çox təəccüblü bir fiziki görünüşə malikdir. Bu milli parka eyni zamanda iki Aborigen xalqı olan Pityantyatyara və Yankunytyatyaralara aid bir çox dini ərazi də daxildir. Park ilk dəfə 1987-ci ildə Təbii Dünya irsi olaraq qəbul edildi. Uluru (Ayers Qayası) və Kata Tyuta (Olga Dağı) əslində keçmişdə dağ olan quruluşun yavaş-yavaş eroziyaya uğraması nəticəsində geriyə qalan strukturlardır. Uluru qayası sovrulan alluvial torpaqların meydana gətirdiyi qumlarla meydana gəlmişdir. Uluru qayasının torpaq üzərindəki qisimi 348 metr yüksəkliyindədir və üçdə ikisi hələ də torpaq altındadır. Kata Tyutanın 36 ədəd olan qübbələri fərqli qaya növlərinin irili-xırdalı parçalarının iç içə keçərək birləşməsi ilə meydana gəlmişdir. 1994-cü ildə Uluru–Kata-Tyuta Milli Parkı təkrar Dünya irsi sinfinə alınmışdır. Aborigenlərin müqəddəs saydıqları bu sahəyə verdiyi əhəmiyyətlidir. Hələ ovçuluq və yığıcılıq ilə həyatını davam etdirən təxminən 80 adam bu parkda yaşamaqdadır. 1985-ci ildə Avstraliya hökuməti Uluru torpaqlarını təkrar Aborigenler vermişdir, ancaq onlara 99 il boyunca bu sahənin Təbii Parklar və Vəhşi Həyat Agentliyinə kirayə verməsi şərtini qoymuşdur.[2]

  1. https://www.environment.gov.au/minister/birmingham/2014/mr20140910.html.
  2. "Arxivlənmiş surət". 2016-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-22.