Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qüvvət sıraları
∑ n = 0 ∞ a n ( x − c ) n = a 0 + a 1 ( x − c ) + a 2 ( x − c ) 2 + . . . + a n ( x − c ) n {\displaystyle \sum _{n=0}^{\infty }a_{n}(x-c)^{n}=a_{0}+a_{1}(x-c)+a_{2}(x-c)^{2}+...+a_{n}(x-c)^{n}} sırasına c {\displaystyle c} nöqtəsində qüvvət sırası deyilir.Burada a n {\displaystyle a_{n}} əmsalları ədədlərdir.Xüsusi halda c = 0 {\displaystyle c=0} olarsa, onda ∑ n = 0 ∞ a n x n = a 0 + a 1 x + a 2 x 2 + ⋯ . {\displaystyle \sum _{n=0}^{\infty }a_{n}x^{n}=a_{0}+a_{1}x+a_{2}x^{2}+\cdots .} Bu sıraya sıfır nöqtəsində qüvvət sırası deyilir. e x = ∑ n = 0 ∞ x n n ! = 1 + x + x 2 2 ! + x 3 3 ! + ⋯ , {\displaystyle e^{x}=\sum _{n=0}^{\infty }{\frac {x^{n}}{n!}}=1+x+{\frac {x^{2}}{2!}}+{\frac {x^{3}}{3!}}+\cdots ,} sin ⁡ ( x ) = ∑ n = 0 ∞ ( − 1 ) n x 2 n + 1 ( 2 n + 1 ) ! = x − x 3 3 !
Üzüklərin hökmdarı: Qüvvət üzükləri (teleserial, 2022)
Üzüklərin Hökmdarı: Qüvvət üzükləri (ing. The Lord of the Rings: The Rings of Power) — Con Tolkinın Orta Dünya haqqında əsərləri əsasında çəkilən teleserial. Amazon Prime Video vasitəsilə yayımlanacaq proyektin hazırlanmasına 2017-ci ildə başlanılıb. 2019-cu ildə isə teleserialın çəkilişinə start verilib. Birinci mövsüm Legendariumun ikinci dövründə baş verən hadisələr haqqında bəhs edəcək. Hesablamalara görə teleserial tarixin ən bahalı seriallarından biri olacaq. Təkcə birinci mövsümün qiyməti təxminən 465 milyon ABŞ dollarına başa gələcək. == İstehsalı == 13 Noyabr 2017-ci ildə Amazon Con Ronald Ruel Tolkinın "Üzüklərin hökmdarı" romanını ekranlaşdırma hüququnu qazandı. Mətbuatda yayımlanan məlumatlara görə, Amazon, Tolkinın əsərləri hüquqlarına sahib olan təşkilatlarla (Tolkien Estate, HarperCollins və New Line Cinema) $ 200–250 milyon dollar müqabilində müqavilə bağladı, hansı ki Netflix şirkətinin təklif etdiyi məbləğindən çox idi. Müqavilənin şərtlərinə görə, Amazon iki il ərzində (yəni 2019-cu ilin noyabrına qədər) teleserialın istehsalına başlamalı idi.
Nübuvvət
Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) “peyğəmbərlərin möhrüdür”, yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir. Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir. == Peyğəmbəri ifadə edən terminlər == === Peyğəmbəri ifadə edən terminlər === Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi “xəbərçi, xəbər gətirən, elçi” mənalarına gəlməkdədi. Dini bir termin olaraq, “Allah-Təala”nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi “kişi” deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında “nəbi” və “rəsul” kəlmələri keçməkdədir.
Silahsız Kuvvet
Sagopa Kajmer (türk: [sɑgopɑ kɑʒmæɾ]), əsl adı Yunus Özyavuz, ya da tanınan köhnə adlarıyla DJ Mic Check və Silahsız Kuvvet (hərf. Silahsız qüvvə; 17 avqust 1978, Samsun) — Türkiyə reperi, musiqi prodüseri, bəstəkarı, söz yazıçısı, mahnı yazıçısı və diceyi. Yunis Özyavuz 17 avqust 1978-ci ildə Samsunda doğuldu. İbtidai, orta və lisey təhsilini Samsunda tamamladı. 1966-cı ildə Samsunda yerli bir radioda diceyliklə işləməyə başladı. Daha sonra ali təhsil üçün İstanbula gəldi və İstanbul Universiteti Ədəbiyyat Fakültəsi(tr) Fars Dili və Ədəbiyyatı bölümündən məzun oldu. 1998-ci ildə Kuvvetmira adlı rep qrupunu qurdu və qrupda Silahsız Kuvvet adıyla yer aldı. Türkiyə rep sənətçilərinin 1999-cu ildə buraxdığı rep albomu olan Yeraltı Operasyonu albomunda yer aldı. Əvvəl Silahsız Kuvvet təxəllüsünü istifadə edən sənətçi daha sonra Sagopa Kajmer adından istifadə etməyə başladı və Sagopa Kajmer adlı bir albom buraxdı. Bu albomdan başqa, 2001-ci ildə On Kurşun, 2004-cü ildə Bir Pesimistin Gözyaşları albomunu yayımladı. G.O.R.A. filminin musiqilərini bəstələdi.