1. Birləşmə, birlik, ittifaq.
Sən o deyilmidin, dedin: – Var bizim ittihadımız? Mən də yadında var, dedim: – Yox buna etimadımız.
// Həmfikirlik, yekdillik, həmrəylik, əlbirlik.
□ İttihad etmək – birləşmək, birlik, ittifaq yaratmaq, həmrəy olmaq, həmfikir olmaq.
Doğru bir ittihad etməsək biz; Birliyə etiqad etməsək biz; Bizdə şərti-üxüvvət olurmu?
2. İttihad ilə, ittihadla şəklində zərf – birləşərək, birlikdə, həmrəyliklə, yekdilliklə, ittifaqla.
İttihad ilə, ittifaq ilə; Üzünü hər məkanda ağ eylə.
Xülasə, İnmirə məhəlləsinin camaatı … artıq dərəcədə cidd-cəhd edər və öz arasında böyük ittihadla iş görərdi.
Bir-birimizə piyalə, qədəhi; İttihad ilə uzatdıq bu gecə!