Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Üzgəcotu
Bu cinsin adı almancadan "trollun gülü" kimi tərcümə olunur. Şimal yarımkürəsinin mülayim iqlimli və Artika zonalarında bitən bu çoxillik ot bitkisinin 25 növü məlumdur. Onlardan 10 növü gülçülükdə geniş istifadə olunur: Asiya üzgəcotu (Jarki) (T. asiaticus) hündürlüyü 80 sm, narıncı rəngdə tək-tək gülləri olan bitkidir. Çoxləçəkli formaları vardır. Çin üzgəcotu (T. chinensis). Bu növ əvvəlkindən kolun iri ölçüləri ilə fərqlənir (100 sm). Gülçülükdə 1827-ci ildən istifadə olunur. Güllərin rəngi sarıdan tünd-narıncıya qədər olan bu iki növün hibridləri gülçülükdə geniş yayılmışdır. Toxumla çoxaltdıqda üzgəcotunun toxumlarını qış mövsümündə 2-4°C temperaturda saxlamaq lazımdır. Çox vaxt üzgəcotunu yayın axırında kökümsovun bölünməsi ilə çoxaldılır.
Adi üzgəcotu
Adi üzgəcotu (lat. Spirodela polyrhiza) — sugülükimilər fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanda nadir növüdür. == Yayılması == Lənkəran ovalığı (Lənkəran rayonunun Göyşaban kəndi, Mortso gölü), Lənkəran-Muğan (Masallı rayonu – Boradigah çayı), Kür düzənliyi, Naxçıvanın dağlıq hissəsi (Şahbuz Dövlət qoruğu Batabat gölünün sahilyanı zonalarında) == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyun—avqust aylarına təsadüf edir. Toxumlarla və vegetativ yolla çoxalır. Kriptofit-hiqrofitdir. Arandan orta dağ qurşağınadək durğun və sakit axan sularda, göllərdə, hündür bitkilər areasında, külək və dalğalardan qorunan yerlərdə təmiz assosiasiyalar, eləcə də Lemna minor və L. Gibba növləri ilə qarışıq assosiasiyalar əməə gətirir. Dərman və çöl quşları üçün qida bitkisidir == Qısa morfoloji təsviri == Çoxillik su bitkisidir. Suyun səthində üzən gövdələri tərs –yumurtavari və ya dəyirmi, üst hissədən açıq –yaşıl, alt hissədən qırmızımtıl rngdə, yastı, 5 mm enindədir.
Qaymaqçiçəkli üzgəcotu
Qаymаqçiçəkli üzgəcоtu - (lat.Trollius ranunculinus) Çoxillik, hündürlüyü 35 sm kimi olan, gövdəsi düz, sadə və ya budaqlı bitkidir. Gövdənin kökyanı hissəsi köhnə yarpaqların qalıqları ilə örtülmüşdür. Kökyanı yarpaqları uzun saplaqlı, barmaqvari olaraq beş, uzunsov-rombvari, üçhissəli, dişli dilimlərə bölünmüşdür. Gövdə yarpaqları oturaqdır, yuxarıdakılar biri-birinə yaxınlaşaraq, sarğı kimi çiçəyi əhatəyə almışlar. Çiçəkləri tək-tək, iri, tünd sarı rəngdə, 5-10 dənə yumurtavari, uzunsov kasa yarpaqlarıdır. Nektarlıqları ləçəkvari, uzunsov-xətvari, qızılı-sarı rəngdədir. Çalovu düz və ya cüzi bayıra doğru əyilmiş buruncuqludur. Toxumları tünd qonurdur. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında subalp və alp qurşaqlarında yayılmışdır. Rütubətli dağ çəmənlərində, rütubətli, otlu yamaclarda, qar əriyən yerlərdə bitir.
Qаymаqçiçəkli üzgəcоtu