Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uriah Heep
Uriah Heep — 1969-cu ildə Londonda yaranmış ingilis rok qrupudur. Qrupun adı Çarlz Dikkensin «Devid Kopperfild» adlı əsərindəki personajın adından götürülmüşdür. Qrup, 1971—1973-cü illər arasında yazdığı «Look at Yourself», «Demons and Wizards» və «The Magician's Birthday» adlı hard-rok klassikası hesab edilən bu üç albom ilə dünya şöhrətini qazanır. Uriah Heep, proqressiv rok, art rok, caz-rok və hard-rok elementlərindən ibarət öz orijinal hard-rok üslubunu yaratdı. Qrupun qızıl illərdə əsas göstəricisi mürəkkəb çoxnəsəli harmonik effektli bek-vokal partiyaları və Bayronun dramatik vokalı idi. Uriah Heep-in stilistik eksperimentlərinin rok-musiqinin inkişafına əhəmiyyətli təsiri var idi. Qrup xüsusilə çox şeydə Queen'in analoji eksperimentlərini üstələyirdi. Qrupun on iki albomu UK Albums Chart'a düşdü. Bunlardan ən böyük müvəffəqiyyət qazananı "Return to Fantasy" oldu (7-ci yer, 1975). Qrupun on beş albomu isə Billboard 200 siyahısına adını yazdırdı.
Urxan Ələkbərov
Urxan Kazım oğlu Ələkbərov (28 aprel 1943, Bakı) — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor; AMEA-nın həqiqi üzvü; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən) , Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü (20 fevral 2018-ci ildən), YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri. == Həyatı == Urxan Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmiş, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olmuşdur. U. Ələkbərov 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır.1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. 1968–78-ci illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmış, 1987–1996-cı illərdə AMEA-nın vitse-prezidenti olmuşdur. O, 1988–2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olmuş, 2011-ci ilə qədər AMEA-nın müşaviri kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilmiş, 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilmişdir. == Elmi fəaliyyəti == Akademik Urxan Ələkbərov 320 elmi əsərin, o cümlədən 34 kitab və dərsliklərin müəllifidir. O, elmdə yüksək nailiyyətlər əldə etmiş, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi, elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış alim və inkişaf üzrə ekspertdir.