Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir.
Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir.
Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.