Şükrullah Xəlvəti

Şükrullah Xəlvəti (Zubovka1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir.

Şükrullah Xəlvəti
Şükrullah Qasım oğlu Xəlvəti
Doğum yeri Sandıqlı, Osmanlı
Vəfat tarixi
Vəfat yeri Bakı, Şirvanşahlar
Fəaliyyəti alim

Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir.

Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.

"Ləmazat" da Seyid Yəhyanın vəfatı və yerində oğlu Fəthullahın oturmasından sonrakı hadisələr belə anladılır: "Şeyx Pir Şükrullah bu hadisə üzərinə səccadədən ayrılıb,üzlətə çəkilərək təmkin əhlindən olub,durarkən bir gecə röyasında Seyd Yəhyanı görür.Şeyx ona "Var həccə get.İnşallah,dönəndə səccadə yenə sənə müyəssər olacaqdır." - deyərək onun könlünü alıb,təsəlli etdi.Pir Şükrullah o il Həccə niyyət edib yola çıxdı.Həcc fərizəsini yerinə yetirdiyi zaman röyasında yenidən Seyid Yəhyanı görür,ona "Ey Şükrullah,sənin üçün oğlumuzu qurban etdilər və yanımıza göndərdilər.Tələsib get və dərvişlərimizin xidmətində ol.Səccadəmizə oturub,xalqı irşad elə."- dedi."

"Ləmazat" da verilən bir mənqəbədən, xəlifələrindən birinin Dərviş Mələmmədl-Qarsi olduğunu öyrənirik. Şeyx Şükrullahın vəfat tarixi "Ləmazat"da 868/1463-1464 kimi göstərilib. Lakin tədqiqatçı Mehmet Rıhtım göstərir ki, bu yanlış rəqəmdir. Çünki bu Seyid Yəhyanın vəfat tarixindən bir il əvvəldir. Lakin Şükrullah Xəlvəti Seyid Yəhya və oğlu Fəthullahdan sonra şeyx olmuş və uzun müddət şeyxlik etmişdir. Başqa mənbələr isə Şeyx Şükrullahın Otluqbeli savaşı (1473) zamanı öldüyünü göstərir. Mehmet Rıhtım da şeyxin ölüm tarixinin 1473-cü il ola biləcəyini qeyd edir.

Mənbələr məzarının Seyid Yəhya türbəsinin yaxınlığnda olduğunu qeyd etmişlər. Lakin təəssüf ki, şeyxin və daha bir çox məşayixin buradakı qəbirləri XX əsrin əvvəllərində ruslar tərəfindən dağıdılmışdır.