Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şükrullah Xəlvəti
Şükrullah Xəlvəti (Zubovka – 1473, Bakı) - tanınmış xəlvəti şeyxlərindən biri, Seyid Yəhya Bakuvinin tələbəsidir. Şeyx Şükrullahın atasının adı Qasımdır. Atası Mədinəli olub ərəb əsillidir. Anadoluda Sandıqlıda doğulmuşdur. Qaramanoğulları ilə Zülqədəroğulları arasındkı müharibədə burdan köç edərək Bakıya gəlmişdir. Bakıda Seyid Yəhyaya biət edən Şeyx Şükrullah uzun illər Seyid Yəhyaya xidmət edərək xəlvətilik təriqətində şeyxdən sonra ən yüksək məqam olan pişuqədəm məqamına yetişmişdir. Seyid Yəhyanın vəfatı üzərinə Bakıdakı xanəgahda Seyid Yəhyanın ortancıl oğlu Fəthullah şeyxlik iddiası edib, ondan öncə posta oturmuşdur. O, dərvişlik ədəbi ilə "Şeyxin oğludur" - deyə onun bu hərəkətinə dözmüşdür. Tezliklə Seyid Yəhyanın oğlu Fəthullah vəfat etdiyinə və buradakı dərvişlərin təkidi ilə Bakıya gələrək uzun illər şeyxlik edən Şükrullah Xəlvəti həm təriqəti yenidən canlandırmağa çalışmış, həm də müridlərin tərbiyəsi ilə məşğul olmuşdur. Onun çox ədəbli, gözəl xasiyyətli, səkinət sahibi və kamali-fəqr üzrə bir halı varmış.
Şükrüllah Şirvani
Şükrüllah Şirvani — II Mehmedin şəxsi həkimi, Mahmud Şirvaninin oğludur. == Həyatı == Əslən Şamaxıdan olan bu həkim Qahirədə Şəmsəddin Səxavidən hədis dərsləri almışdı. Həmçinin II Mehmedin müəllimi mövlana Şəmsəddin Güranidən İstanbulda hədis dərsləri almışdı. O, xəstələri təmənnasız müalicə etdiyinə görə "Kasıbların həkimi" ləqəbini qazanmışdı. == Əsərləri == Fütuhat fil-Cifr Risalətüs-Sultaniyyə fit Tibb Risalə fil-Qulunc vəl-İxtibas Lətaifül-Cəlilə Rəvzətül-İtr fit Tibb Müxtəsəri-Tibb İxtiyarati-Bədi Mürşid fit-Tibb əl-İlyasiyyə fit-Tibb Kamalnamə Riyazül-Ülum — II Bəyazidə həsr etmişdi.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.