Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tüləmə
Tüləmə — quşlarda və məməli heyvanlarda tük örtüyünün təzələnməsi prosesi. Tüləmə ilin fəsillərinə görə gedir. Tüləmə nəticəsində lələk və tüklər sıxlaşır, lələklərin, bəzi məməlilərdə isə tüklərin də rəngi dəyişir. Tüləmə bütün bədəni əhatə etməyə də bilər. Buna qismən tüləmə deyilir.
Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır. Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi. Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi.
Şüləver
Şüləver — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Şüləver - Borçalı qəzasının mərkəzi olmuşdur. 1925-ci ildə adı dəyişdirilərək Şaumyan qoyulmuşdur.
Bədrədddin Sülemiş
Sülemiş ya da tam adıyla Məlikül-Adil Sultan Bədrəddin Sülemiş (d. 1272 - ö. 1291, Konstantinopolis) Misir və Suriyada 1279-cu ildə 7 yaşında ikən 100 gün hökm sürmüş altıncı Türk əsilli Bəhri xanədanından Məmluk sultanıdır. == Həyatı == Bir Qıpçaq Türkü olan Məmlük sultanı I Baybarsın oğullarından biridir. Böyük qardaşı olan Bərkə xanın taxtdan endirilmesinden sonra 7 yaşında Kalavunun təklifinə görə sultan elan edildi. 27 noyabr 1279-cu ildə Kalavun 100 Məmlüklu əmirin qatıldığı bir toplantıya başçılıq etdi. Burada Sultanlıq vəzifəsini ancaq bir yetişkin, həddi-buluğa çatmış bir kişinin rdə biləcəyini iddia etdi. Bu toplantı sonucunda Sülemişin taxtdan imtina etməsi və yərinə Kalavunun Məmlük sultanı olması qəbul edildi. Beləcə 100 gün sürən sultanlığından sonra Sülemiş taxtdan endirildi. Sülemiş öncə qardaşı Berkə xanin sürgündə olduğu qədim Xaçlı qalası "Kərək"ə göndərildi.
Ümmü Sələmə
Hind, Əbi Üməyyə Məxzumi qızı ləqəbi Ümmü Sələmə(ər:أم سلمة) olan islam peyğəmbərinin (s.a.s) zövcəsi. Ümmü sələmə alim birisi idi elə ki dini və Əhli-Beyti yaxşı tanıması üçün çoxlu kitablar oxuyub və hər sözü rahatlıqla təsdiqləməzdi. Buna görə də toplum arasında(قاریةالکتب) çox kitab oxuyan adı ilə məşhur olmuşdur. Ümmü Sələmə və ilk əri Əbdüllah ibni Əbdüləsəd ilk müsəlmanlardan idi. Əri Uhud döyüşündə öləndən sonra peyğəmbərin xanımı oldu. Onun adı Əhli beytə görə hədislər nəql etdiyi üçün müsəlmanlar arasında məşhur olmuşdur. Bunun səbəbi də Fatimə binti Əsəd (Əlinin anası) vəfat etdikdən sonra Məhəmməd onu Fatimənin himayəçiliyinə verdi.
Sələmə ibn əl-Əkva
Sələmə ibn əl-Əkva (ərəb. سَلَمَة بن الأكْوَع‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Onun tam adı Sələmə ibn əl-Əkva əl-Əsləmidir. O, görkəmli hədis ravilərindəndir. O, əla idmançı və çox sürətli qaçışı ilə tanınır və onun atdan daha sürətli qaça bildiyi və qışqırmasının 5 mil məsafədən eşidildiyi deyilirdi. Məhəmmədin dövründə o, "Zu Qarad hərbi ekspedisiyası"nın komandiri idi.
Zuheyr ibn Əbu Sulmə
Züheyr ibn Əbu Sülmə (520–609) — ərəb şairi. Züheyr ibn Əbu Sülmə şairlər nəslinə mənsubdur. Onun babası, atası, dayısı və övladları da şair olmuşlar. Şair təxminən 530-cu ildə Nəcddə anadan olmuşdur. O, Mudari tayfasının Muzayna qəbiləsindən idi. Şairin atası Rəbiə öz tayfasını buraxmış və Qatafan tayfasına getmişdir. Burada Umm Amru adlı qızla evləndikdən sonra bu tayfa ilə qohumluq əlaqələri ilə bağlandığından tayfanı tərk etməmişdir. Burada onların Qatafan tayfasında böyüyüb tərbiyə alacağı övladları Züheyr dünyaya gəlmişdir. Tayfa nümayəndələri arasında Züheyrin dayısı olan iflic olmuş müdrik Bəşamə adlı bir qoca da var idi. Züheyr Bəşamədən ayrılmır, ona qulluq edir, ondan həyatın müxtəlif cəhətləri, eyni zamanda şer sənətinin incəliklərini öyrənirdi.