Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Qasımağalı (Şınıx)
Qasımağalı — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qasımağalı kəndi Şəkərbəy kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Əmiraslanlı kəndi mərkəz olmaqla, Əmiraslanlı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qasımağalı oykonimi Qasım ağaya məxsus mənasındadır. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra kənd əsasında 1993-cü ildə İsalı inzibati ərazi dairəsinin tərkibində Qasımağalı kəndi yaradılmışdır. 1992-ci ilin 6 avqust tarixində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Şınıx bölgəsinin Qasımağalı kəndi işğal olunaraq yandırıldı. Lakin Azərbaycanın Milli ordusunun mərd və mübariz əsgərləri 8 avqust 1992-ci il tarixdə erməni quldurlarını Qasımağalı kəndindən və Şınıx bölgəsinin işğal olunmuş hissəsindən təmizlədilər və kəndi yenidən bərpa etdilər Qasımağalı kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə kəndin adı 19-cu əsrin əvvəllərində bu yerlərdə yaşamış Qasım Ağa ilə bağlıdır. Qasım ağa bu yerlərdə varlı və nüfuzlu bir şəxs olub. Bir məlumata görə Qasım ağa Qazağın Çaylı kəndindən, digər məlumata görə Tovuzun Əlibəyli kəndindən gəlib və bu kəndinin əsasını qoyub, Kəndin sonrakı törəmələri Qasım ağanın oğlu Kərimin və Kərimin oğlu Eyyubun nəslindən davam edərək artmışdır. Kənddə ki, məhlələrdən biri "Qasım ağanın yurdu adlanır.
Şınıx (Allahverdi)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx (Borçalı)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx (Gədəbəy)
Şınıx — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Gədəbəy rayonunun Şınıx kəndi Göyəlli kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şınıx kənd ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsi qonşu kəndlərdən Ağdam, Tovuz rayonlarından gəlmiş əhali tərəfindən Şınıx adlı ərazidə salınmışdır. Oykonimi qədim türk dillərindəki şinq (sıldırım qaya), sınıq (tayfa adı), Azərbaycan dilindəki şenlik (qalabalıq, çox adam olan yer) sözləri ilə əlaqələndirirlər. Kənd dağətəyi ərazidə yerləşir. Şınıx əhalisi bütövlükdə türk əsilli xalqdır. Şınıxda bir sıra arxaik sözə müasir Asiya, eləcə də Türkiyə türkcəsində rast gəlinməkdədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 700 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şınıx (Loru)
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Şınıx bələdiyyəsi
Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
David Anaxt
David Anaxt və ya Məğlubedilməz David (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi. == Həyatı == David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir. == İrsi == 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
Siqnax
Siqnax Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır. Siqnax- Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır.Mirzə Camal Cavanşir (XVIII əsr) "Sığnaq qalası kimi qeyd etmişdir.Qarabağın Gülüstan mahalında da bir kəndin Sığnaq adlandığı göstərilmişdir.Qarabağda Xankəndi rayonunda bir kənd indi Siqnaq adlanır.Qıpçaq çölündə (Dəşti Qıpçaqda) yaşamış qıpçaqların paytaxt şəhərinin adı Suqnax idi.V.V.Bartolda görə, şəhər Orta Asiyada Ətrar şəhərindən 24 fərsəng aralıda idi.Bu şəhərin xarabalıqları Suqnak Kurqan adı ilə Sırdərya çayının sahilindədir.Azərbaycan Sacilər dövlətinin əsasını qoymuş Əbu Saç Divdad da əslən Suqnak şəhərindən idi.XII əsrdə qıpçaqların Gürcüstan ərazisinə köçürülməsi ilə əlaqədar şəhərin adı da gətirilmişdir.Qazax qəzasında Siqnax dağ və Siqnax Daş qışlaq,Şuşa qəzasında Siqnax kənd,Qars əyalətinin Kaqızman dairəsində Siqnax dağ adları ilə mənşəcə eynidir.
Siqnaxi
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sisəxt
Sisəxt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Dena şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,342 nəfər və 1,528 ailədən ibarət idi.
Sığnax
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sinaps
Sinapslar — neyronların (sinir hüceyrələrinin) digər neyronlara və ya əzələ və vəzi kimi orqanlara mesaj ötürməsinə imkan verən xüsusi qovşaqlardır. Hərəki neyron və əzələ hüceyrəsi arasındakı kimyəvi sinapsa sinir-əzələ qovşağı da deyilir. Sinaps termini ser Çarlz Skott Şerrinqton və onun həmkarları tərəfindən yunanca "sin-" (birlikdə, birlikdə) və "haptein" (qucaqlamaq) sözlərinin birləşməsindən yaranmışdır. Kimyəvi sinapslar mövcud olan yeganə bioloji sinaps növü deyil, elektrik sinapsları və immunoloji sinapslar da mövcuddur. Ancaq ümumi istifadədə sinapslar xatırlandıqda, kimyəvi sinapsı nəzərdə tutulur. Kimyəvi sinapslar sayəsində mərkəzi sinir sistemindəki neyronlar bir-biri ilə neyron şəbəkəsi yarada bilirlər. Buna görə də sinapslar qavrama və təfəkkür kimi zehni funksiyalar üçün mühüm rol oynayır. Bundan əlavə, sinir sisteminin bədənin digər orqanları ilə əlaqəsi sinapsların mövcudluğundan asılıdır. İnsan beynində çoxlu sayda kimyəvi sinaps var. Gənc uşaqlarda 1010–16 (10.000 trilyon) sinaps olduğu halda, bu rəqəm yaş artdıqca tərs şəkildə azalır və böyüklərdə sabitləşir.
Yalmar Şaxt
Horace Greeley Yalmar Şaxt (22 yanvar 1877[…] – 3 iyun 1970, Münxen) — alman bankir. Reyxsbankın sədri və nasist Almaniyasının iqtisadiyyat naziri.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sinam
SINAM (SINAM LTD) – Azərbaycanda proqram təminatı və sistem inteqrasiyası yığılması üzrə ən böyük şirkətdir. Şirkət bundan başqa Kür markalı kompüterlərin istehsalçısıdır. Şirkətin mərkəzi qərargahı Bakı şəhərində yerləşir. Şirkətin əsasını qoyan və hal-hazırkı rəhbəri Elçin Əliyevdir. Şirkətin əsası 1994-cü ildə Bakıda qoyulub. Şirkətin adı ingilis dilində olan sözlərin abbreviaturasından ibarətdir (SİNAM – Software development, Integration service, Network solutions, Automation and Control, Maintenance and support). 1997-ci ildə SİNAM Amerika Ticarət Palatasının üzvü olmuşdur. 2005-ci ildə SİNAM şirkəti Rabitə və İnformasiya Texnologiya Nazirliyi ilə birlikdə Mingəçevir şəhərində elektron məhsulları istehsal edən "KÜR" zavodunu təsis etmişdir. Müəssisə Cənubi Qafqaz və Mərkəzi Asiyada konveyer üsulu ilə kompüter istehsalı ilə məşğul olan ilk istehsalat müəssisəsidir. Şirkətin təsisçisi və hal-hazırkı rəhbəri Elçin Əliyevdir.
Sinar
Sinar (fr. Sinard) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38492. Kommunanın 1999-cu il üçün əhalisi 579 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 485 ilə 1005 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 28 km cənubda yerləşir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Sınaq
Test (ing. test sözündən) — yoxlama, sınaq, imtahan. Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur. Test sualları birqiymətli şəkildə düzgün, səhv və ya buraxılmış şəklində cavablandırılır. Tapşırıqların test formasında verilməsi üçün müəyyən tələblərə riayət edilməlidir: texniki təlimatların və metodiki göstərişlərin sınaq iştirakçıları üçün eyni olması, test tapşırığının məzmun və formasına uyğun təlimatların adekvatlığı, məntiqi ifadə tərzinin aydın, anlaşıqlı və lakonik şəkildə olması, test elementlərinin düzgün formada yerləşdirilməsi, test tapşırıqlarının fasetliyi, cavabların yerləşdirilməsi üçün cavab kartlarının hazırlanması, qəbul edilmiş forma çərçivəsində qiymətləndirmənin bircinsliyi. Testologiya – test sistemləri nəzəriyyəsi və praktikası haqqında elmdir. Testoloq – test sistemləri nəzəriyyəsinə bələd olan, müəyyən praktiki təcrübə keçmiş, müvafiq sertifikasiyaya malik pedaqoji diplomlu mütəxəssisdir. Test Bankı – Müxtəlif müəlliflər tərəfindən hazırlanmış, müəyyən məqsədlər üçün istifadə olunmuş, aprobasiyadan keçmiş, spesifik özəlliklərlə zənginləşdirilmiş, nizamlı şəkildə sistemləşdirilmiş test tapşırıqları və testlər toplusudur.
Etalon sınağı
Etalon sınağı – proqram və ya aparat təminatının məhsuldarlığını ölçmək üçün tətbiq olunan testlər kateqoriyasıdır. Aparaturanın etalon sınağı zamanı, avadanlığın hansısa parametrini (məsələn, sürətini) yoxlayan proqramlardan istifadə olunur. Proqram məhsullarının etalon sınağı, konkret məsələnin həlli zamanı proqramın səmərəliliyini, düzgünlüyünü və işləmə sürətini müəyyənləşdirməyə imkan verir. Sınaqdan keçirilən bütün proqramlar üçün eyni verilənlərdən istifadə edilir ki, nəticədə alınmış göstəriciləri müqayisə etmək və hansı proqramın hansı parametrə görə üstün olduğunu müəyyənləşdirmək mümkün olsun. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milqram sınağı
Ilk dəfə 1961-ci ildə Stanley Milgram tərəfindən "Avtoritetə tabe olma" (Obedience to authority) adlandırdığı psixoloji experimentini New Haven şəhərində aparmışdır. Bu experimentin əsas məqsədi insanların avtoritet qarşısında itaətikarlığın həddini yoxlamaq idi. Yoxlamada müəllim (experimentin əsas aparıcısı — L) tələbəni (oyuncu — S) verilən hər bir yanlış cavabda süni elektrik şok altına salır və experimentin əsas gedişatından isə sadəcə müəllimin xəbəri olmur. Experimentin labor aparıcısı (həmçin oyuncu — V) müəllimə əmrlər verir. Verilən hər bir yanlış cavabda elektrik şok qövvəsi artırılır. Bu experiment müxtəlif variantlarda əks olunub. Qeyd etmək lazımdır ki, avtoritetə tabe olma dedikdə S. Milgram aşağı statuslu şəxsin yüksək statuslu şəxsə tabe olmasını nəzərdə tuturdu. Elan vasitəsilə könüllülər kiçik ödəniş ($4.5) müqabilində yaddaş və öyrənmənin tədqiqinə aid təcrübədə iştirak etməyə dəvət olunurlar. Könüllü Yel Universitetindəki laboratoriyaya gəldikdə ona və digər şəxsə izah edirlər ki, müəyyən linqvistik materialın öyrənilməsində cəzanın rolu tədqiq olunur. İki nəfərdən biri "müəllim", digəri "öyrənən" rolu oynamalıdır.
Sinxay inqilabı
Sinxay inqilabı və ya 1911 Çin İnqilabı — Tzin sülaləsinin liderliyinə son qoydu və 1 yanvar 1912-ci ildə Çin Respublikasının qurulması ilə nəticələndi. İnqilab 2000 illik imperatorluq hakimiyyətinin sonunu və Çinin ilk respublika dövrünün başlanğıcını qoydu. 1842-ci ildə Birinci Tiryək Müharibəsində Qərbə ilk məğlubiyyətini yaşadıqdan sonra Tzin imperator məhkəməsi Çinə xarici müdaxilələri dayandırmaq üçün mübarizə apardı. Ənənəvi idarəetmə metodlarını tənzimləmək və islah etmək səyləri uğursuzlukla nəticələnirdi. 1860-cı ildə İkinci tiryək müharibəsindəki məğlubiyyətdən sonra Tzin, 1861-ci ildən etibarən Özünü Gücləndirmə Hərəkatı ilə müəyyən Qərb texnologiyalarını mənimsəyərək modernləşməyə çalışdı. Taypin (1851-64), Nian (1851-68), Yunnan (1856-68) və Dunqan (1862-77) qarşı müharibələrdə ənənəvi imperiya qoşunları özlərini səriştəsiz göstərdilər və məhkəmə yerli ordulara etibar edildi. 1895-ci ildə Çin Birinci Çin-Yapon müharibəsi zamanı növbəti məğlubiyyətə uğradı. Bu, ənənəvi Çin feodal cəmiyyətinin texnoloji və ticarət inkişaflarında uğur qazanacağı təqdirdə də modernləşdirilməli olduğunu göstərdi. 1898-ci ildə, Guangxu İmperator kimi islahatçılar rəhbər idi Kang Youwei və Liang Qichao altında təhsil, hərbi, və iqtisadiyyatda köklü islahat qarşı yüz günləri 'İslahat . İmparatoriça Dowager Cixinin rəhbərlik etdiyi mühafizəkar çevriliş nəticəsində islahat birdən ləğv edildi.
Siqnaxi bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
İbrahim Şinasi
İbrahim Şinasi (1826 - 13 sentyabr 1871) — Osmanlı dövləti zamanında İstanbul şəhərində doğulan jurnalist, şair və dramaturq. Şinasi XIX əsr yeni türk ədəbiyyatının yaradıcılarındandır. O, eyni zamanda Türkiyədə jurnalistikanın qabaqcıl nümayəndələrindən, fransız dilindən olunan mənzum tərcümələrin, ilk səhnə əsərlərinin müəlliflərindən biridir. İbrahim Şinasi 1824-cü ildə İstanbul ətrafında yerləşən Topxanada anadan olmuşdur. Atası 1828-ci ildə rus-türk müharibəsində həlak olmuşdur. Bundan sonra ailənin bütün qayğısını çəkmək Şinasinin anasının üzərinə düşür. O, oğlunun təhsilinə xüsusi maraq göstərir. Buna görə də İbrahimi Topxanadakı məhəllə məktəbinə qoyur. Təhsilini başa vurduqdan sonra atasının dostları Şinasini Topxanada dövlət dairələrindən birində yazı işləri bürosuna işə düzəldirlər. Bura avropasayağı bir yer idi.
Mala Sinxa
Mala Sinha (ing. Mala Sinha; 11 noyabr 1936, Kəlkətə, Britaniya Hindistanı) — hind kino aktrisası. == Həyatı == Mala Sinha 11 noyabr 1936-cı ildə Kəlküttədə anadan olub. Kino fəaliyyətinə 1952-ci ildə başlayıb. Onu məşhurlaşdıran rol isə Toz içində çiçək filmində Mina rolu olub.
Memar Sinan
Memar Sinan və ya Böyük Memar Sinan Ağa (Sinaneddin Yusuf – Abdulmennan oğlu Sinan) (Osmanlı Türkcəsi: قوجه معمار سنان آغا) (təq. 1490 – 17 iyul 1588, Konstantinopol) — Osmanlı memarıdır. Mənbələrə görə Sinan, I Səlim sultan olduqdan sonra başlanılan və Rumelidə olduğu kimi Anadoludan da əsgər toplanmasını irəli sürən yeni bir tətbiqata görə 1512-ci ildə İstanbula gətirildi. Orduya əsgər hazırlayan Əcəmi Oğlanlar Ocağına verildi, 1514-cü ildə Çaldıran döyüşündə, 1516–1520-ci illər arasında da Misir səfərlərində iştirak etmişdir. İstanbula dönüncə Yeniçəri Ocağına qəbul olundu. I Süleyman Qanuni dövründə 1521-ci ildə Belqrad, 1522-ci ildə Rodos səfərlərinə qatılmış və zabit rütbəsi almışdır. 1526-cı ildə qatıldığı Mohaç səfərindən sonra baş mühəndis oldu. 1529-cu ildə Vyana, 1529–1532-ci illər arasında Almaniya, 1532–1535-ci illər arasında da İraq, Bağdad, Təbriz səfərlərində iştirak etmişdir. Bu son səfər ərəfəsində Van gölünün üstündən keçəcək olan üç gəminin təmir işlərini müvəffəqiyyətlə yerinə yetirməsinə görə Ona "haseki" ünvanı verilmişdir. 1536-cı ildə Pulya səfərlərinə qatıldı.
Osman Sınav
Osman Sınav (1956, Burdur, Türkiyə) — Türk rejissor, senarist və reklam yazıçısı. Məşhur Dəli ürək və Qurdlar Vadisi seriallarının rejissoru olub. Osman Sınav 1956-cı ildə Türkiyənin Burdur şəhərində anadan olub. 1975-ci ildə İstanbul Dövlət Gözəl Sənətlər Akademiyasının Rəsm fakültəsini bitirən Sınav, Tekstil dizaynı ilə də maraqlandığı üçün 1977-ci ildə həmin məktəbin Tətbiqi Sənətlər Liseyinin Tekstil dizaynı şöbəsinə daxil olub. İstanbul Dövlət Gözəl Sənətlər Akademiyası Kino və Televiziya İnstitutunda da təhsil alan Sınav, 1979-cu ildə məzun olub. Peşəkar karyerasına Man Ajans-da mətn yazarı kimi başlayan Sınav, reklamçılıq karyerasına daha sonra 1980–1984-cü illərdə Qrafika Lintas adlı ajansda davam edib. Mətn yazarlığı ilə yanaşı, yaradıcı qrupun prezidenti olan Sınav, 1984-cü ildə Sinegraf Film şirkətini qurdu. Yazdığı 500-ə yaxın reklam filmi və kampaniya ilə uzunmüddətli reklam təcrübəsinə 1987-ci ildə son qoyan Sınav, artıq sadəcə kino proyektləri üzərində çalışmaq istəyirdi. Televiziya serialları və uzun metrajlı filmləri başladan rejissor, həmin il baş rolları Haluk Qurdoğlu və Alov Sezərin olduğu Bir Məhərrinin ölümü adlı telefilm üçün kamera arxasına keçib. Daha sonra 1989-cu ildə İlhami Algörlə ssenarisini yazdıqları Hünkarın Bir Günü gəldi.
Pencak silat
Pencak silat — İndoneziyanın milli idman növü. Pencak silat heç də yalnız idman deyil, o, eyni zamanda, insana öz nəfsini necə idarə etməyi və həyatını necə qorumağı öyrədir. Bu idman növü İndoneziyada rəsmi olaraq 800 döyüş sənəti məktəbində və 13000 adada yayılmışdır. Bütün ölkədə yayılmağına baxmayaraq, bu döyüş növünün adı iki vilayətdə istifadə edilən iki termindən ibarətdir. Qərbi Yavada "pencak" sözü və onun dialektik növü "penca", Yava, Madura və Bali dialektində isə "mancak" növü yayılmışdır. Sumatrada isə "silat" və "silet" növü yayılmışdır. 1948-ci ildə İndoneziya vahid dövlət olduqdan sonra bütün bu ədəbi ifadə növləri onun ümumi terminologiyasında İkatan Pencak Silat İndonesia (qısaca İPSİ, azərb. İndoneziya Pencak Silat Cəmiyyəti‎) idarəsi tərəfindən birləşdirilmişdir. 1973-cü ildə isə müxtəlif məktəblərin nümayəndələri və stilistlər rəsmən "pencak silat" adının rəsmi söhbətlərdə işlənməsinə qərar verdilər. Baxmayaraq ki, indiki zamana qədər bəzi yerlərdə hələ də orijinal deyilişi qalmaqdadır.
Rinat Abdaşov
Rinat Abdaşov - Azərbaycan əsilli veteran futbolçu. Karyerası ərzində mərkəz müdafiəçisi mövqeyində çıxış etmişdir.
Rinat Hüseynov
Rinat Əhmədov
Rinat Əhmədov — məşhur Donetsk biznesmeni, milyarder, Ukraynanın ən varlı insanı; Şaxtyor futbol klubunun və "Sistem Kepital Menecment" şirkətinin sahibi və Ukrayna Ali Radasının Regionlar Partiyasından olan deputatıdır. 2001-ci ildə Donetsk Milli Universitetindən məzun olmuşdur.