David Anaxt və ya Məğlubedilməz David[1] (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi.[2]
David Anaxt | |
---|---|
erm. Դավիթ Անհաղթ | |
Doğum tarixi | VI əsr |
Vəfat tarixi | VI əsr |
Əsas maraqları | fəlsəfə, epistemologiya, məntiq, Din fəlsəfəsi |
Təsirlənib | Platon, Aristotel, Pifaqor |
Vikianbarda əlaqəli mediafayllar |
David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir.[1]