Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şıqqıldaq böcəklər
Şıqqıldaq böcəklər (lat. Elateridae) Azərbaycanda şıqqılad böcəklər fəsiləsinin bir çox cinsləri və növləri yaşayır. Kənd təsərrüfatı bitkiləri üçün şıqqıldaq böcəklərin yetkin fərdləri qorxulu deyildir. Ancaq onların torpaqda yaşayan məftil qurdları adlanan sürfələri müxtəlif bitkilərin toxum və cücərtilərinə, kök sisteminə böyük zərər vurur. Böcəklərin bədəni uzunsov və bir qədərdə yastıdır. Onların qabaq kürəciyinin dal künclərindən axıra doğru yönəlmiş ucları şiş bir cüt çıxıntı vardır. Ayaqları qısa, pəncələri 5 buğumludur. Böcəklərin qabaq döşündə alt tərəfdən barmaq şəkilli kiçik çıxıntı orta döşdə isə çökəkcik vardır. Onlar arxası üstə düşdükdə bu çıxıntını çökəkciyin içinə salıb, böcək əyilir və tullanaraq üzü üstə düşür. Bu zaman ön döşün çıxıntısı orta döşün çüxuruna burulur və şıqqıltıya bənzər səs alınır ki, böcəyin adı da buradan götürülmüşdür.
Şaqqıldaq
Şaqqıldaq (lat. Colutea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Şaqqıldağın növləri Avrasiyanın mülayim iqlimə sahib olan bölgələrində (Mərkəzi və Şərqi Avropa, Kiçik və Orta Asiya, Qafqaz və Zaqafqaziya) yayılmışdır.
Ağacvari şaqqıldaq
Ağacvari şaqqıldaq (lat. Colutea arborescens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Mərkəzi Avropada, Aralıq dənizinin qərb sahillərində, Kiçik Asiyada, Şimal-qərbi Afrikada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 5 m olan ağac və ya koldur. Yarpaqları yumurtavari, ellipisvari və ya geniş ovalşəkilli olub, 6-14 sm uzunluğunda, rəngi yaşıl, 4-6 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 3 sm uzunluğunda, 1,5 sm enində, yumurtavari-ellipsvari və ya geniş, ovalşəkillidir. Ucu küt, üzəri çılpaq, uc hissəsi oyuqsuzdur. Salxımları 4-8 çiçəkli olub, çiçəyin kasacığı dişicik sütuncuğundan 2-3 dəfə qısa, çiçək tacı böyük, qızılımtıl-sarı rəngdədir. Yelkəni tünd qırmızı damarlıdır. Qayıqcığa bərabər və ya ondan qısadır.
Kilikiya şaqqıldağı
Kilikiya şaqqıldağı (lat. Colutea cilicica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa və Balkan yarımadalarında yayılmışdır. == Botaniki təsviri == 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir.
Komarov şaqqıldağı
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda dar bir arealda yayılmışdır. == Botaniki təsviri == Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Qafqaz şaqqıldağı
Şoranlıq toppuzlusu (lat. Sphaerophysa salsula) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin toppuzlu cinsinə aid bitki növü.
Şərq şaqqıldağı
Şərq şaqqıldağı (lat. Colutea orientalis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. Yabanı halda Şərqi və Cənubi Qafqazda yayılmışdır. Hündürlüyü 1–3 m-ə çatan koldur. Yarpaqları 5-7 sm uzunluğunda, 4-5 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları dəyirmi və enli, tərs-yumurtavaridir. Qaidəsi pazvari, çılpaq, uzunluğu 15–20 mm, eni 11–13 mm-ə yaxındır. Göyümsov, yaşıldır. May-iyun aylarında çiçəkləyir. Hər salxımda 2-4 ədəd çiçək yerləşir.