Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəfəqnur xanım
Şəfəqnur xanım (d. 1833 — ö. 17 mart 1884) — Osmanlıların Misir və Sudan hakimi, ilk Misir xədivi İsmayıl Paşanın xanımı, Tofiq Paşanın anası, Misirin Validə Paşası. == Həyatı == === İlk illəri === 1833-cü ildə dünyaya gələn Şəfəqnur xanımın əsli və saraya necə alındığı barədə məlumat yoxdur. Ancaq onun İsmayıl Paşanın anası Hoşyar xanımın xidmətçilərindən olduğu məlumdur. Cütlüyün yeganə övladı Mehmed Tofiq, İsmayıl Paşanın ən böyük oğlu olaraq 30 aprel 1852-ci ildə Qahirədəki Manial sarayında dünyaya gəldi. İsmayıl Paşanın daha öncə 3 ayrı xanımla nikah bağlamasına baxmayaraq, Şəfəqnur xanımın onun vəliəhdini dünyaya gətirməsi və vaxtilə anasının xidmətində olması ona digərlərindən daha üstün yer qazandırmışdı. Vəliəhd olan oğlunun doğumundan sonra rəsmi sənədlərdə "Validə qadın" olaraq anılmağa başlandı. Nəhayət 1866-cı ildə vəliəhd anasıyla evlənməylə bağlı Misir qanununa əsasən, İsmayıl Paşa Şəfəqnur xanımla rəsmi nikah bağladı. Nigahın ardından "dördüncü xanım" ünvanı alan Şəfəqnur xanım oğluyla birlikdə Əl-Qübbə sarayına daşındı.