Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sənətkar
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
"Sənətkar" medalı
"Sənətkar" medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur.
Sənətkar (jurnal)
"Sənətkar" jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik jurnalı == Tarixi == "Sənətkar" jurnalı XX əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. 1969-cu ildə fəaliyyətə başlamışdır. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. 10 illik fasilədən sonra jurnal Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşri bərpa olunmuşdur. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. == 40 illik yubileyi == 2010-cu il avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak etmişdirlər. Jurnalın redaksiyası 40 illik ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirmişdir. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur.
Həmişəyaşar sənətkar... Əli Zeynalov (film, 2015)
Həmişəyaşar sənətkar... Əli Zeynalov — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Əli Zeynalovun xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Sən həmişə mənimləsən", "Antoni və Kleopatra" teatr tamaşalarının, "Kölgələr sürünür", "Bir qalanın sirri", "Səhər", "Leyli və Məcnun", "Xoşbəxtlik qayğıları", "Üzü küləyə", "Birisigün, gecəyarısı...", "Üzeyir ömrü", səsləndirdiyi "O olmasın, bu olsun", "Uzaq sahillərdə", "Möcüzələr adası", "Mən ki gözəl deyildim" filmlərinin, eləcə də Azərbaycan Radiosunda "Nəsimi" radiotamaşasının və Azərbaycan Televiziyasında "Köhnə dəbli komediya" televiziya tamaşasının kadrlarından istifadə edilmişdir.
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev (film, 2014)
Ürəklərdə yaşayan sənətkar. Lütfəli Abdullayev filmi rejissor Sənan Sultanov tərəfindən 2014-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Məhəmməd Samiroğlu və Mikayıl Əjdəroğlu ifa edirlər. == Məzmun == Film öz dövrünü ləyaqətlə yaşamış, xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Lütfəli Abdullayevin həyat və yaradıcılığından bəhs edir. == Film haqqında == Film xalq artisti Lütfəli Abdullayevin 100 iliyinə həsr olunmuşdur.