SƏNƏT
SƏNƏTKAR
OBASTAN VİKİ
Sənətçi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940). Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub. Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Yekaterina Volkova (sənətçi)
Nadir Hüseynov (sənətçi)
Nadir Hüseynov — Azərbaycanın tanınmış aktyoru və bədii qiraətçi, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən, Azərbaycanın əməkdar müəllimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Nadir Qəribağa oğlu Hüseynov 1952-ci il aprel ayının 25-də Salyanın (indiki Neftçala) Qırmızıkənd kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakültəsinə daxil olub. İnstitutu bitirdikdən sonra bir müddət Lənkəran Dövlət Teatrında işləyib. 1977-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki Tədris teatrında aktyor işləyib, sonra isə “Səhnə danışığı” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. Nadir Hüseynovun ilk uğuru 1975-ci ildə Lelinqradda keçirilən Ümumittifaq bədii qiraətçilər müsabiqəsindən başlayıb. O, bu müsabiqənin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov televiziya verilişləri, yubileylər, tədbirlər də aparıcı olub. Xüsusilə də Azərbaycan Dövlət Televiziyasında “Ozan” folklor toplusu verilişinin aparıcı olub, O bir mütəxəssis müəllim kimi uzun müddətdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Səhnə danışığı" fənnini tədris edir. Ölkənin tanınmış sənət xadimlərinin müəllimi olub.
Akif Musayev (sənətçi)
Akif Hacıbaba oğlu Musayev (26 iyun 1942) — film direktoru, icraçı prodüser, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000) və əməkdar incəsənət xadimi. == Həyatı == Akif Musayev 26 iyun 1942-ci ildə anadan olub. Əməkdar incəsənət xadimidir.
Həsən Həsənov (sənətçi)
Həsən Həsənov (7 iyul 1950, Faxralı, Bolnisi rayonu – 6 aprel 2021, Bakı) – Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi (2011). == Həyatı == Həsən Nəsib oğlu Həsənov 1950-ci il iyul ayının 7-də Gürcüstanın Bolnisi rayonunun (Borçalı mahalının) Faxralı kəndində anadan olub. 1957-ci ildə Faxralı kəndində orta məktəbə gedib, 1968-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Bakı şəhər 1 nömrəli texniki peşə məktəbinə daxil olub. 1970-ci ildə peşə məktəbini fərqlənmə diplomu ilə bitirib, 6-cı dərəcəli çilingər peşəsinə yiyələnib. 1970-ci ildə Bakı Kitabxanaçılıq texnikumunun Mədəni Maarif şöbəsinin "Öz fəaliyyət teatr kollektivinin rəhbəri" fakultəsinə daxil olub. 1971-ci ildə həqiq hərbi xidmətə çağırıldığı üçün təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Hərbi xidət illərində SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş həvəskar sənət müsabiqəsində iştirak etmiş, laureat nişanı ilə təltif olunmuşdur. Hərbi xidməti bitirdikdən sonra Bakıya gəlib təhsilini davam etdirib və texnikomu fərqlənmə diplomu ilə bitirib. Texnikumda oxuduğu illərdə Əbilov adına Mədəniyyət evinin xalq teatrının truppasına daxil olub.
Anar Şuşalı (kino sənətçisi)
Anar Şuşalı (tam adı: Həsənov Anar Bəybala oğlu; 1982, Stepanakert) — prodüser, redaktor. == Həyatı == Anar Şuşalı 1982-ci ildə Xankəndi şəhərində anadan olub. 1989-cu ildə Şuşa şəhər 4 N-li orta məktəbə gedib. 1992-ci il may ayının 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra məcburi olaraq Mingəçevir şəhərinə, ordan isə Bakı şəhərinə köçüb. Orta məktəbini Bakıda fəaliyyət göstərən Ağdam rayon 42 saylı məktəbdə davam etdirib. 2000-ci ildə məktəbi bitirib. Elə həmin il Azərbaycan İctimai-Siyasi Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Qiyabi təhsil aldığı üçün 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib. 2005-ci ildə universiteti fərqlənmə diplomi ilə bitirib.
Anar Əliyev (film sənətçisi)
Anar Əliyev — aktyor, rejissor, prodüser. == Həyatı == Anar Əliyev 1984-cü il yanvar ayının 8-də Bakı şəhərində anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Kinoşünaslıq ixtisası üzrə təhsil alıb. Universiteti ferqlenme ile bitirdikden sonra 2000-ci ildən televiziya kanallarının bir çox verilişlərində redaktor, müxbir, prodüser vəzifələrində çalışıb. Həmçinin ilk dəfə "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə Polşa kinematoqrafçılarının istehsalı olan "Yaz ərəfəsində" filmi ilə başlayıb.
Rasim İsmayılov (kino sənətçisi)
Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi, kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976). Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır. 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb. 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur. 5 may 2004-cü ildə vəfat edib. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 dekabr 1976 Azərbaycan SSR Dövlət mükafatı — 1978 ("Sevinc buxtası" bədii filminə görə) Adi əhvalat (film, 1991) Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-quruluşçu operator Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rejissor, quruluşçu operator Arxada qalmış gələcək (film, 2004) Arzu yolu ilə (film, 1964) Asif, Vasif, Ağasif (film, 1983) Babək (film, 1979) Cazibə qüvvəsi (film, 1964) Daha iki nəfər (film, 1965) Danışan işıqlar (film, 1965) Dədə Qorqud (film, 1975) Dörd bazar günü (film, 1975) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Fransa qəhrəmanı (film, 1975) Gün keçdi (film, 1971) Xoşbəxtlik qayğıları (film, 1976) İmadəddin Nəsimi (film, 1973) İşgüzar səfər (film, 1982) Kinorejissor Arif Babayev (film, 2000) Qırmızılar, qaralar və başqaları (film, 1969) Mahnı qanadlarında (film, 1972) Mavi ekranın yolları (film, 1966) Məndə sığar iki cahan... (film, 1973) Möcüzələr adası (film, 1978) Nabran (film, 1975) Nəsimi (film, 1973) Rasim İsmayılov.
Tahir Bağırov (kino sənətçisi)
Tahir Məmməd oğlu Bağırov (1 yanvar 1951) — Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). Tahir Məmmədoğlu Bağırov 1 yanvar 1951-ci ildə anadan olmuşdur. O, 1975-ci ildən bu günə kimi Azərbaycan film kinostudiyasında İşıq şefi vəzifəsində çalışmışdır. İndiyə qədər bir çox Azərbaycan filmlərinin yaradıcı heyəti olub. Film İşıqlandırma sənətinin ustası sayılır. Azərbaycan dövlət Mədəniyyət və İncəsənət Universitenin birçox Rejissor, kinooperator tələbərinə işıq üzrə praktiki dərslər keçmişdir. 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Əsəd Əsədov (kino sənətçisi)
Əsəd Əsədov (1 mart 1947, Bakı – 23 sentyabr 2023) — Səs operatoru, səs rejissoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Əsəd Fərrux oğlu Əsədov 1 mart 1947-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib (1970). 100-ə yaxın bədii və sənədli filmin, "Mozalan" satirik kinojurnalının 150-dən çox süjetinin səs rejissorudur. "Yaramaz" filminə görə dövlət mükafatı (1991), "Ailə" filmindəki işinə görə "ən yaxşı səs rejissoru" nominasiyasında "Qızıl Çıraq" mükafatına layiq görülüb (2003). Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Dövlət Mükafatı laureatıdır. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. 23 sentyabr 2023-cü ildə Bakıda vəfat etmişdir. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129) 777 №-li sexdə (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47) Abşeronda subtropik bitkilər (film, 1991) (qısametrajlı sənədli film) Adı Günəşlidir...
Nadir Əliyev (film sənətçisi)
Nadir Əliyev (5 avqust 1952, Bakı) — film direktoru, direktor müavini, icraçı prodüser, inzibatçı, ikinci rejissor. Nadir Əliyev 1952-ci ildə Bakıda anadan olub. 1970-ci ildən kino sahəsində fəaliyyət göstərən Əliyev, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kino direktor fakültəsində təhsil alıb. Kinoya olan marağı uşaqlıq illərinə təsadüf edən direktorun izlədiyi "Uzaq sahillərdə" filmi onu bu sahəyə yönəlməyə sövq etmişdir. Uzun müddətdir "Azərbaycanfilm" kinostudiyasında çalışır. Xarici film istehsalçılarının "Qafqaz rəsmləri" (2000, rejissor Ştefan Tolts / Almaniya) filminin direktoru, "Yaz ərəfəsi" (2001, rejissor Filip Bayon / Polşa, Fransa) filminin direktoru, "Dronqo" (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialının icraçı prodüseri, "Rus tərcüməsi" (2006, rejissor Aleksandr Çernyayev) serialının direktoru, "Sovet dövrünün parkı" (2006, rejissor Yuli Qusman / Rusiya) filminin icraçı prodüseri və aktyoru, "Vəsiyyət ilə nikah" (2009, rejissor Vasili Serikov) serialının direktoru kimi çalışıb. 2005-ci ildə "Əməkdar mədəniyyət işçisi" adına layiq görülmüşdür. 1001-ci qastrol (film, 1974) Axınla aşağı (film, 2014) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — film direktorunun müavini Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Bəyin oğurlanması (film, 1985) Bir ailəlik bağ evi (film, 1978) Bircəciyim (film, 1986) De ki, məni sevirsən! (film, 1977) Dəvətnamə (film, 1989) Dolu (film, 2012) Dronqo (serial, 2002) Günaydın, mələyim! (film, 2008) Günlərin bir günü...

Значение слова в других словарях