SƏHLƏNKAR

sif. [ ər. səhlən və fars. …kar] Tapşırılan işə, vəzifəyə, tapşırığa laqeyd, soyuq baxan; diqqətsiz, qeydsiz, başısoyuq. Səhlənkar adam.
– Qızyetərin işi bilməsi və möhkəm durub səhlənkar traktorçu ilə sinə-sinəyə verməsi [Rüstəmin] xoşuna gəlmişdi. M.İbrahimov.

// İs. mənasında.
Əlbəttə, səhlənkarı məsuliyyətə almaq lazımdır. S.Rəhimov.

Синонимы

  • SƏHLƏNKAR səliqəsiz
  • SƏHLƏNKAR başısoyuq — diqqətsiz
  • SƏHLƏNKAR səhlənkar bax laqeyd

Антонимы

  • SƏHLƏNKAR SƏHLƏNKAR – MƏSULİYYƏTLİ Mənim səhlənkar başımı kəs! (Mir Cəlal); Məsuliyyətli adamdır (M.İbrahimov)
SƏHLƏB
SƏHLƏNKARLIQ

Значение слова в других словарях