Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aradan
Aradan — İranın Simnan ostanının şəhərlərindən və Aradan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,959 nəfər və 1,380 ailədən ibarət idi.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Aradan şəhristanı
Aradan şəhristanı — İranın Simnan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Aradan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 15,418 nəfər və 4,437 ailədən ibarət idi.
Məni yaradan alim
Şarada (film, 1963)
"Şarada" (ing. Charade) — rejissor Stenli Donenin filmi. Recina Lempert adlı gənc qadın nikahda o qədər də xoşbəxt deyil və boşanmaq istəyir. Qış kurortundan Parisə – YUNESKO-da sinxron tərcüməçi işlədiyi yerə qayıdarkən, ərinin öldürüldüyünü eşidir. Onun meyitini qatardan atmışdılar. Lakin əri bu hadisəyə qədər bütün əmlakını 250 min dollara satmışdı. Amerika səfirliyinin əməkdaşlarından biri olan Bartolomyu onu bu qara işin təhlilinə cəlb edir. Demə, Recinanın ərinin keçmiş iş yoldaşları bu pulları əldə etmək istəyirlər. Recina istirahət zamanı tanış olduğu amerikalı Piter Coşuanın dəstək və köməyilə böyük bir təhlükə altında bu işə girişir. Tezliklə fırıldaqçıların özləri ortaya çıxırlar.
Bəs Yaradan ölmüşdü? (kitab)
Bəs Yaradan ölmüşdü? (ing. The Case for a Creator) — Li Strobelin kitabı. Kitab 2004-cü ildə Amerikada nəşr olunub və nəşr olunduğu tarixdən indiyədək gündəmdən düşməyib. Əsər dünyanın bir çox dillərinə tərcümə olunub. New York Times jurnalının bestsellerlər siyahısında yer almış bu kitabın müəllifi Li Strobel ixtisasca hüquqşünas, jurnalistdir və bir çox mükafatların laureatıdır. == Məzmun == "Elm kainatın şüurlu bir yaradanı olması barədə illüziyaların hamısını darmadağın edib" – ən azından, Li Strobel belə düşünürdü. Lakin son illər ərzində kainatın Üstün Zəka tərəfindən yaradıldığını təsdiq edən çoxlu sayda maraqlı elmi nailiyyətlər ortaya qoyulub. Deməli, alimlər Yaradanı kəşf ediblər? Li Strobel nə vaxtsa onu Tanrıdan uzaqlaşdırmış elmi nəzəriyyələri araşdırmağa başlayır və bu məqsədlə müxtəlif sahələrin tanınmış alimləri ilə müsahibələr aparır.
Haradan başlamalı (Hacı Şahin)
Haradan başlamalı — Hacı Şahinin ilk kitabı. Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır. "Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilib. == Məzmun == Müasir insan, nəzəri müzakirələrdən, diktəedici tonla yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona, daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahinin qələmə aldığı bu kitabda, usanmış insana, həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir.
Beynəlxalq gərginliyin aradan qaldırılması
Beynəlxalq gərginliyin azaldılması (mediada və xarici ədəbiyyatda - detent adlanır) — sosialist və kapitalist düşərgələri ölkələri arasında qarşıdurmanın aqressivliyini azaltmağa yönəlmiş siyasət. Termin fr. détente-dən gələn kalkadır,lakin 1960-cı illərin sonundan (nüvə paritetinin əldə edildiyi zaman) 1970-ci illərin sonlarına qədər SSRİ ilə ABŞ arasındakı münasibətlərdə siyasi proseslərə münasibətdə tez-tez istifadə olunur. “Beynəlxalq münasibətlərin istiləşməsi” termini beynəlxalq münasibətlərin əvvəlki dövrünə tətbiq edilir, çünki silahların bərabərsizliyini nəzərə alaraq münasibətlərdə “gərginliyin azaldılması” ağlasığmaz idi. 1969-1979-cu illər iki sistem arasında qarşıdurmanın intensivliyinin azalması və SSRİ ilə Qərb arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi ilə xarakterizə olunur. Sovet lideri Brejnev ABŞ prezidentləri Nikson, Ford və Cimmi Karter, Fransa prezidentləri Corc Pompidu və (xüsusilə) Valeri Jiskar d'Esten, Almaniya kansleri Brandt və Şmidtlə yaxşı münasibətlər qurur. SSRİ ilə Qərb arasında münasibətlərdə yeni pisləşmə 1979-cu ildə sovet qoşunlarının Əfqanıstana daxil olması ilə baş verdi və 1987-ci ilə qədər davam etdi. Sonra “yeni siyasi təfəkkür” mərhələsi başladı və bu, nəticədə Soyuq müharibənin sona çatmasına səbəb oldu.
Arxadan vurulan zərbə (film, 1977)
Arxadan vurulan zərbə filmi rejissor Arif Babayev tərəfindən 1977-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. Filmə SSRİ-də 17 milyon adam baxıb. Əsas rolları Şahmar Ələkbərov, Adil İsgəndərov, Yusif Vəliyev, Hamlet Xanızadə, Amaliya Pənahova, Akif Əli və Rasim Balayev ifa edirlər. == Məzmun == Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) cinayətkarı tapmaq üçün uzun axtarışlar aparmalı olur. Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar. == Film haqqında == Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub. Film ali kateqoriyaya layiq görülüb.
Məni yaradan alim (film, 2020)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası
Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası — Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb. == Tarixi == Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi.
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?
“Biz haradan gəlmişik? Biz kimik? Biz hara gedirik?" (fr. D’où venons nous? Que sommes nous? Où allons nous?) — Pol Qogenin ən məşhur rəsmlərindən biri. 1897-1898-ci illərdə Taitidə yaradılmış bu əsər hal-hazırda ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Təsviri sənət muzeyindədir . == Tarixi == Pol Qogen 1891-ci ildə Taitiyə doğma Fransadan daha təbii və sadə bir cəmiyyət axtarmaq üçün gəlmişdi. Fərdi mifologiyasını ifadə edən bir neçə başqa rəsm əsəri ilə yanaşı, o, bu rəsmə 1897-ci ildə başlamış və 1898-ci ildə tamamlamışdır. Rəssamın özü bu əsərini fikirlərinin ülvi zirvəsi hesab edirdi.
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Nüvə Silahlarının Tamamilə Aradan Qaldırılması üçün Beynəlxalq Kampaniya
Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (ing. : International Campaign to Abolish Nuclear Weapons-ICAN), 2007-ci ildə Melbourne, Avstraliyada yaradılmış və Nüvə Silahlarının Qadağası Müqaviləsinin icrası üçün fəaliyyət göstərən beynəlxalq mülki koalisiya. ICAN 2007-ci ildə fəaliyyətə başlamış və 2019-cu ilə kimi 103 ölkədə 541 tərəfdaş təşkilatı özündə birləşdirmişdir.
Sarmaşan doqquzdon
Sarmaşan doqquzdon (lat. Lonicera periclymenum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Adi sarağan
Parik ağacı (lat. Rhus cotinus) - sumaq cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1–4 m olan, qabığı xırda çatlı kol,bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir. Çiçəkləmədən sonra çiçək saplaqları uzanır və uzun, pırpızlaşmış qırmızımtıl tükcüklərlə örtülür. Meyvəsi tərs yumurtavari, quru meyvəyanlıqlı çəyirdəkdir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvə verir. == Mənşəyi və yayılması == Sarağan kserofil coğrafi tipinin aralıdənizi sinfinin aralıq dənizi qrupuna aiddir.Apalıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Çin, Himalay, Yaponiya və Qafqazda yayılmışdır.Azərbaycanda sarağan Böyük və Kiçik Qafqazın bütün rayonlarında, Kür düzənliyində və Naxçıvanda arandan aşağı dağ qurşağına kimi(dəniz səviyyəsindən 900 m qədər) bitir. == Ekoloji qrup və bitdiyi yerlər == Kserofitdir, dağ-kserofit bitkilik tipində rast gəlir.
Saralan (Urmiya)
Saralan (fars. ‎‎سارالان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 319 nəfər yaşayır (89 ailə).
Sarayan şəhristanı
Sarayan şəhristanı- İranın Cənubi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sarayan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 34,636 nəfədən ibarət idi.
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.