Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası

Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö KonvensiyasıMisirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvinə səbəb olan beynəlxalq konvensiya. Konvensiya 8 may 1937-ci ildə bağlanmışdır. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliyaİsveç hökumətləri tərəfindən imzalanıb. O, 1937-ci il oktyabrın 15-də qüvvəyə minib və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alınıb.[1]

Misirdə Kapitulyasiyaların aradan qaldırılmasına dair Montrö Konvensiyası
İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyası
İmzalanma tarixi 8 may 1937-ci il
İmzalanma yeri Montrö, İsveçrə
Qüvvəyə minməsi 15 oktyabr 1937-cı il
 • şərtləri Misirdə əcnəbilər üçün kapitulyasiya kimi tanınan ekstraterritorial hüquq sisteminin ləğvi
İmzalayanlar  Misir
 İngiltərə
 ABŞ
 Fransa
 Yunanıstan
 Belçika
 Danimarka
 İspaniya
 İtaliya
 Efiopiya
 Niderland
 Norveç
 Portuqaliya
 İsveç
Status beynəlxalq
Dili fransız

Kapitulyasiya sistemi XIX əsrdə Misir xidivliyi dövründə xarici qüvvələrin təzyiqi nəticəsində tətbiq edilib. Bundan öncə isə Misir ərazisində Osmanlı imperiyası kapitulyasiyaları qüvvədə idi. Birinci Dünya müharibəsindən sonra Misirdə millətçilik dalğası yarandı. Yeni yaradılmış Vəfd Partiyasının dəstəklədiyi hökumət Misirə nəzarət edən İngiltərə hökumətindən kapitulyasiya sisteminin ləğvi tələblərini artırdı. Onlar həmçinin əcnəbilərin yerli Misir hüquq sisteminə tabe olması tələbini irəli sürürdü. Nəticədə, 1920-1921-ci illərdə bir neçə xarici konsulluq məhkəmələri ləğv edildi, onların vətəndaşları isə Britaniya konsulluq yurisdiksiyasına verildi. Bu, Misir hökumətinin kapitulyasiyaların tamamilə ləğvi ilə bağlı tələblərini təmin etmədi.

1936-cı il İngiltərə-Misir Müqaviləsinin bağlanmasından sonra Misirdə kapitulyasiyaların ləğvi ilə bağlı danışıqlara başlayanda yeni bir fürsət yarandı. Bu, konvensiyanın bağlanmasına səbəb oldu.[2]

Bağlanılması və şərtləri

[redaktə | mənbəni redaktə et]

Konvensiya 8 may 1937-ci ildə İsveçrənin Montrö şəhərində imzalandı. Onu Misir, ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İspaniya (vətəndaş müharibəsi zamanı respublika tərəfi), Fransa, Yunanıstan, İtaliya, Efiopiya, Norveç, Hollandiya, Portuqaliya və İsveç hökumətləri imzaladı. 1937-ci il oktyabrın 15-də qüvvəyə mindi və həmin gün Millətlər Liqasının Müqavilə Seriyasında qeydə alındı.[2]

Müqavilə kapitulyasiyaların tamamilə ləğvini və əcnəbilərin Misirdə yerləşdirilməsini Misir hüquq sistemi altında həyata keçirilməsini nəzərdə tuturdu. Konsulluq məhkəmələrinin ləğvi üçün təyin olunan tarix 12 illik keçid dövründən sonra 1949-cu il oktyabrın 15-inə qədər olmalı idi.[2]

  1. League of Nations Treaty Series, vol. 182, pp. 38–103.
  2. 1 2 3 "League of Nations Treaty Series, I. Convention regarding the Abolition of the Capitulations in Egypt;". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]