Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şayəstə Qadınəfəndi
Şayəstə Qadınəfəndi (d. 1838 — ö. 11 fevral 1912) — 31. Osmanlı sultanı Əbdülməcidin on yeddinci xanımı. == Həyatı == Şayəstə xanım 1838-ci ildə Abxaziyanın Suxumi bölgəsində dünyaya gəlmişdir. Atası abxaz əsilli Tataş bəy İnalpa, anası isə onun xanımı Saray xanım idi. Valideynlərini erkən yaşda itirən Şayəstə xanım və bacısı Fatma Mihrifələk xanım əmisi tərəfindən İstanbula gətirildi və Osmanlı sarayındakı həmyerlisinə təhvil verildi. Burada əsl türk-İslam tərbiyəsi alan bacılar gənclik illərini Topqapı sarayının hərəmində keçirdi. 14 yaşına çatan Şayəstə xanım 1852-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Evləndikdən bir il sonra oğlu Abdullah Əfəndini dünyaya gətirsə də, şahzadə 9 yaşında vəfat etdi.
Kəsmə şikəstə
Kəsmə şikəstə — Azərbaycan xanəndəlik sənətində zərbi muğamlardan biri. Kəsmə şikəstə XIX əsrdə də zərbi muğam kimi özündə geniş təşəkkül tapmışdır. Məlumdur ki, şikəstə janrı əvvəl aşıq musiqi yaradıcılığında əmələ gəlmiş və onun müxtəlif növləri yaranmışdır. Kəsmə şikəstə Azərbaycan xanəndələri tərəfindən tez-tez oxunur. Kəsmə şikəstədə sevgi, məhəbbətin doğurduğu hisslərdən şikayət, əzab-əziyyət, iztirab var.
Şərif Şikəstə
Şərif Şikəstə Əfəndizadə — şair "Şahnamə"ni ilk dəfə dilimizə qazaxlı Şərif Şikəstə (şair Eldar Nəsiblinin babası) tərcümə etmişdir.Şərif Şikəstə klassik şair olub. Firdovsidən tərcümələr edib. " Şahnamə "ni tərcümə edib. Şərif Şikəstəni 1937-ci ildə güllələyiblər. Ona görə də qorxularından onun şeirlərini heç bir mətbu orqanda çap etməyiblər. Babam Səməd Vurğunla çox yaxın olub. S. Vurğun gənc olub. Bütün şeirlərini, dərdini, sözünü, giley-güzarını hamısını Şərif Şikəstə ilə bölüşüb. Ona müəyyən şeirlər də ünvanlayıb. " Başına döndüyüm əziz Şikəstə, Dinlə məni hali yaman olmuşam… " O zaman Vurğunun Dürrəni sevən vaxtları olub.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Nadir mirzə Arəstə
Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, Təbriz – XX əsr, Tehran)—diplomat, nazir == Həyatı == II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi. Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı. 1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu. == Ailəsi == Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu.
Siyəsət
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Şuyəşə
Şöşə- İranın Kürdüstan ostanının Sənəndəc şəhristanının Kəlatrazan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,136 nəfər və 280 ailədən ibarət idi.
Sayeret Matkal
Sayeret Matkal (ivr. ‏סיירת מטכ"ל‏‎) — İsrail Silahlı Qüvvələri Baş Qərargahının Xüsusi Təyinatlı Bölməsi. Bu bölmə kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.Sayeret Matkalın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18-19 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir. Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru Entebbe əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən Uqandanın Entebbe hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib. == Tarixi == 1954-cü ildə İsrailin ilk xüsusi təyinatlı birliyi olan 101 saylı hərbi hissənin ləğv edilməsindən sonra İsrail Silahlı Qüvvələrinin tərkibində Hərbi Dəniz Qüvvələrinə tabe olan Şayetet 13-dən başqa heç bir xüsusi təyinatlı bölmə qalmamışdı. 1957-ci ildə keçmiş Yeşiva tələbəsi və Palmax döyüşçüsü olan Avraham Arnan İsrail Silahlı Qüvvələrinin Baş Qərargahına düşmənin nəzarət etdiyi ərazilərdə tam gizli şəkildə fəaliyyət göstərə bilən, kəşfiyyat əməliyyatlarını həyata keçirmək bacarığı olan yeni hərbi birləşmə yaradılması məqsədilə müraciət etdi.
Seleste Bissardella
Seleste Bissardella (d. 17 oktyabr 1988; Boltsano, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Seleste Bissardella İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.