Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şəkərparə
Şəkərparə — Türk mətbəxinin istehsalında yumurta istifadə edilən şərbətli bir şirini. Xəmiri hazırlandıqdan sonra, kiçik parçalara bölünüb, yumru formasında ayırılan şəkərparə sobaya qoymadan əvvəl, üstlərinə duzsuz fındıq,püstə, badam, qoz bir ədəd qoyular. Müxtəlif istehsal texnikaları olan şəkərparə, dəyişməyən tək xüsusiyyəti şərbətli olmasıdır; bu səbəblə bəzi bölgələrdə adı "Şərbətli kurabiyə" olaraq da keçər. Fərqli bir qoxu qatmaq məqsədiylə ümumiyyətlə şərbətinə az miqdarda limon suyu, limon qabığı rəndəsi ya da vanil əlavə olunar. Türkiyə də çox köhnə zamanlardan bəri ramazan bayramı üçün xüsusi olaraq bişirilər. Gələn qonaqlara ikram edilər.
Şəkərbura
Şəkərbura — Azərbaycanda Novruz bayramının simvollarından sayılan şirniyyat növü. Azərbaycanda çox sevilən şirniyyat növüdür. Onun içi ləpə və şəkər tozundan ibarətdir. Onun qıraqlarını bağlamaq üçün burma formasından istifadə olunur. Onun üzərinə nəqqaş vasitəsilə ziq-zaq forma verilir. Şəkərbura— un, yağ, yumurta sarısı, xama, duz, vanil tozu, quru maya, şəkər və süddən hazırlanan xəmirin içinə fındıq, badam və ya qoz ləpəsinin (sürtgəcdən keçirilib xırdalanmış halda) şəkərlə qarışığı qoyulub, bükülməsi ilə əmələ gəlir. Həmin içliyə ədviyyat kimi hil qatılır.