Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şevron
Şevron (chevron) — V və ya digər şəkildə fərqlənmə nişanı:
Şevron Korporasiyası
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
Hevron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Şeron Barou
Şeron Barou — Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi.
Şeron Mitçell
Şeron Mitçell (18 yanvar 1956) — ABŞ pornoaktrisası və seksoloqudur. 2003-cü ildə pornokaryerasını başa vurmuşdur. Bu zaman San-Fransisko Universiteti ona insan seksuallığı üzrə elmlər dokturu adını vermişdir. Mitçell porno karyerası boyu 651 porno filmdə iştirak etmişdir. == Seçilmiş filmoqrafiyası == 1977 Barbara Broadcast. 1977 Violation of Claudia. 1981 Blue Jeans. 1982 Foxtrot. 1982 Luscious. 1983 Night Hunger.
Şeron Stoun
Şeron Stoun (ing. Sharon Stone; 10 mart 1958[…]) — ABŞ aktrisası. == Həyatı == O, 10 mart 1958-ci ildə ABŞ-nin Pensilvaniya ştatında dünyaya göz açıb. Soyunmağı xüsusilə sevən xanım uşaqlıqdan qeyri-adi olub. O, 5 yaşında artıq 2-ci sinifdə, 15 yaşında isə universitetdə təhsil alırdı. Elə o yaşlarından Şeron modellik təklifi alır. Bu sahədə o qədər uğur əldə etməyən Şeron aktrisa olmaq arzusu ilə ABŞ-yə qayıdır və istəyinə nail olur. Bu minvalla Şeron bir çox məşhur aktyorlarla birgə saysız-hesabsız filmlərə çəkilir.
Mişel Ejen Şevröl
Mişel Ejen Şevröl(31 avqust 1786[…], Anje – 9 aprel 1889[…], Paris) — Fransız kimyaçı 1817-ci ildə A. Brakonno ilə birlikdə müəyyən etmişdir ki, əksər yağlar sterain və olein turşularının qliserin ilə mürəkkəb efirindən təşkil olunmuşdur; 1817-ci ildə heyvanın toxumalarından xolesterini ayırmış, stearin şamlarının istehsalına patent almışdır.
Chevron
Chevron Corporation — dünyanın ən iri beynəlxalq enerji və kimya şirkətlərindən biri. Baş ofisi Kaliforniyanın San Ramon şəhərində yerləşir. Neft və kimya sənayesinin bütün sahələrində iş görən «Şevron»un dünyanın 100-ə qədər ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində 62000 işçisi var. 1879-cu ildə Pasifik Kost Oyl Kompani adı ilə fəaliyyətə başlamışdır.
Hebron
Əl-Xəlil (ərəb. الخليل‎), həmçinin Hebron və ya Hevron (ivr. ‏חֶבְרוֹן‏‎) — İordan çayının qərb sahilinin cənub hissəsindəki ən böyük şəhər, Fələstinin Hevron mühafəzəsinin paytaxtı. Yerusəlimdən 30 km cənubda, dəniz səviyyəsindən 927 m yüksəklikdə yerləşir. Əhalisi, 2017-ci il siyahıyaalınmasına görə, 201,063 nəfərdən ibarətdir. 2019-cu ildə Hevronda 1,000-ə yaxın israilli yaşayırdı. Hevron ərazisinin 80%-i Fələstin Milli Administrasiyasının, 20%-i isə İsrail Silahlı Qüvvələrinin nəzarəti altındadır.
Nevroz
Nevroz — sinir sisteminin geri dönən funksional pozğunluğu olub, sinir sisteminə uzun müddət ərzində üzücü təsir edən müxtəlif faktorların təsiri nəticəsində baş verir. == Tarixi == “Nevroz” termini ilk dəfə 1776-cı ildə Şotlandiya həkimi U.Qullen tərəfindən təklif edilmişdir. XIX əsrin axırlarına qədər bir sıra somatik nevroloji, psixi və s. xəstəliklər nezrozlar kimi təsvir edilirdi. F.Pinel karlığı,korluğu, bağırsaq keçilməzliyini, tetanus xəstəliyini də nevroz hesab edirdi. M.Romberq isə hətta iflicləri, beyin sifilisini, mühiti sinir sisteminin xəstəliklərini nevrozlar kimi təqdim etməyə cəhd göstərmişdir. XIX əsrin sonuna doğru patoloji anatomiyanın, histologiyanın inkişafı ilə əlaqədar olaraq nevroz probleminə münasibət dəyişməyə başladı və onun MSS-də heç bir dəyiçiklik törətməyən, sırf funksianal xəstəlik olması sübuta yetdi. 1911-ci ildə P.Jane nevrozların yaranmasında psixogeniyaların rolunu sübut edərək göstərdi ki, sadə reaksiyalar (psixonevroloji əlamətlər) daha mürəkkəb reaksiyaların (ASF-in) çatışmazlığı, daha doğrusu onların tarazlığının pozulması nəticəsində meydana çıxır. Bu ideyanı müdafiə edən P.Duboya (1912) “nevroz” terminini “psixonevroz” termini ilə əvəz etməyi təklif etdi. Nevrozların müasir təsnifatı hələ də mübahisəlidir.
Neyron
Neyron — sinir sisteminin quruluş vahidi. == Neyronun quruluşu == Dendrit, Akson, Ranvier buğumcuğu, telodendrit şaxələri, Şvann qişası, Hüceyrə cismi, nüvə == Çoxçıxıntılı ya çoxqütblü – multipolyar sinir hüceyrəsi == Neyron sinir sisteminin morfo-fizioloji və ya histo-fizioloji quruluş və genetik vahidi hesab olunur. XIX əsrin axırlarında meydana çıxmış bu nəzəriyyəyə neyron nəzəriyyəsi (R. Kaxal) deyilir. Bəzi müəlliflərin fikrincə neyronlar bir-birilə neyrofibrillər vasitəsilə rabitədədir, yəni neyrofibrillər qırılmadan bir neyrondan digər neyrona keçir. Bu nəzəriyyəyə neyrofibrilyar ya neyropil nəzəriyyə deyilir. Bu nəzəriyyə düzgün hesab edilmir. Neyron nəzəriyyəsinə görə sinir sistemi ayrı-ayrı neyronlardan təşkil olunmuşdur. lakinqeyd etmək lazımdır ki, neyronların arasında həmişə müəyyən bir əlaqə yaranır. Deməli neyronlarda olan müstəqillik şərtidir. Sinir sistemi bölünmüşdür və eyni zamanda tamdır.
Çervon
Çervon (rus. черво́нец) rusca xarici və yerli böyük qızıl sikkələrin ənənəvi adıdlr. İlk olaraq bu qızıl sikkə nominalsız 3,3—3,5 qram çəkidə olmuşdur və dəyəri müxtəlif dövrlərdə 2—3,5 gümüş rus manatına bərabət idi. İlk rus çervonu XV əsrdə – rus çarı III İvanın dövründə, istehsal edilmiş və dövriyyəyə buraxılmışdır. Həmin vaxtlarda istənilən böyük qızıl sikkəni, imperialları və yarım imperialları “çervon” adlandırırdılar. XX əsrin əvvəllərindən etibarən isə on manatlıq rus əskinazları (həm də qrivna, avro və s.) bəzən çervon adlanmışdır. == İstinadlar == == Ədəbiyyat == Нумизматический словарь (4-е изд.). Львов: Высшая школа. Автор: Зварич В.В. 1980. Словарь нумизмата (2-е изд., перераб.
Şavnon
Şavnon (fr. Chavenon) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03070. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 145 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 454 nəfərdən (15-64 yaş) 325 nəfəri iqtisadi cəhətdən, 129 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.6%, 1999-cu ildə 66.4%). 325 fəal şəxsdən 289 nəfəri (156 kişi və 133 qadın), 36 nəfəri işsiz (11 kişi və 25 qadın) idi. Aktiv olmayan 129 nəfər arasında 31 nəfər şagird və ya tələbə, 61 nəfər təqaüdçü, 37 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şevrole
Chevrolet, 1911-ci ildə qurulmuş bir ABŞ avtomobil markasıdır. Adını qurucusu Louis Chevroletin soy adından götürüb. 1918-ci ildə 54.6%-ni satın alan General Motors bünyəsinə keçmişdir. Chevrolet bütün dünyaya adını eşitdirmişdir. Hər kəs tərəfindən bəyənilən bir avtomobildir. Chevrolet qısaldılmış adıda Chevydir. Chevroletin ən sürətli avtomobili Chevrolet Corvettedir.
Şopron
Şopron (mac. Šopron) — Macarıstanda şəhər. Avstriyanın sərhədində, Noyzidler gölünün yaxınlığında yerləşir. == Tarixi == Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi bir dövrdə Osmanlı türkləri 1529-cu ildə şəhərə hücum elədilər, lakin işğal etmədilər. İşğal olunmuş ərazilərdə məskunlaşan insanların əksəriyyəti Şoprona qaçdı və beləcə şəhərin əhəmiyyəti artdı. 1676-cı ildə Şopron şəhəri böyük bir yanğın nəticəsində tamamilə xaraba qaldı. Bu gün şəhərdə Barokko memarlığı üslubunda binalar çoxluq təşkil edir. Şopron şəhəri İkinci Dünya müharibəsi zamanı bir sıra hücumlara məruz qaldı. Nazi Almaniyası və onların Macarıstandakı müttəfiqləri şəhərdəki bütün yəhudi vətəndaşlarını və bəzi solçu işçiləri ölüm düşərgələrinə göndərərək öldürürdülər və şəhəri davamlı olaraq bombalayırdılar. Sovet İttifaqının Qırmızı Ordusu 1945-ci ilin 1 aprel tarixində şəhəri ələ keçirmişdir.
Amberak (Averon)
Amberak (fr. Ambeyrac, oks. Ambairac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vilnöv kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12007. Kommuna təxminən Parisdən 490 km cənubda, Tuluza şəhərindən 110 km şimalda, Rodezdən isə 55 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 179 nəfər təşkil edirdi. == Görməli yerləri == Kambulan qəsri (XVI əsr).
Ark (Averon)
Ark (fr. Arques, oks. Arcas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Pon-de-Salar kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12010. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 19 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 123 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 83 yaşda (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 12 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 85.5%, 1999-cu ildə 61.8%).
Arvyo (Averon)
Arvyö (fr. Arvieu, oks. Arviu) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqones kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12011. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 19 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 861 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 498 nəfər əmək qabiliyyətli insan (15-64 yaş) arasında 366 nəfər iqtisadi cəhətdən, 132 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.5%, 1999-cu ildə 70.6%).
Şverin
Şverin (alm. Schwerin‎) — Almaniyada şəhər, Meklenburq-Ön Pomeraniya əyalətinin paytaxtı. 95,740 nəfər əhalisi ilə Şverin Almaniyada əyalət mərkəzi şəhərləri arasında ən az əhaliyə malik şəhər, həmçinin Meklenburq-Ön Pomeraniya əyalətində Rostokdan sonra ikinci ən böyük şəhərdir. == Qardaş şəhərlər == Vaasa, Finlandiya Recco nel Emiliya, İtaliya Vuppertal, Almaniya Tallinn, Estoniya Pila, Polşa Odense, Danimarka Miluoki, Fransa == Şəxslər == Oliver Ridel — Rammstein adlı alman musiqi qrupunun bas gitaristi. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Şverin haqqında səyahət məlumatları var.
Bevon
Bevon (fr. Bevons, oks. Bevonç) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Nuaye-syur-Jabron kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04027. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 164 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 111 nəfərin (15-64 yaş arasında) 83 nəfəri iqtisadi cəhətdən, 28 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 74.8%, 1999-cu ildə - 67.4%). Fəal olan 83 nəfərdən 76 nəfər (43 kişi və 33 qadın) işləyir, 7 nəfər işsizdir (4 kişi və 3 qadın).
Devon
Devon qədim adı Devonşir (Devnant Britaniyaca, Dyfnaint Vallca, Devnans Kornvallca, Devnant Bretonca) — İngiltərə qraflığı, şimalda Bristol kanalından cənubda olan İngilis kanalına çatır.Cənubqərb İngiltərənin bir hissəsidir və Cornvall ilə qərbdən, Somerset ilə şimalşərqdən və Dorset ilə şərqdən həmsərhəddir. Qraflığın mərkəzi Eqzeter şəhəridir.
Elron
Eesti Liinirongid AS, ticari adı Elron (2013-ci ilə qədər Elektriraudtee AS) — Estoniya dövlət şirkəti, Tallin və Haryumaa şəhərlərində gediş qatarlarının eləcə də Estoniyada çalışan dizel qatarlarının operatoru. Şirkətin baş qərargahı Tallində yerləşir. == Tarixi == Səhmdar cəmiyyət olan Elektriraudtee 23 dekabr 1998-ci ildə Estoniya Dəmiryolunun (Eesti Raudtee) yenidən qurulması və özəlləşdirmə proqramına uyğun olaraq ayrılması nəticəsində təşkil olunmuşdur. Elektriraudtee şirkəti təşkil olunarkən onun səhmlərinin 100 % Eesti Raudtee mənsub idi. 15 noyabr 2000-ci ildə isə onun bütün səhmləri Estoniya hökumətinə həvalə edilir. == Rəhbərlik == 2012-ci ilin əvvəllərinə kimi şirkət səhmlərinin 100 % Estoniya İqtisadiyyat və Rabitə Nazirliyinə məxsus idi. Şirkətin rəhbəri Andrus Ossip idi. == Fəaliyyət == 2014-cü ildən etibarən şirkət Tallində və paytaxt ətrafı qəza olan Haryumaada elektrikləşdirilmiş marşrutlarda nəqliyyatın təşkilində, habelə elektrikləşdirilməmiş marşrutlarda şəhərlərarası nəqliyyatda ixtisaslaşmışdır. 2009-cu ildən etibarən Elektriraudtee 8 maşrutdan iki əsas istiqamətdə daşımaları həyata keçirir - şərq və qərb (elektriklənmiş dəmir yollarının ümumi uzunluğu 131,6 km): Tallin — Aeqviydu — Tallin; Tallin — Riyzipere — Tallin; Tallin — Paldiski — Tallin; Tallin — Klooqa-Rand — Tallin; Tallin — Keyla — Tallin; Tallin — Pyaeskyola — Tallin.1 yanvar 2014-ci ildə daxil edilmiş elektrikləşdirilməmiş maşrutlar: Tallin — Vilyandi — Tallin; Tallin — Tyuri — Tallin; Tallin — Rapla — Tallin; Tallin — Pyarnu — Tallin (8 dekabr 2018-ci ildə yolların qeyri-qənaətbəxş olması səbəbiylə mçaşrut ləğv edildi); Tallin — Tartu — Tallin; Tartu — Valqa — Tartu; Tartu — Koydula — Tartu; Yıqeva — Tartu — Yıqeva; Tallin — Narva — Tallin; Tallin — Rakvere — Tallin (1 iyun 2014-cü ildən).2013-cü ilin iyul ayına qədər şirkət parkının əsasını 1970-ci illərdə Riqa Vaqonqayırma Zavodunda istehsal edilən ER2 və ER12 elektrik qatarları olmuşdur. Bu qatarlar modernləşdirilsə də, texniki və mənəvi köhnəlmə səbəbi ilə Stadler Rail qatarları ilə əvəzlənmişdir.
Evren
Evren — türk ve altay mifologiyasında əjdaha. "Ebren" olaraq da ifadə edilər. Əfsanəvi nəhəng sürünəndir. Qanatlıdır, qorxunc bir görünüşü vardır. Bəzən nəhəng bir ilandır. Yeraltındakı mağarada yaşar və orada olan xəzinəni qoruyur. Sularda və ya meşədə yaşadığı da izah edilər. Bəzən atəşin içində sığınar. Ağzından atəş saçar. Quraqlığın və ölümün simvoludur.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – Bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.
Neron
Neron (lat. NERO CLAVDIVS CAESAR AVGVSTVS GERMANICVS; 15 dekabr, 37–9 iyun, 68) — Yulilər-Klavdilər sülaləsindən son Roma imperatoru (54–68). Klavdi tərəfindən övladlığa götürülmüş və vəliəhd təyin olunmuşdur. Neron Klaudius, Sezar Drusus kimi, 13 oktyabr 54-cü ildə imperator Klaudiusun ölümündən sonra Roma taxtında oturmuşdur. 54-cü ildən 68-ci ilə qədər imperiyanı idarə edən Neron diqqəti diplomatiyaya, ticarətə və imperiyanın mədəni səviyyəsinin artırılmasına yönəltmişdir. Teatrlar tikilməsini əmr etmiş və atletika yarışları təşkil etmişdir. Onun hakimiyyəti dövründə Parfiya İmperiyası ilə uğurlu müharibə aparıldı, ardınca sülh danışıqları aparmış (58–63), 60–61-ci illərdəki İngilis üsyanı yatırılmış və Yunanıstanla diplomatik əlaqələri möhkəmləndirmişdir. 68-ci ildə hərbi çevrilişlə devrilən Neron, Roma Senatı tərəfindən edam təhlükəsi altında vəzir Epafroditosun köməyi ilə özünü öldürmək məcburiyyətində qalmışdır. Məşhur tarix Neronu şorgöz və zalım kimi xatırlayır. İmperatorların və xristianların ilk təqibçilərindən biri kimi tanınır.
Levon
Levon — erməni adı. Levon Ter-Petrosyan — Ermənistan birinci prezidenti (11 noyabr 1991 – 3 fevral 1998). I Levon — Kilikiya Erməni Çarlığının ilk kralı. II Levon — Hetumidlər sülaləsindən Kilikiya Erməni Çarlığının IV çarı. Levon Çorbacıyan — erməni əsilli ABŞ sosioloqu. Levon Mirzoyan — dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929). Levon Aronyan — şahmat üzrə erməni əsilli ABŞ qrossmeysteri. Levon Çukasyan — Ermənistan sənətşünası. Levon Larents — Erməni əsilli Osmanlı yazıçısı, tərcüməçisi, jurnalisti, redaktoru. Levon Minasyan — Fransız əsilli erməni musiqiçisi, bəstəkar və duduk ifaçısı.
Sauron
Sáuron (kv. Sauron) — Con Ronald Ruel Tolkinin uydurma Orta Dünya haqqında yazdığı əsərlərində Qaranlıq hökmdarı və ya Üzüklərin hökmdarı olaraq adlandırılan maia. == Annatar == Annatar Sauronun birinci çağın başlarında elflərin bildiyi adıdır. Keleborn və Elrond Annatarın kim oldugunu bildikləri üçün Mordordakı pisliyin dəyişməyəcəyindən əmin idilər. Ancaq bir qrup elf Annatara aldanmiş və onun sozdə yardımını qəbul etdilər. Annatar dəmirçilik bilgisini elflər ilə paylaşdı və onlara bu elmin incəliklərini öyrətdi. Annatar 300 il boyunca elflər ilə dostluq qurdu. Ən sonunda elflərə güc üzüklərini düzəltməyi öyrətdi və elflər bu üzüklər ilə Orta Dünyada böyük işlər eləməyə başladılar.
Seylon
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Sitron
Sitron (lat. Citrus medica) == Təbii yayılması == Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Sövran
Sövran (ərəb. صوران‎; türk. Savran) — Suriyanın Hələb mühafəzəsində şəhər, Əzaz məntəqəsində eyniadlı nahiyənin inzibati mərkəzidir. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6.988 nəfərdir. Əhalini türkmanlar təşkil edir.
"Sərvan" nəğmələri
“Sərvan” nəğmələri – Güney Azərbaycanda qədim toy-nişan mərasimində oxunan nəğmələr. Nişan, xına gecəsi və toy günü mərasimlərində, xüsusilə qadın çalğıçılar məclisdə iştirak edən xanımlarla birgə “sərvanlar” söyləyər, bu nəğmələrin ritmi ilə rəqs edərdilər. “Sarvan” nəğmələri bayatılar əsasında qurulmaqla müxtəlif mövzularda sarvana müraciətlər üzərində oxunur: Oxşar nəğmə başlıqları (“Yoluva qoymuşam iydə”, “Yoluva qoymuşam kahı”, “Yoluva qoymuşam qəndi”, “yoluva qoymuşam alma” və s.) “sərvanlar”ın əvvəlki bənd misralarında yer almaqla həm də qadın çalğıçı, qavalçılarının bir-birlərilə asanlıqla nəğmə qoşub oxumalarına şərait yaradır. “Sərvan” nəğmələri bir çox hallarda oxşar nəqarətlərlə oxunur. “Aş gəl, aş gəl” nəqarətli sərvan nəğmələri Güney toy mərasimləri folklorunda xüsusilə geniş yayılmışdır.
Averon (departament)
Averon fr. Aveyron, oks. Avairon — Fransa cənubunda Oksitaniya regionunun departamentlərindən biri. Sıralama nömrəsi 12. İnzibati mərkəz - Rodez. Əhalisi 288,364 nəfərdir (departamentlər arasında 78-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazi ərazisi 8735 km²-dir. Departament dağlıq ərazidə yerləşir, ən yüksək nöqtə Maiyebio zirvəsi (1469). == Tarix == Averon 1790-cı ilin mart ayında yaradılmış ilk 83 departamentlərindən biridir. == İstinadlar == Франция, Монако.
Balzak (Averon)
Balzak (fr. və oks. Balsac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Marsiyak-Vallon kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12020. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 12 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 586 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 376 nəfər (15–64 yaş) arasında 309 nəfər iqtisadi fəal, 67 hərəkətsiz (fəaliyyət göstərici 82,2%, 1999-cu ildə 77,3%) idi.