Lui Şevrole
Lui Şevrole (Louis Chevrolet; 25 dekabr 1878, La-Şo-de-Fon – 6 iyun 1941, Detroyt, Miçiqan) — Chevrolet Motor Car şirkətinin banisi.
== Həyatı ==
Lui Şevrole 1878-ci ildə İsveçrənin La Şo-de-Fo qəsəbəsində doğulub. Mürəkkəb mexanizmlərə meylliliyi o, öz saatsaz atasından irsən almışdır. Lui uşaqlıqda həmişə əşyaların necə işlədiyini öyrənmək və işinin yaxşılaşdırılması üçün o, həmişə müxtəlif əşyaları sökərdi. İkinci həvəsi – sürəti – o, 11 yaşında velosipedlərin təmiri üzrə emalatxanada işləyəndə aşkar etdi. Başqaları kimi, Luinin də təpədən aşağı sürətlə enəndə keçirdiyi o həyəcan, onun qəlbində həmişəlik dərin bir iz saxladı. Lakin çoxumuzdan fərqli olaraq, bundan sonra o, velosipedlərin daha böyük sürət yaratması üzərində fikirləşməyə başladı. Lui velosiped yarışları ilə məşğul olmağa başladı: o velosiped düzəldir və yarışlarda iştirak edirdi. O, yarışlarda qazandığı bütün pul mükafatlarını 6 bacı və qardaşlarının saxlanılmasına sərf edirdi.
Super-ulduz yarışcı 1901-ci ildə Lui Nyu-Yorka köçdü və avtomobillərin istehsalı üzrə ən iri şirkət olan Dion-Butonda mühəndis-mexanik vəzifəsinə düzəldi.