Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şiblyak
Balkan yarımadasında istisevən və quraqlığa davamlı kol bitkiləri fitosenozu. Şiblyak yarpağını tökən xırda sıx palıd ağaclarından, böyürtkən, itburnu və müxtəli kollardan ibarətdir.
Şibuya
Şibuya — Tokionun xüsusi rayonlarından biri. Biznes rayonudur. Şibuya çox izdihamlı bir rayondur və ərazidə çoxlu göydələnlər var. Rayonda yerləşən Şibuya stansiyası Tokionun ən işlək qatar stansiyalarından biridir. Gənclər üçün şəhərin ən əhəmiyyətli yerlərindən biri olan Şibuya rayonu; İnkişaf etmiş quruluşu, kafeləri və dünyaca məşhur mağazaları ilə seçilir. Burada məşhur it Haçiko hadisəsi baş verib.
Şilyan
Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd 16-17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir. Şilyan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.
Təzə Şilyan
Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 2931 nəfərdir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Göyçay çayının keçmiş yatağında salınmışdır. Oykonim təzə və Şilyan sözlərindən ibarət olub, “yeni Şilyan, təzə salınmış Şilyan” mənasındadır. Kənddə Təzə Şilyan kənd məscidi dini icması fəaliyyət göstərir. Şilyan: özü, sözü, çeşmənin gözü.
Yuxarı Şilyan
Yuxarı Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Əhalisinin sayı 4378 nəfərdir. Keçmişdə Şirvan düzündə mövcud olan Şil­yan adlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək üçün onları Yuxarı Şilyan, Göyərçin Şilyan, Müsüslü Şilyan, Orta Şilyan (Düyü Şilyan da adlanırdı) və s. kimi adlandırmışdılar. Oykonimin birinci kompo­nenti coğrafi mövqeyi bildirir, ikinci kom­ponent isə türkdilli şilyan tayfasının adını əks etdirir. Ucar rayonu Şirvan düzü Şilyan: özü, sözü, çeşmənin gözü.
Şilyan (dəqiqləşdirmə)
Şilyan xalçaları — Şilyan bələdiyyəsi — Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd. Təzə Şilyan — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Şilyan bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şilyan xalçaları
Şilyan xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sibuyan adası
Romblon adası (ing. Sibuyan Island) — Sibuyan dənizində yerləşən ada. İnzibati baxımınddan Filippinin Romblom vilayətinə daxildir. Sahəsinə görə ölkənin 23-cü ən böyük adasıdır. Ada sahəsinin 140 km² meşələr əhatə edir. Bu ümumilikdə Sibuyan adası ərazisinin 33% -ni təşkil edir. Əsasən mərkəzi və şimalındakı bu meşələri qorumaq məqsədilə Guardian-guiting Milli Parkı təşkil olunmuşdur. Parkın ərazisi 157 km²-dir. Sibuyan adası dairəvi formaya malikdir. Onun ölçüləri: 29 x 17 km.
Sibuyan dənizi
Sibuyan dənizi (ing. Sibuyan Sea) — Sakit okeanında Filippin arxipelaqına daxil olan Papay, Tablas, Marinduke, Luson və Masbate adaları arasında yerləşir. Dərinliyi 1700 m təşkil edir. Tropiq iqlim qurşağında yerləşir. Yağıntının miqdarı 3000 mm təşkil edir. Səthində temperatur 23-28 s arasında dəyişir. Duzluğu 32,0 - 32,5 ‰ təşkil edir. Mərkəzində Sibuyan adası yerləşir. 23-26 oktyabr 1944-ci ildə İkinci Dünya müharibəsinin ən qanlı donanma döyüşlərindən biri baş vermişdir. ABŞ və Yaponiya arasında baş vermiş döyüşdə yapon donanmasının əsas qüvvələri məhv edilir.
Vazgen Sislyan
Vazgen Sislyan (rus. Вазген Саргисович Сислян; 20 oktyabr 1956, Beyrut, Livan) — Fransa vətəndaşı, ASALA terrorçusu. Vazgen Sislyan 1981-ci ildə Parisdə Türkiyə səfirliyinin tutulmasında, Parisin Usman məhəlləsində 1991-ci ilin sentyabr ayında 60 girovu ələ keçirmək aksiyasında, 1991-ci ilin dekabr ayında Budapeştdə Türkiyə səfiri Bədrəddin Tünbaşa qəsddə iştirak edən qatildir. 34 yaşlı terrorçu Livandan turist adıyla İrəvana gəlib. 1992-ci ilin yanvar ayında oradan vertolyotla Xankəndinə göndərilib. Xocalı soyqırımında iştirak etməsi, burada ikigünlük türk çağalarını öldürməsiylə fəxr edir. «Moskovskiye novosti» qəzetinə verdiyi müsahibəsində o bəyan edir ki, beynəlxalq diqqəti «erməni məsələsi»nə cəlb etmək üçün zorakılıq siyasəti aparmağın böyük əhəmiyyəti var. Ermənistan prezidenti Robert Köçəryan tərəfindən Vazgen Sislyan Xocalı soyqırımında törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsinin «qəhrəmanı» elan edilib.
Pol Sinyak
Pol Sinyak (fr. Paul Signac, 11 noyabr 1863[…], Paris – 15 avqust 1935[…], Paris) — Fransız Neoimpressionizm rəssamı. Jorj-Pyer Söra ilə birlikdə puantilizm üslubunu yaratmışdı. Sinyak 11 noyabr 1863-cü ildə Parisdə Jül və Heloise Sinyakın yeganə övladı olaraq anadan olmuşdur. Atası varlı bir yəhər istehsalçısı idi. Atasını 16 yaşında itirən Sinyak memarlıq təhsili alaraq rəssamlıq fəaliyyətinə başladı. Həyatı boyu Avropa sahillərini gəzib çox mənzərələr çəkdi. 1880–1884-cü illər arasındakı ilk rəsmlərinə Klod Mone və Arman Qiyomen kimi impressionist rəssamların təsirləri daxil idi. 1884-cü ildə Parisdə Jorj-Pyer Söra ilə görüşdü. Söranın sistemli iş üsulu və rəng biliklərinə heyran qalmışdı.