Şilyan — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd
Şilyan | |
---|---|
40°19′25″ şm. e. 48°01′07″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
16-17-ci əsrlərdə bu ərazidə şilyan tayfaları məskunlaşmışdır. 1859-cu ilə qədər ərazi Şamaxı quberniyasının Göyçay qəzasına, 1859-cu ildə quberniyanın mərkəzi Bakıya köçürüləndən sonra isə Bakı quberniyasına tabe olmuşdur. 1918-ci ildə Osmanlı ordusunun komandanı Nuru Paşa bu əraziyə kömək üçün gəlmiş və aclıq və xəstəlikdən ordunun xeyli hissəsi tələf olmuşdur. Kənd sakinləri hələ də məişət qazıntıları apararkən bu qalıqlara rast gəlir.
Şilyan oyk. Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi Ucar r-nu ərazisində mövcud olmuş Müsüslü Şilyan kəndindən köçüb gəlmiş ailələrin indiki ərazidə maskunlaşması nəticəsində yaranmışdır. Kənd Göyərçin Şilyan və Orta Şilyan (Düyü Şilyan da adlanır) kimi iki məhəlləyə ayrılır.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 4733 nəfər əhali yaşayır.[2]